Qarabag Media
Haqqımızda Əlaqə

Qurban Qurbanov: "Futbolçuların məşqdə etdiklərini oyunda təkrarlaması məni razı saldı"


Tarix:30-05-2018, 03:03 Kateqoriya:Manşet / Müsahibə

Qurban Qurbanov: "Futbolçuların məşqdə etdiklərini oyunda təkrarlaması məni razı saldı"Bu gün yoldaşlıq oyununda Qırğızıstan millisini 3:0 hesabı ilə məğlub edən Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Karabakhmedia.az xəbər verir ki, Qurbanov əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- İlk qələbəmiz idi. Bu qələbə çox vacib idi. Bu gün komanda tam optimal formada deyil. Nəticəni bir kənara qoyuram, məşqlərdə çox etdiyimiz hücumları gördüm. Bir az keyfiyyət çatışmırdı. Lakin futbolçuların məşqdə etdiklərini oyunda təkrarlaması məni razı saldı. Nəticə mənim üçün vacib idi. Futbolçularımı təbrik edirəm.

İlk hissəylə ikinci hissədə fərqli oyun sizin tapşırığınız idi?

- Futbolda belə bir psixologiya var. Qol vuran komanda rahatlanır. Məğlub durumda olan komanda isə tam fərqli. Futbolçularım bu oyunda mənim rəhbərliyim altında ilk qələbəni əldə etmək istəyirdilər. İkinci hissədəki əvəzetmələr də uğurlu alındı. Bu oyunda demək olar, düşündüyümüz bütün epizodlarla qarşılaşdıq. İkinci hissədə bəzi tapşırıqlar verdim. Daha cəld oynamağa başladıq. İlk hissədə isə istədiyimiz hücumları qura bilmirdik.

Bu gün komanda hücum futbolu oynadı. Qarşıdakı iki oyunda yığmamızın ifasında da bu cür futbol izləyə biləcəyik?

- Çalışıram, hər oyunçunun potensialına yaxşı bələd olum. Biz bu komandanı nəticə qazanması üçün hazırlayırıq. Bəzən rəqiblərin gücü istədiyimiz oyunu sərgiləməyə mane olur. Hərdən nə qədər hücum futbolu sərgiləmək istəsək də, rəqibin oyunu buna mane olur. Buna görə, hücumda nə qədər yaxşı futbol sərgiləsək də, müdafiədə də etibarlı oynamaq laızmdır.

Komanda neçə faiz hazırdır?

- Deməzdim, tam hazırıq. Hələ çox çalışmalıyıq. İlk hissədə də hücumlarımız olsa da, dəyərləndirə bilmədik. Məni sevindirən o oldu ki, standart vəziyyətdən iki qol vurduq. Fikrimcə, Millətlər Liqasında da həm standart vəziyyətlərdən qol vurmaq, həm də bu cür vəziyyətlərdə qol buraxmamaq əsasdır.

Prosineçkinin dövründə Dmitri Nazarov cinahda oynayırdı. Siz isə ona mərkəzdə şans verdiz. Nəzərə alsaq ki, Almeyda da mərkəzdə oynayır, gələcəkdə Nazarovu əvvəlki mövqeyində görə bilərik?

- Onlar fərqli oyunçulardır. Səhv etmirəmsə, Prosineçkinin vaxtında da Nazarov mərkəzdə oynayıb. Onun potensialına bələd olduğum qədər deyə bilərəm ki, Nazarovun oyunu mərkəzdə daha yaxşı alınır.

Komandada taran tipli hücumçu problemi var. Bu problemi həll etmək üçün millidə yeni futbolçu, məsələn Rüfət Dadaşovu yenidən yığmada görə bilərik?

- Alternativ variantlar barədə düşünürük. Nə qədər mümkün olacaq, gələcəkdə görəcəyik.

Belə söz-söhbət var ki, Rahil Məmmədov, Cavid İmamverdiyev və Filip Ozobiç “Qarabağ”a keçəcək...

- Harada gedən söz-söhbətə görə? (gülür) Gəlin, bu gün millidən danışaq. Onlar bizim transfer siyahımızda var. Bəzən olur ki, futbolçunu transfer etmək mümkün deyil, lakin onu transfer siyahımızda saxlayırıq.

Pavel Paşayevin zədəsi ciddidir?

- Bu cür zədəyə ciddi demək olar, deməmək də. Riçard Almeydanın zədəsindəndisə, ciddi demək olar./Report/

Qurban Qurbanov: "Futbolçuların məşqdə etdiklərini oyunda təkrarlaması məni razı saldı"

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”