Qarabag Media
Haqqımızda Əlaqə

Erməninin məkrli demokratiya oyunu


Tarix:2-06-2018, 15:32 Kateqoriya:Manşet / Yazarlar

Erməninin məkrli demokratiya oyunu Zahid SƏFƏROĞLU

Paşinyanın Gürcüstan səfərində bir detal diqqəti xüsusi çəkdi. Görüşlərdə Avropa Birliyinə (AB) inteqrasiya məsələsi az qala, əsas mövzu oldu. Gürcü baş naziri bu yolda qonşu Ermənistanla qoşa addımlamaq istəyini dilə gətirdi, Paşinyan isə belə ritorikadan məmnunluğunu gizlətmədi, Gürcüstanın uğurlarına sevindiyini dedi.

Bu, sadəcə, Rusiyanı qıcıqlandıracaq bir jest, detal deyildi. Daha çox Avropaya, Qərbə ismarış idi ki, Ermənistan da Gürcüstan kimi Qərbə üz tutmağa hazırdır. Paşinyan onsuz da Putinin gözü qarşısında komandasını sırf qərbyönlü, Amerikanın adamlarından, hətta Putinə söyənlərdən qurmaqdadır. Nə dərəcədə o, öz hədəfinə çatacaq, bunu zaman, bir də rusun səbri göstərəcək. Dəqiq olan odur ki, gizli-açıq qərbçi, hətta Sorosçu sayılan Paşinyan nəsə “qaynatmaq” istəyir.

Sözsüz ki, Qərb amili xarici siyasətdə çox önəmlidir və istənilən ölkə öz inkişafı və milli təhlükəsizliyi üçün onu ciddiyə almağa çalışır. Bircə fakt: Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini Rusiya kimi cəmi bir neçə qeyri-demokratik ölkə tanıyıb. Son olaraq Moskvanın satelliti Suriya bu addımı atdı. Ancaq heç nə dəyişmir. Çünki əsas Avropanın, ABŞ-ın separatçı qurumları tanımasıdır. Tanıdılarsa, iş bitdi.

Bu da var ki, Avropa inteqrasiya yolu tutan postsovet ölkələrinin hamısı, Baltikyanı dövlətlər xaric, ərazi itiriblər. Gürcüstan, Ukrayna, Moldova kimi. Ermənistan isə əksinə, ərazi işğal edib və işğalçı kimi də AB-nin, NATO-nun qucağına düşmək istəyir. Azərbaycan üçün təhlükəlisi bu ola bilər. Hər halda, şahidiyik ki, işğal faktı Ermənistanın AB ilə tərəfdaşlıq sazişi imzalamasına əngəl olmadı. İndi isə bir sıra Avropa və Amerika rəsmiləri Paşinyana rəğbət bildirən bəyanatlar verərək onunla tezliklə görüşməyə can atırlar. Absurda bax ki, hətta İrəvandakı bəzi Qərb səfirləri onu Nobel sülh mükafatına namizəd irəli sürüblər.

Təhlükəlisi həm də odur ki, Ermənistan Rusiya orbitində qala-qala və işğalçı ola-ola, hiyləgərcəsinə Avropaya inteqrasiya yolu tutmaq arzusundadır. Çünki bu yol lap başlanğıcında ölkələrə ciddi siyasi-maliyyə dəstəyi, vizasız rejim vəd edir. Odur ki, tədbirli və ayıq-sayıq olmalıyıq. Xüsusən də qlobal güclərin beynəlxalq hüququ hörmətdən saldığı, ikili standart siyasəti yürütdüyü zamanımızda.

“Şər deməsən, xeyir gəlməz”. Yaxşı, deyirik, birdən bu ermənilərin kumiri öz xalqına verdiyi vədləri tutdu. İqtisadi-siyasi islahatları həyata keçirməyi, korrupsiyanın kökünü kəsməyi, məhkəmələri müstəqil eləməyi bacardı və demokratik parlament seçkiləri keçirdi. O halda işğalçı ölkə Gürcüstan kimi Qərbin gözündə qalxmazmı? Şəksiz. Ardınca erməni lobbisi və Qərb investorları Ermənistana sanballı yatırımlar qoymağa başlayacaqlar.

Beləcə, blokada rejimi xeyli yumşalacaq, işğal faktı Qərbin gözündə bir az da arxa plana keçəcək. O zaman biz hətta Dağlıq Qarabağ ətrafındakı rayonları güc yolu ilə azad eləmək istəyəndə belə, Qərb ermənilərə qahmar çıxa bilər...

Bu, şəksiz ki, hərb meydanında bizimlə bacara bilməyəcəyinə əmin olan düşmənin Qərbin əli ilə Azərbaycan əleyhinə “2-ci (virtual) cəbhə” açmaq cəhdidir, demokratiya kələyidir. O üzdən biz ən pis varianta hazır olmalıyıq. Biz əsla imkan verə bilmərik ki, onsuz da xristian amilinə görə Qərbə bizdən bir köynək yaxın olan təcavüzkar ölkənin imici demokratik dünyanın gözündə Azərbaycandan yuxarı olsun. Ən azı, Qarabağa görə indidən ön tədbirlər haqda düşünmək pis olmaz.

Bəs nə etməli? Sualın cavabı əslində məşhur deyimdə gizlənib: “Demokratiyada çarə tükənməz”. Misal üçün, Ermənistanla eyni ildə Azərbaycanda da növbədənkənar parlament seçkilərinin keçirilməsi mümkündür. Bizdə onsuz da prezidentli üsul- idarədir. O üzdən bütün iddialı siyasi qüvvələrin iştirakı ilə nümunəvi bir parlament seçkilərinin təşkili üçün heç bir siyasi maneə yoxdur. Örnək də böyrümüzdə - qardaş Türkiyədə azad siyasi rəqabət şəraitində hazırda davam edən seçkilər.

Əminik, Qərbin demokratik sayacağı parlament seçkiləri Azərbaycanı Avropanın, ABŞ-ın nəzərində əhəmiyyətli dərəcədə qaldıracaq. Demək, Qarabağ məsələsində çəkimiz artacaq, ermənilərin dili qısalacaq - “islahatçı” Paşinyanın uğurlarından asılı olmayaraq.

Unutmayaq, istər hərbi, istərsə də siyasi yol olsun, Qarabağı qaytarmağın bir şərti də Azərbaycanın demokratik imici ilə bağlıdır...

Karabakhmedia.az


Mənbə: nusavat.com












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ