Qarabag Media
Haqqımızda Əlaqə

Şura “Qəhrəmanlıq tariximizin məktəblilər arasında təbliğinin təşkili”nə dəstək verir


Tarix:29-05-2018, 13:54 Kateqoriya:Manşet / Təhsil

Şura “Qəhrəmanlıq tariximizin məktəblilər arasında təbliğinin təşkili”nə dəstək verir

Bakı şəhər N. Babayev adına 144 saylı tam orta məktəbdə “Şərqdə doğan ilk günəş” mövzusuna həsr olunmuş tədbir keçirilib.

Karabakhmedia.az-a daxil olan məlumata görə, tədbir “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qəhrəmanlıq tariximizin məktəblilər arasında təbliğinin təşkili” layihəsi çərçivəsində təşkil olunub.

Dövlət himni səsləndirildikdən sonra məktəbin direktoru Həcər Mahmudova çıxış edib, qonaqları, müəllim və şagird kollektivini salamlayıb, həyata keçirilən layihənin tarixi əhəmiyyətindən danışıb.

AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli çıxışında Azərbaycan tarixində Cümhuriyyət qurucularının rolundan söhbət açıb, şagirdlərə onların fəaliyyətini öyrənməyi və dövlətimizi sevməkdə onlara oxşamağı tövsiyə edib.

Tədbir məktəb şagirdlərinin çıxışları ilə davam etdirilib, Azərbaycan Cümhuriyyəti tarixinə aid slaydlar göstərilib, Cümhuriyyət qurucularının həyatı, fəaliyyətləri haqqında geniş məlumat verilib. “Tariximizə sahib çıxaq” İctimai Birliyinin sədri Araz Şamilov keçirilən tədbirin əsas məqsədlərinə toxunub, Cümhuriyyətin tariximizdə oynadığı məqamlardan bəhs edib.

Tədbirin sonunda layihə çərçivəsində məktəbdə keçirilən bilik yarışmasının qaliblərinə və çıxışları ilə fərqlənən şagirdlərə “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən diplomlar təqdim olunub.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI
Balakişi Qasımov məşhur rejissoru işdən çıxarır? - Ərizəsi alındı (FOTOLAR)
Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edib
Qarabağ erməniləri erməni deyil
Donald Tramp “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan qanunu təsdiqləyib
“Axşam yatıb, səhər durub...” — Ərdoğandan Trampa sərt sözlər
Doğma Kəlbəcərin əvəzolunmaz tərənnümçüsü
DTX hərbçiləri şantaj edən “reket jurnalistləri” saxladı
Dünyasını dəyişmiş əsgərin atası: “Ədalətli, düzgün istintaqın aparılmasına inanıram”
Gəncə hadisələrinin daha bir iştirakçısı məhv edildi
İlham Əliyev: "Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır"
Trampın Türkiyəyə qarşı sanksiya qərarına Qərbdən və Şərqdən təpkilər gəlir
Peskov: "Ərdoğan Putindən yardım istəməyib"
Bakı-Balakən sərnişin qatarı təbii fəlakət səbəbindən yolda qalıb
Paşinyan kəşfiyyat şefini Qarabağa göndərdi
Elçin Quliyev at çapan Gülayla görüşdü – Atasını işə götürdü
42 minədək abituriyent ərizəsini təsdiq edib
Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."
Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Ramil Quliyev Avropa çempionatının finalında
Bakıda ağır namus cinayəti törədilib
Fransalı professor: "Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir" - MÜSAHİBƏ