Qarabag Media
Haqqımızda Əlaqə

İran nüvə fəaliyyətinə başladı, ABŞ hədələdi


Tarix:8-06-2018, 12:40 Kateqoriya:Manşet / Dünya

İran nüvə fəaliyyətinə başladı, ABŞ hədələdi

Ölkədən çıxan Avropa şirkətlərinin yerlərinə Rusiya və Çin şirkətləri gətirilir.

İranın ali dini lideri Ayətullah Əli Xameneyinin nüvə fəaliyyətini bərpa etmək çağırışından bir sutka sonra İranda fəaliyyətinə rəsmən start verilib. İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi medianın müşayiəti ilə Natanzdakı nüvə istehsalı mərkəzinə gedib. Salehi burada mediaya verdiyi açıqlamada deyib ki, qarşıdakı bir ay ərzində mərkəz tam gücü ilə istehsala başlayacaq.

Salehi deyib ki, artıq sentrafuq montaj salonları, rotor və digər təchizat quröularının işlək vəziyyətə gətirilməsi üçün dəqiq testlər edilib. Eyni zamanda o, yeni uranı zənginləşdirmə mərkəzlərinin tikiləcəyini bildirib.

Qeyd edək ki, iyunun 4-də Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümü ilə bağlı mərasimdə çıxışında dini lider Ayətullah Xameneyi hökuməti nüvə fəaliyyətini yenidən bərpa etməyə çağırıb. Ayətullah Əli Xameneyi ölkənin Nüvə Enerjisi Qurumuna mövcud nüvə anlaşması çərçivəsində 190 min sentrafuqa çatmaq üçün dərhal hazırlıqlara başlamağı tapşırıb.

Əli Əkbər Salehi ötən gün bildirib ki, dini liderin tapşırdığı 190 min sentrafuqun alınması 10 ay vaxt tələb edəcək. Bunun üçün 6-cı nəsil sentrafuqlar montaj ediləcək və təxminən 60 min sentrafuq işə salınacaq. Bunun nəticəsində 10 ay ərzində 190 min sentrafuq alınacaq. Eyni zamanda o deyib ki, ildə 190 min sentrafuq üçün 300 ton urana ehtiyac var. Bu səbəbdən də İran Atom Enerjisi Təşkilatı uran tədarük etmək istiqamətində fəaliyyətini gücləndirəcək. Salehi deyib ki, Natanz nüvə mərkəzinin potensialının 1 milyon sentrafuqa çatdırılması üçün işlər görülür.

İranın bu addımına okeanın o tayından reaksiya gecikməyib. ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, İranın öz nüvə gücünü artırmaq niyyətində olması ilə bağlı məruzələrdən xəbəri var. Bu barədə “Reuters” agentliyi Pompeonun twitter səhifəsindəki yazısına istinadən xəbər yazıb. Pompeo yazıb ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

İranın bu addımı ilk növbədə ölkə daxilindəki siyasi vəziyyətdən qaynaqlanır. Nüvə mövzusu və mövcud siyasətin davamı ilə bağlı yanaşma İran siyasətini bölüb. Hazırkı hökumət nüvə fəaliyyətinin davam etdirilməsini, hətta lazım gələrsə, Qərb qarşısında müəyyən güzəştlərə getmək, raket fəaliyyətləri, Yaxın Şərq siyasətini yumşaltmağı düşünür. Çünki birincisi, islahatçılar onsuz da lap əvvəldən Yaxın Şərqdəki fəaliyyətlər, xüsusən də Fələstin mövzusunda İranın bu qədər aktivlik etməsi, böyük maliyyə məsrəfləri hesabına müqavimət qruplarını dəstəkləməsinə qarşı olub. Hətta İsraillə danışıqlara getmə fikrini müdafiə edənlər var. Digər tərəfdən, bahalı layihələr, o cümlədən Fələstin, Livan, Suriya, Yəmən kimi ölkələrə sərf olunan pulların ölkə daxilində çəkilməsini istəyirlər. Bu səbəbdən də islahatçı hökumət üçün Suriyada daha artıq xərc faydasızdır və ilk fürsətdə Suriyadan çəkilmək münasib olardı.

Ancaq təbii ki, mühafizəkar qanad belə düşünmür. Əksinə, İslam İnqilabı ideyasının ixracı, Yaxın Şərqin əzilən xalqları, xüsusən də İsrailin təzyiqi altında olan xalqlara dəstək vermək xarici siyasətdə prioritetdir. Bu mənada Trampın ötən ay nüvə sazişindən çıxması mühafizəkar camiədə normal qarşılandı. Lakin eyni zamanda ölkə daxilində cinahlar arasındakı rəqabəti gücləndirdi. Hazırkı islahatçı hökumət yaranmış vəziyyətə, İran realının dəyər itirməsinə görə açıq və üstüörtülü şəkildə mühafizəkar qanadı ittiham edir. Qarşı tərəf isə hökuməti yarıtmaz fəaliyyətdə, iqtisadiyyatda uğura imza ata bilməməkdə ittiham edir. İndi isə dini lider işə qarışdı və açıq şəkildə nüvə fəaliyyətlərinin bərpasını tələb etdi. Görünür ki, tapşırıq o qədər sərt olub ki, Atom Enerjisi Təşkilatının sədri bir sutka keçməmiş artıq Natanzda rəsmi açılış keçirdi. Bununla da həm ölkə daxilində nüvə mübahisələrinə son qoyuldu, həm də nüvə sazişindən imtina qərarı ali dini liderin üzərində qalmış oldu.

Bəs indi bundan sonra nə olacaq?

Ayətullah Xameneyinin nüvə ilə bağlı məlum açıqlamasından dərhal sonra Fransa hökuməti bəyanat yayaraq İranın nüvə istehsalını bərpa etməsini “qırmızı cizgilərə” keçmək olduğunu bəyan etdi. Ancaq İran mediası Fransa XİN rəhbərinin İranın mövcud anlaşmaya uyğun olaraq nüvə fəaliyyətini bərpa hüququnun olduğunu bildirib. Reaksiyaların hansı formada olmasından asılı olmayaraq, İranın bu qərarı bir mənada Avropaya dərin nəfəs aldıracaq. Çünki “qoca qitə” Vaşinqton və nüvə anlaşması arasında qalmışdı. Doğrudur, Avropa ölkələri - Fransa, Britaniya və Almaniya - nüvə sazişinə sadiq olduqlarını daha əvvəl açıqlayıblar. Lakin Merkel özü də etiraf etmişdi ki, bir çox şirkətlər artıq İranı tərk edir. “Boeng”, “Airbus” kimi şirkətlər də artıq İranla təyyarə alğı-satqısı anlaşmasından çıxacaqlarını bəyan ediblər. “Fransanın enerji nəhəngi ”Total" şirkəti də İranı tərk etməyə hazırlaşır. Çünki böyük şirkətlər İrana görə ABŞ kimi dünya nəhəngi ilə qarşı-qarşıya gəlmək istəmir. Dini liderin bu qərarı bir növ həmin şirkətlərə və Avropa şirkətlərinə nəfəs aldıracaq.

Bəs Avropanın yerini kim tutacaq? Bəzi analitiklərə görə, İran ölkədən çıxan Avropa şirkətlərinin boşalmış yerlərinə Rusiya və Çin şirkətlərini gətirir. Bu barədə anlaşma olduğu, bu səbəbdən də İran rəhbərliyinin rahat qərar verdiyi qeyd olunur. Bu isə o deməkdir ki, İran Trampın qərarının zərərlərini gözə alıb və Tehran yeni dövrə hazırlıqlıdır.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"