Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan prezidenti: "Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik"


Tarix:26-05-2018, 23:02 Kateqoriya:Manşet / Siyasət

Azərbaycan prezidenti: "Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik"

“Azərbaycan regional əməkdaşlıq formatında çox fəal çalışır. Biz regional əməkdaşlıq formatlarının yaradılmasına çalışmışıq və demək olar ki, buna nail ola bilmişik”. APA-nın xəbərinə görə, bunu ADA Universitetində məzun günü ilə əlaqədar təşkil olunmuş tədbirdə çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə hazırda bölgədə dörd üç və dördtərəfli regional əməkdaşlıq formatı mövcuddur: “Biz bu əməkdaşlıq formatlarının təşəbbüskarı olmuşuq. Onların çox praktiki mənası var. Bu əməkdaşlıq bu formatlarda iştirak edən bütün ölkələr üçün faydalıdır. Biz bu işi davam etdirəcəyik. Biz bu bölgədə yaşayırıq və əlbəttə, bölgədə sülhün, sabitliyin təmin edilməsi, o cümlədən beynəlxalq əməkdaşlıqdan asılıdır. İşğalçı Ermənistandan başqa bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Əksinə, bizim bütün ölkələrlə əlaqələrimiz inkişaf edir. Bu əlaqələr bərabərhüquqlu əlaqələrdir, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq əsasında formalaşan əlaqələrdir. Biz heç bir ölkənin daxili işinə heç vaxt qarışmamışıq və qarışmırıq. Əlbəttə ki, eyni yanaşmanı bütün ölkələrdən gözləyirik və bunu təmin edirik. Ona görə regional çərçivədə əməkdaşlıq əlbəttə ki, ikitərəfli əlaqələrin üzərində qurulub. Biz bu ikitərəfli əlaqələri çoxtərəfli əlaqələrə çevirə bilmişik”.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələrinin uğurla icra edilməsi, o cümlədən regional vəziyyətdən də asılıdır: “Biz bu vəziyyəti özümüz dəyişdiririk, müsbətə doğru dəyişdiririk. Bizim xarici siyasət konsepsiyamızda qarşılıqlı faydalı əməkdaşlıq xüsusi yer tutur. Biz hesab edirik ki, qonşu ölkələr, dost ölkələr bir-birinə kömək etməlidir, bir-birinin problemlərini qəbul etməlidir və birgə səylərlə problemlərin həlli işində çalışmalıdırlar”.

Prezident, Azərbaycanın çox uğurlu enerji diplomatiyası apardığını qeyd edib: “Bizim nəhəng enerji layihələrimiz, o cümlədən böyük dərəcədə diplomatik səylər nəticəsində mümkün olub. Əlbəttə ki, burada bir neçə amil öz rolunu oynayır - həm iqtisadi baxımdan Azərbaycanda mövcud olan gözəl investisiya iqlimi, sabitlik, əmin-amanlıq, beynəlxalq əməkdaşlıq və həm də bizim diplomatik səylərimiz. Çünki biz enerji layihələrimizi ancaq qonşu və dost ölkələrlə birlikdə icra edə bilərik. Bizim açıq dənizlərə çıxışımız yoxdur. Ona görə istənilən enerji layihəsi beynəlxalq əməkdaşlıq tələb edir. Ona görə enerji diplomatiyamız da çox uğurlu olub və bu gün bunu bütün dünya etiraf edir. Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik. Bir neçə gündən sonra rəsmi açılışı olacaq Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir, tarixi qələbəmizdir”.

“Biz nəqliyyat diplomatiyasını uğurla icra edirik. Demək olar ki, enerji dəhlizlərinin marşrutu ilə inkişaf edən nəqliyyat marşrutları, o cümlədən çox ciddi diplomatik səylər nəticəsində mümkün olub. Biz Avrasiyanın nəqliyyat xəritəsini də yenidən tərtib etmişik və bu işlərdə uğurlar qazanmışıq. Deyə bilərəm ki, enerji, nəqliyyat diplomatiyası ilə bağlı bizim bütün təşəbbüslərimiz, bütün addımlarımız uğurlu olub və həm bizə, həm bizimlə bərabər işləyən ölkələrə böyük dividendlər gətirir və bizi bundan sonra da hələ böyük mənfəət gözləyir. Bu gün icra edilən layihələr ölkəmizin qüdrətini uzunmüddətli formatda təmin edəcək, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Əlbəttə, bax, bu layihələrin icrasında diplomatik səylər böyük rol oynayır”, - deyə prezident İlham Əliyev qeyd edib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı