Qarabag Media
Haqqımızda Əlaqə

Vətənə dönməyim gəlir, vətəndə ölməyim gəlir


Tarix:5-06-2018, 13:35 Kateqoriya:Manşet / Qarabağ

Vətənə dönməyim gəlir, vətəndə ölməyim gəlir

Yaşadığım binanın həyətində kiçicik bir bağça var. Binanın sakinləri bu bağçanı çox sevirlər. Hər kəs imkan tapan kimi bağçadakı ağacları sulayır, onların dibini belləyir, torpağı alaq otlarından təmizləyirdi.

Mən hər gün işə gedərkən yolum bu bağçanın yanından düşürdü. İstər-istəməz boylanıb ağaclara, çiçəklərə baxırdım. Son zamanlar burada işləyən, ağaclara böyük bir həvəslə qulluq edən bir qoca görürdüm. Ağır-ağır hərəkət etməsindən qocanın çox yaşlı olduğu hiss olunurdu. Əvvəllər bu qocanı buralarda görməmişdim. Fikirləşdim ki, yəqin bizim binaya təzə köçübdür.

Bir dəfə işdən qayıdanda qəribə bir hadisənin şahidi oldum. Qoca ovcunda tutduğu nəm torpağı acgözlüklə qoxlayırdı. Onun bu hərəkəti diqqətimi cəlb etdiyindən bir az da ona yaxınlaşdım. İndi onun üzünü aydın görürdüm. Qocanın gözlərindən sel kimi yaş axırdı. Mən qocaların və uşaqların göz yaşlarına heç vaxt biganə qala bilmirəm. Qocanın göz yaşları məni də kövrəltmişdi. Ona yaxınlaşdım. Məni görəndə göz yaşlarını gizlətməyə çalışdı. Hiss etdim ki, ürəyi doludur. Dərdini bölüşməyə adam axtarır.

Qocanın qoluna girib onun bağçanın içərisində qoyulmuş skamyada oturmasına yardım etdim. Ovcundakı torpağı hələ də yerə tökməmişdi. Əksinə, ovcunu daha bərk-bərk sıxmışdı. Nədənsə, ötən il böyük maraqla oxuduğum Varisin "Bir ovuc torpaq" əsəri həmin an yadıma düşdü. Gözlərimi qocanın üzünə dikib sakitcə oturmuşdum. Onun nə vaxt söhbətə başlayacağını səbirsizliklə gözləyirdim. Qocanın isə xəyalı çox uzaqlarda idi. O, bir də diqqətlə ovcundakı torpağa baxıb ağır-ağır sözə başladı:

- Eh, qızım, taleyimizdə bunları yaşamaq da var imiş demək. Bilirsən, mən o biri məhlədə yaşayıram. Xeyli vaxtdır meylimi bu ağaclara salmışam. Başımı qatıram. Torpağın qoxusu mənə doğma yurdumu xatırladır. Mən də öz vətənində "vətənsiz" yaşayanlardanam. Köçkünəm! Sonuncu kəlməni dərin təəssüf hissi ilə dedi. Qoca başını ağır-ağır tərpədərək, dərin təəssüf hissi ilə söhbətini davam etdirdi:

- Hələ uşaq olanda anamdan tez-tez bu sözləri eşidirdim: "Allah heç düşmənimi də öz vətənindən ayrı salmasın". O zaman bu sözlərə o qədər də əhəmiyyət vermirdim. Ancaq böyüyüb yaşa dolduqca vətənin nə demək olduğunu başa düşdüm.

Mən uşaqlığımı və gəncliyimi Qarabağın gözəl guşələrindən olan Şuşa şəhərində keçirmişəm. Gözəl Şuşa, nazlı gəlin, qədim məkan! Mənim sevgili vətənim! Səni məndən ayırdılar, məni də öz qəlbimdən ayırdılar. Boğuluram, qızım, mən bu şəhərdə boğuluram. Əvvəllər elə bilirdim Şuşadan ayrı heç bir gün də yaşaya bilmərəm. Ancaq bax, neçə illərdir ki, ölməmişəm, yaşayıram. Ancaq məni yaşadan yalnız və yalnız vətənə bir də dönmək ümidi olub. Bu inamımı heç vaxt itirməmişəm.

Qoca danışdıqca gözlərində zəif bir ümid qığılcımı yanıb sönürdü.

Sonra birdən diqqətlə gözlərimə baxıb soruşdu:

-Sən bizim o yerləri heç görmüşdünmü, qızım?

-Bəli, babacan, görmüşdüm də, gəzmişdim də, sevmişdim də o yerləri. Qarabağlı olmasam da, uşaqlığım o gözəl yerlərdə keçib. Mən də sizin qədər yanıram, sizin qədər təəssüf hissi keçirirəm. Gecələr yuxularımda görürəm Cıdır düzünü, İsa bulağını, Xan qızının narazı çöhrəsini, Vaqifin, Zakirin, Bülbülün, Üzeyirin narahat ruhlarını.

Qocanın gözləri yenə doldu:

-Eh qızım, yuxulardan danışma. Mən hər gecə o yerləri gəzib qayıdıram. Deyirlər, yuxular rəngli olmur. Ancaq mən o güllərin, çiçəklərin hər birini öz rəngində görürəm. Hətta ətirlərini belə hiss edirəm. Bizim o yerlərin çiçəklərinin, otlarının ətri bir özgə cür olardı. Oranın təmiz havasını ciyərlərinə çəkməyin ləzzətini heç nə verə bilməz. Daha dözə bilmirəm, qızım, dözə bilmirəm. Elimi, obamı, ata-anamın dəfn olunduğu doğma torpağımı istəyirəm. Burnumun ucu göynəyir o yerlərdən ötrü. Amma ümidimi itirməmişəm. Son vaxtlar ümidim bir az da artıb. Prezidentimizin yürütdüyü düzgün siyasət mənim ümidimin artmasına səbəb olub. Mənə elə gəlir ki, doğma yurduma dönəcəyim gün çox da uzaqda deyil. Mən qələbə gününün yaxınlaşdığını hiss edirəm.

Qoca bu sözləri söyləyib ovcunda saxladığı torpağı bir daha qoxlayıb ehtiyatla yerə tökdü. Yavaş-yavaş yerindən qalxıb mənimlə vidalaşdı. Uzaqlaşan zaman bu sözləri pıçıltı ilə söylədiyini eşitdim:

"Vətənə dönməyim gəlir, vətəndə ölməyim gəlir".

İlhamə HƏSƏNOVA










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı