Qarabag Media
Haqqımızda Əlaqə

Türkiyə niyə "S-400" almaq istəyir? - SƏBƏB


Tarix:8-06-2018, 12:47 Kateqoriya:Manşet / Türk dünyası

Türkiyə niyə "S-400" almaq istəyir? - SƏBƏB

Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınması Türkiyənin milli maraqlarının tələbidir və bu, ölkənin xaricdən asılılığını minimuma endirir.

Karabakhmedia.az xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.
Onun sözlərinə görə, "S-400" sistemlərinin əldə edilməsi Türkiyənin siyasətlə heç bir əlaqəsi olmayan milli maraqlarının tələbidir.

"Rusiyanın raketdən müdafiə sistemləri Türkiyənin xarici asılılığını minimuma endirir. Bu bizim ölkəmiz üçün olduca vacibdir. İndiki halda ölkə ərazisinə raket zərbəsi endirilsə, Türkiyə bunun qarşısını almaq gücündə deyil. Lakin Rusiyanın zenit-raket kompleksləri Türkiyənin raketdən müdafiəsini gücləndirəcək və bu, xaricdən gələn mümkün təhdidləri aradan qaldırmağa kömək edəcək" – deyə Soylu bidirib.

Nazir, həmçinin vurğulayıb ki, Ankaraya müasir raketdən müdafiə sistemləri satmaqdan imtina edən dövlətlər (ABŞ) Türkiyənin müdafiə potensialının zəiflədilməsinə cəhd edirlər.

Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.

ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər. ABŞ Konqresinin nümayəndələr palatasının təsdiq etdiyi 2019-cu maliyyə ili üçün Pentaqonun büdcə qanun layihəsində isə vurğulanıb ki, Pentaqon Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz.

Bundan əlavə Vaşinqton bildirib ki, "S-400" sistemlərinin alınması Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər. Lakin Çavuşoğlu bəyan edib ki, Türkiyə Amerikanın "F-35"ləri əvəzinə Rusiyanın alternativ hərbi təyyarələrini ala bilər. Həmin alternativ isə beşinci nəsil "Su-57" qırıcılarıdır./AzVision.az/

Leyla Elbrusqızı










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"