Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanın işğal altında olan ərazisində nə baş verir: İkinci "Paşinyan inqilabi?"


Tarix:6-06-2018, 12:43 Kateqoriya:Manşet / Qarabağ

Azərbaycanın işğal altında olan ərazisində nə baş verir: İkinci "Paşinyan inqilabi?"

"Bako Saakyanın "devrilməsi" mümkündür, çünki o, Paşinyanla işləyə biləcək biri deyil"

Son günlər Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ bölgəsində əhali və qondarma "rejim" arasında gərginlik yaşanır. Belə ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə qondarma "rejim"in "Milli Təhlükəsizlik Xidməti"nin (MTX) əməkdaşları arasında qarşıdurma yaşanıb.

Xankəndidə məişət zəminində baş verdiyi iddia olunan insident böyüyərək kütləvi hal alıb. Vəziyyət o qədər gərginləşib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Armen Sarkisyan Qarabağdakı vəziyyət barədə ard-arda bəyanatlar səsləndirərək yerli erməniləri sakitliyə çağırırlar.

"Sputnik Azərbaycan" məsələ ilə bağlı Türkiyənin "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu və Rusiyanın Müasir İdeologiyanın İnkişafı üzrə Milli İnstitutun direktoru İqor Şatrovun fikirlərini öyrənib.

Mehmet Fatih Öztarsu hesab edir ki, Qarabağda son baş verənlər Yerevandakı proseslərin bölgəyə təsiridir. Onun sözlərinə görə, indiyə qədər regionda əhalinin yaşadığı problemləri ifadə edə biləcək bir imkanı yox idi.

"Bölgədə baş verənlərin böyük əksəriyyəti ört-basdır edilir və ya görməzdən gəlinirdi. Lakin "Paşinyan hərəkatı"ndan sonra Qarabağ sakinləri Yerevanda olanları nümunə götürərək "rəhbərliyə" qarşı etirazlarını yüksək səslə dilə gətirirlər" — politoloq bildirib.

Türkiyəli ekspert hesab edir ki, hazırda Qarabağda yaşayanların böyük əksəriyyəti müharibə və yoxsulluqdan yorulduqlarını, davamlı olaraq ölüm təhlükəsi altında yaşamaq istəmədiklərini dilə gətirirlər: "Bu, olduqca önəmli hadisədir".

İqor Şatrov da, öz növbəsində Qarabağdakı etirazların əsl səbəbinin regiondakı çətin sosial-iqtisadi durum olduğunu diqqətə çatdırıb: "Bu isə müxalif siyasətçilərin özlərini əhaliyə təqdim etmələri üçün bir imkandır. Bu amil hazırkı vəziyyətdə daha da aktualdır. Axı bu yaxınlarda Ermənistanda, açıq danışsaq, küçə yeni baş naziri seçdi. Əgər obyektiv olsaq, Nikol Paşinyan öz məqsədinə çatmaq üçün küçələrdəki əhval-ruhiyyədən mahircəsinə istifadə etdi".

O, eyni zamanda istənilən daxili etirazın əhəmiyyətli dərəcədə dağıdıcı olacağını xüsusilə vurğulayıb: "Qondarma "DQR"də etiraz əhval-ruhiyyəsinin Azərbaycanın xeyrinə ola biləcəyini anlayan etirazçılar və "rəhbərlik" Yerevana nisbətdə daha aktiv şəkildə kompromis axtarmağa başlayacaqlar".

Mehmet Fatih Öztarsu isə Qarabağda siyasi proseslərin Ermənistandakı hadisələrdən dərhal sonra başlamasına diqqət çəkərək bunun arxasında yeni baş nazir Paşinyanın ola biləcəyini istisna etməyib: "Əgər etirazlar böyüyərsə, Serj Sarqsyana yaxın bir ad olan Bako Saakyanın "devrilməsi" mümkündür. Bu vəziyyət Paşinyanın işinə yarayar, çünki Saakyan Paşinyanla işləyə biləcək biri deyil".

"Nəzərə almaq lazımdır ki, Paşinyan vəzifəyə gələn kimi Ermənistanın xarici siyasətinin ana xəttinin Qarabağdan keçdiyini dilə gətirdi. Fikrimcə, o, Qarabağda güc yolu ilə dəyişiklik edə biləcək biri deyil, bunun üçün heç bir imkanı da yoxdur. Lakin Qarabağdakı vəziyyətin gedişinə görə durum sərgiləyib, orada da Ermənistandakı etirazlara bənzər bir hərəkatın başlaması üçün əlindən gələni edə bilər", — Öztarsu əlavə edib.

Eldar Tanrıverdiyev










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı