Qarabag Media
Haqqımızda Əlaqə

Müqavilə ilə işləyən müəllimlər niyə qiymətləndirməyə buraxılmayıb?


Tarix:31-05-2018, 13:10 Kateqoriya:Manşet / Təhsil

Müqavilə ilə işləyən müəllimlər niyə qiymətləndirməyə buraxılmayıb?

Təhsil Nazirliyi müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmamasına aydınlıq gətirib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, diaqnostik qiymətləndirmənin nəticəsi əmək müqaviləsinin daimiləşməsi üçün əsas sayılmadığı üçün müddətli əmək müqaviləsi ilə müəllim işləyənlərin diaqnostik qiymətləndirmədə iştirakı nəzərdə tutulmayıb.

Qeyd edək ki, ancaq müddətsiz əmək müqaviləsi ilə işləyən şəxslərin diaqnostik qiymətləndirmədə iştirakı bir qrup şəxsin narazılığına səbəb olub. Narazı şəxslər əsas iş yerində müddətli əmək müqaviləsi ilə işləyən minlərlə müəllimin qiymətləndirmənin keçirilməsi ilə bağlı hazırda qüvvədə olan Qaydaların tələblərinə zidd olaraq qiymətləndirmə imtahanlarına buraxılmadığını və onların bu tədbirdə iştirak etmək hüquqlarının pozulduğunu iddia ediblər.

Xatırladaq ki, mayın 26-dan müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə başlanılıb.

İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may - 2 iyun tarixlərində keçirilir.

Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılır.

Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 19 minə yaxın müəllim iştirak edir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı