Qarabag Media
Haqqımızda Əlaqə

Elnur Eltürk - Sulduzdan gələrək Qarabağda döyüşən Rəhim Sulduzlu


Tarix:5-06-2018, 16:25 Kateqoriya:Manşet / Cəmiyyət

Elnur Eltürk - Sulduzdan gələrək Qarabağda döyüşən Rəhim SulduzluDostum Rəhim Sulduzludan yazmaq istəyirəm. Onunla dostluğumuz 2004-cü ildən başlayır. Hələ 24 yaşında Cənubi Azərbaycanın Sulduz şəhərindən Şimalı Azərbaycana gələrək, Ermənistanın Dağlıq Qarabağa işğalçı hücumlarına qarşı döyüşlərdə iştirak edib. Rəhim Sulduzlu bütöv Azərbaycan gəncliyinə örnək vətənpərvər insanlardandır.

Rəhim Sulduzlu peşəkar əsgər kimi ordumuzun formalaşmasında xidmətlər göstərib. Qubadlı da gedən döyüşlərdə iştirak edib. Komandir kimi düşmənə qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərib.

Xatırladam ki, İsveçrədə yaşayan tanınmış yazar Elbəyi Həsənli aprel döyüşlərində Rəhim Sulduzlu haqqında bu sözləri yazırdı: “Bu günlərdə Qarabağda yenidən savaş başlayanda Rəhim bəy Bakıya tələsib. Bilet alıb. Ailəsi ilə halallaşıb ki, Qarabağda döyüşən oğullarımıza qoşulsun. Nə yazıq ki, Rəhim bəy indi çox məyusdur. Qarabağda atəşkəs elan olunmasına çox üzülüb. Amma Bakıya səfəri qüvvədədir. Deyir ki, bəlkə mən gedənə döyüşlər yenidən başladı...”.

Ürəyi vətənlə döyünən cəsur əsgər Rəhim Sulduzlu belə dəyərli insanlarımızdandır.

Atəşkəs dövründə müxtəlif sahələrdə çalışmasına baxmayaraq,daima ürəyi Qarabağla döyünüb. Həmişə söhbətində cəbhə dostlarını xatırlayır.

O, cəbhədə əsgər olduğu kimi, Avropada Azərbaycan diasporunun formalaşmasında böyük zəhmətlər çəkib. Yaşadığı İsveçrə dövlətində İsveçrə-Azərvaycan Dostluq Cəmiyyətini təsis edərək, Azərbaycan təbliğatını aparıb. Fəaliyyəti dövründə İsveçrə parlamenti, siyasi dairələri ilə sıx əlaqələrə malik olub. İsveçrə mediasında ölkəmizin xeyrinə yazıların çap olunmasını diqqətdə saxlayıb. Milli məsələləri İsveçrə parlamentində müzakirələrə çıxarılmasına nail olurdu. Onun bir zamanlar Avropada Dünya Azərbaycanlıları Konqresinin formalaşmasında xüsusi fəallığı ilə seçilirdi.

Rəhim Sulduzlu bu gün diaspor sahəsində olmasa da, ürəyi daim vətənlə döyünür. Vətən onun üçün əziz və müqəddəs amaldır. Ana qədər əzizdir,doğmadır.

Elnur Eltürk - Sulduzdan gələrək Qarabağda döyüşən Rəhim Sulduzlu

Elnur Eltürk










SON XƏBƏRLƏR
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Kofi Annan vəfat etdi
Tramp İrana hücum üçün XÜSUSİ QRUP yaratdı – MƏHVETMƏ ƏMƏLİYYATI
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı - VİDEO
İmişlidə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib
"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan
"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşib
350-yə qədər KİV Trampa qarşı aksiya keçirir - ABŞ-da
Dünyanı dolaşan səsin sahibi — Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu il bal yarmarkasının formatı dəyişdirilə bilər
ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
Bütün dünyanın axtardığı qarabağlı general kim idi? - ARAŞDIRMA
YPX 6 aya 34 milyon manatdan çox cərimə yazıb
Bakıda döyülən qardaşına köməyə gedən taksi sürücüsü qətlə yetirilib
Generalın anım mərasimi keçirilib
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır