Qarabag Media
Haqqımızda Əlaqə

Paşinyan: “Qarabağlı deyiləm, deməli Dağlıq Qarabağın adından danışıqlar apara bilmərəm”


Tarix:7-06-2018, 13:11 Kateqoriya:Manşet / Qarabağ

Paşinyan: “Qarabağlı deyiləm, deməli Dağlıq Qarabağın adından danışıqlar apara bilmərəm”

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda konstruktiv mövqeyini saxlayacaq, ancaq Dağlıq Qarabağın iştirakı olmadan bu danışıqlar effektiv olmayacaq.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin proqramının müzakirəsi zamanı deyib.

Karabakhmedia.az xəbər verir ki, Paşinyan bir daha qondarma “DQR”in danışıqlar prosesində iştirakı məsələsindən danışıb, bildirib ki, bunsuz danışıqlar effektiv olmazdı. Paşinyana görə Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsi yenilik deyil. Bu məsələ 1994-cü ildə ATƏT-in Budapeşt sammitində təsbit olunub.

“1998-ci ildən sonra Ermənistan nümayəndələri Qarabağın da adından danışıqlar apardı. Robert Köçəryan əvvəl Qarabağın “prezidenti” olmuşdu, Serj Sərkisyan isə Qarabağın özünümüdafiəsinin təşkilatçılarından biri olub. Nəticədə bizim necə yanaşmağımızdan asılı olmayaraq onlar danışıqlar aparmaq mandatını əldə edə, yaxud bunu öz adlarına yaza bilərdilər. Lakin mən qətiyyən özümə belə səlahiyyətlər rəva görə bilmərəm. Bunun üçün nə hüquqi, nə mənəvi əsaslarım yoxdur. Dağlıq Qarabağ əhalisi Ermənistanda hakimiyyətin formalaşdırılmasında iştirak etmir. Onun özünün “hökuməti” və “prezidenti” var”-Paşinyan bildirib.

Ermənistan baş nazirinin fikrincə danışıqlarda Qarabağın azərbaycanlı icmasının da iştirak etməli olduğu haqda arqumentlər “əsassızdır”, ona görə ki, həmin azərbaycanlılar Azərbaycan vətəndaşlarıdır. “Deməli Azərbaycan prezidenti İlham Əliyev onların da adından danışıqlar aparır, çünki onlar seçkilərdə iştirak ediblər. Qarabağın sakinləri isə Ermənistan hakimiyyətini seçməyiblər, deməli Ermənistan hakimiyyəti onları təmsil edə bilməz”-Paşinyan əlavə edib.

Baş nazir bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Minsk Qrupu çərçivəsində danışıqlara hazırdır, amma bu danışıqlar effektiv olmalıdır.

Xatırladaq ki, Nikol Paşinyan baş nazir seçiləndən sonra Dağlıq Qarabağa səfər edərək qondarma rejimin danışıqlarda iştirakı məsələsini qaldırmışdı və bu mövqe Ermənistanın özündə də qızğın polemikaya səbəb olmuşdu. Rəsmi Bakı bu mövqeyi “gülməli və qeyri-ciddi” adlandırıb, danışıqlar prosesini pozmağa yönəldiyini bildirib. İndi isə Paşinyan bu qəribə, siyasi peşəkarlıqdan uzaq bu yanaşmasını daha da inkişaf etdirib və deyir ki, Sərkisyandan, Köçəryandan fərqli olaraq qarabağlı deyil. Deməli Dağlıq Qarabağın adından danışa bilməz. Bu, Paşinyanın Qarabağ məsələsini ümumiyyətlə başından uzaq etmək və bu məsələ ilə məşğul olmayıb onu Qarabağ ermənilərinin ixtiyarına buraxmaq niyyətlərindən də xəbər verə bilər./virtualaz.org/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"