Qarabag Media
Haqqımızda Əlaqə

Göz yaşında görüşənlər - Aprel şəhidlərinin övladları ilə Xocalı “25-lər”i bir arada - FOTOLAR


Tarix:1-06-2018, 23:26 Kateqoriya:Manşet / Cəmiyyət

Göz yaşında görüşənlər -  Aprel şəhidlərinin övladları ilə Xocalı “25-lər”i bir arada - FOTOLAR

Aprel şəhidlərinin məktəbli övladları arasında keçirilən “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi” mövzulu yazı müsabiqəsinin iştirakçıları mükafatlandırılıb.

Bakı şəhəri, Nərimanov rayonu 193 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə ilk dəfə olaraq Aprel şəhidlərinin övladları ilə Xocalı soyqırımı zamanı hər iki valideyni qətlə yetirilmiş "25-lər"in görüşü keçirilib.

Mərasimdə şəhidlərin həyat yoldaşları və övladları, Milli Məclisin deputatları - Eldəniz Səlimov, Elşad Həsənov, Çingiz Qənizadə, Mahir Abbaszadə, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Tahir Mirkişili, həmçinin, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov, “Aprel-2016” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin həmtəsisçisi Aida Eyvazlı və digər nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Tədbir Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının giriş sözləri ilə başlayıb. O, layihə barədə iştirakçılara geniş məlumat verərək, tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Daha sonra deputatlardan Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, Tahir Mirkişili, Çingiz Qənizadə və başqaları çıxış edərək, Aprel şəhidlərinin şücaətlərindən danışıblar.

Millət vəkili Mahir Abbaszadə çıxışı zamanı Aprel şəhidi Raquf Orucovla olan xatirələrini də yada salıb: “Biz Sumqayıtda qonşu olmuşuq. Raquf Orucovun toyu da mənim yadımdadır. Amma təəssüf ki, bu gün belə məkanda görüşdük”.

Çingiz Qənizadə çıxışı zamanı mərasimlə bağlı öz fikirlərini deyəndən sonra Aprel şəhidlərinin həyat yoldaşlarına müraciət edib: “Allah sizə sağlıq versin ki, bu gözəl balaları böyüdüb ərsəyə çatdırasız”.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan dövlətinin şəhid ailələrini daimi diqqət mərkəzində saxladığını qeyd edib: “Hazırda etdiklərimiz cüzidir. Xocalı faciəsi, 20 Yanvar faciəsi yalnız ildönümlərində deyil, bütün il ərzində xatırlanmalıdır”.

Deputat Tahir Mirkişili ölkədə mübarizə ruhunun güclü olduğunu vurğulayıb. O bildirib ki, ən qısa zamanda torpaqlar işğaldan azad edilməlidir.

Şəhid Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova isə aidiyyati QHT nümayəndəsi olsa da, tədbirdə sırf şəhid ailəsi kimi iştirak etdiyini deyib: “Mən burada QHT nümayəndəsi kimi yox, sırf şəhid ailəsi kimi çıxış edirəm".

Tədbirdə həmçinin, Aprel şəhidlərinin övladları çıxış edib, şeirlər səsləndiriblər. Xüsusən də şəhid Rasim Məmmədovun oğlu Asim Məmmədov atası haqqında şeir söyləyən zaman mərasimin kövrək ovqatı bir qədər də artıb. Balaca Asim atasından bəhs edən şeiri səsləndirən zaman ağlayıb ki, bu da iştirakçıları göz yaşına boğub.

Tədbirin gedişatı bu cür kövrək və qürurverici fonda davam edib. Hisslərini ifadə edə bilməyən şəhid xanımları, övladları, eləcə də qonaqlar göz yaşı dilində danışıblar…

Xocalı soyqırımı zamanı hər iki valideynini itirənlər də söz alaraq, bu cür müsabiqələr vacibliyini vurğulayıblar.

Daha sonra millət vəkilləri şəhid övladlarına hədiyyə və sertifikatlar təqdim ediblər. Sonda Xocalı faciəsində hər iki valideynini itirənlənlərlə Aprel şəhidlərinin övladları xatirə şəkli çəkdirib./Modern.az/

Göz yaşında görüşənlər -  Aprel şəhidlərinin övladları ilə Xocalı “25-lər”i bir arada - FOTOLAR

Göz yaşında görüşənlər -  Aprel şəhidlərinin övladları ilə Xocalı “25-lər”i bir arada - FOTOLAR

Göz yaşında görüşənlər -  Aprel şəhidlərinin övladları ilə Xocalı “25-lər”i bir arada - FOTOLAR

Göz yaşında görüşənlər -  Aprel şəhidlərinin övladları ilə Xocalı “25-lər”i bir arada - FOTOLAR

Göz yaşında görüşənlər -  Aprel şəhidlərinin övladları ilə Xocalı “25-lər”i bir arada - FOTOLAR

Göz yaşında görüşənlər -  Aprel şəhidlərinin övladları ilə Xocalı “25-lər”i bir arada - FOTOLAR

Göz yaşında görüşənlər -  Aprel şəhidlərinin övladları ilə Xocalı “25-lər”i bir arada - FOTOLAR

Göz yaşında görüşənlər -  Aprel şəhidlərinin övladları ilə Xocalı “25-lər”i bir arada - FOTOLAR

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Quran dilinin statusu haqqında
İbtidai sinif müəllimləri şagirdlərə özgüvən necə yaratmalı? - Gənc müəllim öz metodundan danışdı-VİDEO
Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı — FOTO
İŞİD Suriyada əsas istinadgahını itirib
Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür
XİN-dən azərbaycanlı əsirlərə işgəncə verən erməni generalın həbsinə MÜNASİBƏT
AHİLİK– ƏXİLİY NƏDİR?! — Unudulmuş bir Türk gələnəyinin bilinməyənləri...
Türkiyə Antarktikada elmi baza yaradacaq
Bu gün tibb işçilərinin peşə bayramı günüdür
Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH
Əfqanıstanda partlayış nəticəsində 35 nəfər ölüb, 65 yaralanıb
"Bizim ailədə 5 nəfər SSRİ maarif əlaçısı olub" — Şəbnəm Uğurlu
DÇ-2018: Bugünkü oyunlar – CƏDVƏL
Mübariz Mənsimov Eynulla Fətullayevə cavab verdi: “Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də…”
Putin Paşinyanı İlham Əliyevlə tanış edib
Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Ərdoğan: “ Kürd qardaşlarımızın bu oyunu pozacaqlarına inanıram”
Topçubaşovla ABŞ prezidentinin görüşünü kim təşkil etmişdi? - FOTO
Dörd ayda olan nikah və boşanmaların sayı açıqlanıb
Cocuq Mərcanlıda məcburi köçkün uşaqlar üçün tədbir təşkil edilib
“Son zəng” günündə şagirdlər arasında qanlı dava
İsmayıllıda şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib - FOTO
Qurtuluş - zəfərin yüksəlişi
Azərbaycan əhalisinin sayı açıqlanıb
AMB sədri 200 manatlıq əskinaslara çəkilən xərcdən danışdı
26 il öncə baş vermiş yay hücumunun detalları — Əməliyyatın iştirakçısı şərh edir
Atatürk türkün nələri bilməsini vacib hesab edirdi?.. - ARAŞDIRMA