Qarabag Media
Haqqımızda Əlaqə

Əsirlikdə qalan Laçın muzeyi


Tarix:2-06-2018, 13:53 Kateqoriya:Manşet / Laçın yurdu / Abidələr

Əsirlikdə qalan Laçın muzeyi

Azərbaycanda muzey işinin tarixindən danışarkən xüsusi qeyd olunmalıdır ki, bu sahəyə diqqət və qayğı ümummilli lider Heydər Əliyevin fəaliyyətində mühüm yer tutmuşdur. O, xalqımızın əsrlər boyu yaratdığı sərvətin – mədəni dəyərlərinin toplanılması, qorunması və daha da zənginləşdirilməsi üçün əməyini əsirgəməmişdir. 1970-ci illərdən başlayaraq respublikamızda müxtəlif profilli muzeylərin yaradılması, fəaliyyət göstərən muzeylərin zənginləşdirilməsi buna parlaq misaldır.

1979-cu ildə respublika hökuməti tarix və mədəniyyət abidələri ilə zəngin olan Laçın rayonunda Tarix-Diyarşünaslıq Muzeyi yaradılması barədə qərar qəbul etdi.

1980-ci ildə muzeyin yaradılması üçün toplama işinə başlandı. Həmin ildən muzeyə rəhbərlik mənə tapşırıldı. Laçın Tarix-Diyarşünaslıq Muzeyi fondunun zənginliyi, nadirliyi, ekspozisiyasının baxarlılığı ilə seçilirdi.

Muzeyin yerləşdiyi bina tarixilik baxımından qiymətli idi. Bu bina 1924-cü ildə Laçın şəhərinin salındığı dövrdə, Azərbaycan memarlığı üslubunda inşa edilmiş, fasadı rəngli şəbəkə üsulu ilə işlənmişdi. Muzeyin ekspozisiyasının sahəsi 360 kv.m., 9 zaldan ibarət idi. Bundan əlavə muzeyin həyətində 360 kv.m-lik sahədə də açıq səma altında ekspozisiya fəaliyyət göstərirdi. Burada Laçın rayonunun qədim daş plastikasını özündə əks etdi-rən sənət nümunələri nümayiş etdirilirdi. Muzeyin fondunda 5 minə qədər əşya mühafizə olunurdu.

1989-cu ildə rayonun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi istifadəyə verildi. Həmin xatirə muzeyinə muzeyimiz tərəfindən Sarı Aşıqla bağlı 150 əşya bağışlanmışdı.

Laçın rayonunun tarixi, etnoqrafiyası, arxeologiyasına aid materiallardan, həmçinin maddi və mənəvi mədəniyyət, sənətkarlıq nümunələrindən ibarət unikal əşyalar 1992-ci ilin may ayının 18-də Ermənistan Respublikasının torpaqlarımıza təcavüzü nəticəsində talan olundu, Ermənistana daşındı. Açıq səma altında fəaliyyət göstərən daş muzeyi sındırılaraq məhv edildi.

Hazırda ermənilər talan etdikləri muzey əşyalarını dünya ictimaiyyətinə erməni maddi-mədəniyyət nümunələri kimi təqdim edərək bir sıra ölkələrdə nümayiş etdirirlər.

Ermənilər ərazi iddiaları ilə yanaşı, indi də işğal etdikləri rayonlarda özbaşına qazıntılar aparır və qədim tariximizə aid tapıntıları öz adlarına çıxırlar. Onlar daha bir xəyanətə əl atmış, Laçın rayonunun Sonasar kəndi ərazisindəki qədim qəbiristanlıqda apardıqları dırnaqarası “kəşfiyyat” zamanı əldə etdikləri tapıntıları İrəvanda Ermənistan Tarix Muzeyinə vermişlər. Bu barədə internet saytlarında ermənilərin özləri tərəfindən məlumat yayılmışdır. Bu əşyalar arasında qızıl, gümüş, bürüncdən hazırlanmış müx-təlif bəzək əşyaları vardır.
Əsirlikdə qalan Laçın muzeyi

Mətbuatın yazdığına görə, həmin xəzinənin ümumi dəyəri 23,3 min ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Erməni xislətinə aid bir mə-sələni də qeyd etmək lazım gəlir. Belə ki, Ermənistanın rəsmi dairələri ilə Dağlıq Qarabağ separatçıları arasında bu dəfinə üstündə qalmaqal başlayıb. Tərəflərdən hər biri bu xəzinəyə sahib olmaq istəyir.

Qeyd olunmalıdır ki, hələ XIX əsrin sonlarında Laçın rayonu ərazisindən tapılmış bir sıra maddi-mədəniyyət nümunələri bu bölgənin qə¬dim məskənlərdən biri olduğunu göstərmişdir. Burada tarixin müxtəlif mərhələ-lərini özündə əks etdirən zəngin abidələr aşkar edilmişdir. Onlar əsasən təbii mağaralardan, siklop tikililərdən, qədim yaşayış yerlərindən, təknə, küp, daş qutu, katakomba qəbirlərindən, qayaüstü təsvirlərdən, suvarma sistemlərindən, müdafiə qalalarından ibarətdir.

Bu abidələrdən tapılmış, e.ə. III minilliyə aid çoxlu gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaq daşlarından düzəldilmiş bıçaqlar və ox uc-luqları qədim Tunc dövrünə, həmin dövrdə yaşamış əkinçi-maldar tayfaların iqtisadi və ictimai həyatına dair qiymətli tarixi mənbələrdir.
Hələ 1896-cı ildə Laçında tapılmış bir əşya – yuxarı hissəsində satirik teatr maskası təsvir edilmiş tunc lampa Peterburq Arxeoloji Komissiyasına aparılmışdır.

1924-cü ildə Laçın rayonunun Mirik kəndi ərazisində köhnə şəhər yeri açılmış və oradan 82 ədəd gümüş sikkə tapılmışdır. Bu sikkələrin 39 ədədi Səfəvi hökmdarları I Təhmasibin, 3 ədədi II İsmayılın hakimiyyəti dövrün-də, yəni hamısı XVI əsrdə zərb olunmuş, digər 39 ədəd gümüş alman tale-rinin də XVI əsrə aid olduğu elmi sübutlarla təsdiq edilmişdir.

Məlumdur ki, tarixin yazılmasında qəbir abidələri müstəsna əhəmiyyət kəsb edir.

1925-ci il avqust ayının axırlarında Laçın şəhərinin baş küçəsində kooperativ binasının özülü qoyularkən böyük daş plitədən düzəldilmiş, üstü də həmin ölçüdə digər plitə ilə örtülmüş qəbirlər çıxmışdır. Onlar bir-birinin üstündə üç cərgədən ibarət idi. Bu isə ərazidə uzun əsrlər boyu yaşayışın davam etməsini sübuta yetirir. Həmin qəbirlərin birinin yanında isə 5 ədəd əzilmiş qızıl sikkə tapılmışdır. Bu qızıl sikkələr Bizans imperatoru XIII Konstantin Dukenin (bəlkə də XII və ya XI Duke) imperator I İsaak Komnepin (1057-1059) oğlunun hakimiyyəti dövrünə aiddir.

1983-cü ildə isə Laçın rayonunun Əhmədli kəndində Azərbaycan Səfə-vilər dövlətinə aid dəfinə tapılmışdır. Həmin dəfinənin içərisində I Sultan Süleyman və I Sultan Hüseynin hakimiyyəti dövründə Təbriz, Həmədan, Xoy, Naxçıvan, Gəncə və Şamaxıda zərb edilmiş gümüş pullar olmuş¬dur. Laçın Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan bu dəfinə də (225 ədəd) ermənilər tərəfindən qarət edilmişdir.

Bunları deməkdə məqsədimiz Laçın rayonunun Azərbaycan xalqına məx¬sus maddi-mədəniyyət abidələri ilə zəngin bir bölgə olduğunu göstər-məkdir. Və bu cür dəfinələrin tapılması təbiidir. Bu ərazi ən qədim yaşayış məskəni olmaqla, eyni zamanda burada mədəniyyət və iqtisadiyyat inkişaf etmiş, Azərbaycanın böyük şəhərləri və digər ölkələrlə sıx ticarət əlaqələri olmuşdur. Məlum həqiqətdir ki, həmin dövrdə bu yerlərə hələ erməni ayağı dəyməmişdi. Belə olan halda tapılmış maddi-mədəniyyət nümunələrini on-ların öz adlarına çıxması gülüncdür.

Bunları nəzərə alaraq belə hesab edirik ki, vaxtilə və hazırda Laçından və Azərbaycanın digər işğal olunmuş ərazilərindən Ermənistana aparılmış maddi-mədəniyyət nümunələri YUNESKO-nun mədəniyyət sərvətlərinin qaytarılması barədə Beynəlxalq Konvensiyalarının tələblərinə uyğun olaraq ölkəmizə qaytarılmalıdır.

Bir zamanlar respublikamızın ən zəngin muzeylərindən biri hesab olunan Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1992-ci ildən Bakı şəhə¬rində N.Nərimanov rayonu Əliş Quliyev adına 2 saylı Texniki-peşə liseyinin 20 m2 sahəsi olan bir otağına sığınaraq öz fəaliyyətini bərpa etmişdir.
Əsas fəaliyyəti toplama və yığım işindən ibarət olan muzey bununla kifayətlənməyərək bu illər ərzində toplanmış əşyaların hesabına çoxsaylı sərgilər təşkil etmiş, idarə, müəssisə, məktəblərlə sıx əlaqə yaratmış, ekskursiyalar keçirmiş, məruzə və mühazirələrlə ictimaiyyət qarşısında çıxış etmişdir. Muzeyin fəaliyyəti dəfələrlə Azərbaycan Dövlət Televiziyasında və mərkəzi mətbuatda işıqlandırılmış, işinə müsbət qiymət verilmişdir.

Muzeydə “Müstəqilliyimiz əbədidir”, “Azərbaycan Xalq Cümhuriyyəti – 94”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin laçınlılarla görüşü”, “Laçın foto yaddaşlarda”, “Erməni vandalizmi” adlı sərgilər, Laçının işğalı gününə, Milli Qəhrəmanlarımıza və s. həsr edilmiş tədbirlər keçiril-miş, Əsirlikdə qalan Laçın muzeyiməktəblilərə ekskursiya xidməti göstərilmişdir.

Toplama işi ilə bağlı mətbuat və televiziyada əhaliyə müraciət edilmiş, rayonun tarixini, etnoqrafiyasını özündə əks etdirən materialların muzeyə təqdim olunması sahəsində təbliğat işi gücləndirilmişdir.

Solmaz MƏHƏRRƏMOVA,
Əməkdar mədəniyyət işçisi,
tarix elmləri doktoru










SON XƏBƏRLƏR
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır
Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı
Hafiz Hacıyevin şortikli kişilər dərdi
Yevlaxda bir tona yaxın narkotik aşkarlandı
Şou ruhu ilə Qarabağ olmaz
Türkiyə seçkilərindən sürpriz gözləməyə dəyərmi?
Azərbaycan yeni hərbi helikopterlər əldə edib - VİDEO