Qarabag Media
Haqqımızda Əlaqə

Sabah Bakı mühüm beynəlxalq konfransına ev sahibliyi edəcək


Tarix:30-05-2018, 16:27 Kateqoriya:Manşet / Tibb

Sabah Bakı mühüm beynəlxalq konfransına ev sahibliyi edəcək

Sabah, mayın 31-də ölkəmiz daha bir möhtəşəm tədbirə ev sahibliyi edəcək. Belə ki, səhiyyə sahəsində tanınmış beynəlxalq ekspertlərin və təmsil olunan beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi Avropa Tibb Assosiasiyalarının Forumunun 33-cü illik konfransı öz işinə başlayacaq.

Azərbaycan Tibb Assosiasiyasından verilən məlumata görə “Hilton” otelində təşkil olunacaq konfrans bəşəriyyətdə maraq doğuran qlobal səhiyyə məsələlərini əhatə edəcək, Avropada səhiyyə və tibb sahəsində aparılan beynəlxalq reformalar və qazanılmış təcrübələr müzakirəyə çıxarılacaq. Forum iki gün - 31 may və 1 iyun tarixlərində davam edəcək.

Konfransda təmsil olunan beynəlxalq tərəfdaş təşkilatlar, səhiyyə sahəsində strateji səhiyyə siyasətini və beynəlxalq tövsiyələri, qərarları qəbul edən və həyata keçirən nüfuzlu qurumlardır. Dünya Tibb Assosiasiyasının Baş katibi Dr. Otmar Kloiber, Dünya Tibb Təhsili Federasiyası prezidentinin müşaviri Canet Qrant, Avropa Tibb Mütəxəssisləri Birliyinin prezidenti Romuald Karjevski, Avropa Həkimləri daimi Komitəsinin prezidenti Jacques de Haller öz maraqlı məruzələri ilə çıxış edəcəklər.

Məruzəçilər icbari tibbi sığortada-Avropa təcrübəsi, İlkin tibbi yardım- ailə həkimliyi və s. mövzularda çıxış edəcəklər. 25 ölkənin səhiyyə sahəsində tanınmış beynəlxalq mütəxəssislərinin qatıldığı forum iştirakçıları Heydər Əliyev Mərkəzində mərhum prezident Heydər Əliyevin zəngin tarixi irsi ilə də tanış olacaqlar. Tədbir Cümhuriyyətimizin 100 illiyinə və 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr olunub./Musavat.com/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB