Qarabag Media
Haqqımızda Əlaqə

Qusarda şəhidlərin anım tədbiri keçirilib


Tarix:30-05-2018, 14:04 Kateqoriya:Manşet / Qəhrəmanlar

Qusarda şəhidlərin anım tədbiri keçirilib

“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Qəhrəman döyüşçülər və şəhidlərin ictimaiyyət arasında təbliği” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.

Karabakhmedia.az xəbər verir ki, layihə çərçivəsində 25 və 26 may 2018-ci il tarixlərində Qusar rayonunda Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulması məqsədilə, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş Əmiraslan Xəlil oğlu Xeyirbəyovun 25 may 2018-ci il tarixində Qusar rayonu Cağarqışlaq kənd tam orta məktəbində və Bəhruz Əzbər oğlu Ağaverdiyevin 26 may 2018-ci il tarixində Qusar rayonu Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbində anım mərasimləri məktəblilər arasında həyata keçirilmişdir.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin nümayəndəsi Emil Hacızadə, QMƏVŞAİİB-nin sədri Canəli Səbiyulla, Qusar rayonu Cağarqışlaq kənd tam orta məktəbin direktoru Elburus Məhsimov, Qusar rayonu Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbin direktoru Arif Xəlilov, şəhid Əmiraslan Xeyirbəyovun ailə üzvləri, şəhid Bəhruz Ağaverdiyevin ailə üzvləri, məktəblərin müəllim və şağird kollektivi iştirak etdilər.

Tədbirdən öncə Qarabağ qaziləri məktəblilərlə Milli Qəhrəman Çinğiz Qurbanovun, şəhid Əmiraslan Xeyirbəyovun və şəhid Bəhruz Ağaverdiyev məzarları ziyarət olundu. Sonra tədbir məktəbdə davam etdirildi. Mərasim dövlət himnimizin səsləndirilməsi ilə başlanıb və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov donor təşkilat haqqında və layihə haqqında məlumat verdi. O, həmçinin qeyd etdi ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulmasından və gənclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi elə vacib işlərdəndir ki, bunun həmişə davamı olacaqdır.

Tədbirdə şagirdlərin hazırladığı şeir və kompaziya maraqla izlənildi.

Şəhidlərin ailə üzvləri və yaxınları da çıxış edərək, şəhidlərə qarşı göstərilən ehtirama görə tədbir iştirakçılarına, eləcə də anım tədbirini təşkil edənlərə öz minnətdarlığını bildirdilər.

Bunla da tədbir yekunlaşdı.

Qusarda şəhidlərin anım tədbiri keçirilib

Qusarda şəhidlərin anım tədbiri keçirilib

Qusarda şəhidlərin anım tədbiri keçirilib

Qusarda şəhidlərin anım tədbiri keçirilib

Qusarda şəhidlərin anım tədbiri keçirilib

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır
Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı
Hafiz Hacıyevin şortikli kişilər dərdi
Yevlaxda bir tona yaxın narkotik aşkarlandı
Şou ruhu ilə Qarabağ olmaz
Türkiyə seçkilərindən sürpriz gözləməyə dəyərmi?
Azərbaycan yeni hərbi helikopterlər əldə edib - VİDEO