Qarabag Media
Haqqımızda Əlaqə

Xankəndini etirazlar bürüdü – Qarabağda xaos


Tarix:4-06-2018, 13:45 Kateqoriya:Manşet / Qarabağ

Xankəndini etirazlar bürüdü – Qarabağda xaos

Son günlər Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə yerli xüsusi xidmət orqanlarının əməkdaşları arasında yaşanan irimiqyaslı qarşıdurma və bunun səbəb olduğu kütləvi aksiyalarla bağlı Qarabağdakı separatçı rejim İrəvandan məsələyə müdaxilə etməyi tələb edib.

Bu barədə Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın köməkçisi Artur Ağabekyan “Facebook” səhifəsində yazıb. O, yerli sakinləri sakitliyə, İrəvanı isə köməyə çağırıb. Hətta aprel döyüşlərindən də yerli ermənilərə təzyiq kimi istifadə edib.

“Düşünürəm ki, Qarabağda MTX-nin rəisi Arşavir Karamyanın aprel döyüşlərindən sonra oynadığı roldan hamı xəbərdardır. Aprel məğlubiyyətindən sonra məhz o, təhlükəsizliyə dair məsuliyyəti öz üzərinə götürdü. Əminəm ki, aksiya iştirakçılarının əksəriyyəti bundan xəbərdardır. Amma indi onun istefasını tələb edirlər. Bunları görəndə az qala adam ağlını itirir. Özünüzə gəlin, cənablar, gec olmadan özünüzə gəlin! Ermənistandakı hakimiyyət isə baş verənlərlə bağlı mümkün qədər tez öz rəsmi mövqeyini bildirməli və dərhal Qarabağa kömək üçün nümayəndə heyəti göndərməlidir.” – deyə Ağabekyan vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə MTX əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndində məişət zəminində baş verən insident böyüyərək kütləvi hal alıb.

MTX əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Separatçı rejimin qanunsuz polisi isə baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs ediblər. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.

Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq MTX əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Aksiyaçılara görə, Qarabağdakı erməni xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldurlar, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər. Onlar yolu bağlayaraq saatlarla nəqliyyatın hərəkətini dayandırıblar.

Vəziyyətin getdikcə gərginləşdiyini görərən separatçı rejimin nümayəndələri etirazçıları əmin etməyə çalışıblar ki, Bako Saakyan günahkarları cəzalandıracaq.Lakin aksiyaçılar dağılışmayıblar. İyunun 2-də separatçı rejimin başçısı Bako Saakyan etirazlarla əlaqədar təhlükəsizlik şurasının iclasını keçirib. Daha sonra isə o, etirazçıların nümayəndələrini qəbul edərək, onlara hadisənin araşdırılacağı və günahkarların cəzalandırılacağına söz verib./Azərbaycan24/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI
Balakişi Qasımov məşhur rejissoru işdən çıxarır? - Ərizəsi alındı (FOTOLAR)
Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edib
Qarabağ erməniləri erməni deyil
Donald Tramp “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan qanunu təsdiqləyib
“Axşam yatıb, səhər durub...” — Ərdoğandan Trampa sərt sözlər
Doğma Kəlbəcərin əvəzolunmaz tərənnümçüsü
DTX hərbçiləri şantaj edən “reket jurnalistləri” saxladı
Dünyasını dəyişmiş əsgərin atası: “Ədalətli, düzgün istintaqın aparılmasına inanıram”
Gəncə hadisələrinin daha bir iştirakçısı məhv edildi
İlham Əliyev: "Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır"
Trampın Türkiyəyə qarşı sanksiya qərarına Qərbdən və Şərqdən təpkilər gəlir
Peskov: "Ərdoğan Putindən yardım istəməyib"
Bakı-Balakən sərnişin qatarı təbii fəlakət səbəbindən yolda qalıb
Paşinyan kəşfiyyat şefini Qarabağa göndərdi
Elçin Quliyev at çapan Gülayla görüşdü – Atasını işə götürdü
42 minədək abituriyent ərizəsini təsdiq edib
Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."
Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Ramil Quliyev Avropa çempionatının finalında
Bakıda ağır namus cinayəti törədilib
Fransalı professor: "Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir" - MÜSAHİBƏ