Qarabag Media
Haqqımızda Əlaqə

DİN qadın işçilər üçün müsabiqə elan edib


Tarix:31-05-2018, 16:01 Kateqoriya:Manşet / Hüquq

DİN qadın işçilər üçün müsabiqə elan edib

Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti-Zəng Mərkəzində vakant olan 10 (on) kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Karabakhmedia.az APA-ya istinadən bildirir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan, Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.

Namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali hüquq təhsilli və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.

İştirak etmək istəyən şəxslər 2018-ci ilin iyun ayının 1-dən 30-dək mia.gov.az./?/az/content/29915/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsi;

– ali təhsil haqqında diplom;

– əmək kitabçası (olanlar üçün).


Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 700 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 590-97-52

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib
SOCAR və “Uzbekneftqaz” birgə müəssisə yaradacaq
İlham Əliyev Sumqayıt bulvarında yaradılan şəraitlə tanış olub
Bəxtiyar Hacıyev Ata Abdullayevin Paşinyanla görüşündən yazdı
Cəsədi döyüş meydanında qalan 19 yaşlı şəhid - Milli Qəhrəman Mehman Sayadovun doğum günüdür
BDU-nun yataqxanasında ölən qızın kimliyi bilindi + YENİLƏNİB
Kliniki Tibbi Mərkəzin baş həkimi: "Zəhərlənən tələbələr şok vəziyyətindədirlər"
Ağır iqtisadi vəziyyətdə olan İran Rusiyadan 5 milyard dollar kredit istəyib
Əli Əsədovdan ikili diplomla bağlı QƏRAR
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
Prezident Sumqayıtın 70 illiyinə həsr olunan tədbirdə iştirak edib
Tehran ABŞ-a nota göndərib
Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə getdi
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı