Qarabag Media
Haqqımızda Əlaqə

Rüstəm İbrahimbəyov üçün filmin sonu...


Tarix:26-05-2018, 16:03 Kateqoriya:Manşet / Yazarlar

Rüstəm İbrahimbəyov üçün filmin sonu... Elşad Paşasoy

Bu film söhbəti ortaya çıxandan 2-3 saat qabaq vaxtilə Rusiyada işləmiş məşhur tibb professoru ilə Rüstəm İbrahimbəyovdan danışmışdıq. Sonda eyni fikri paylaşdıq: Azərbaycanın “vitrin”indəki kinorejissor vaxtını siyasi iddialara xərcləməsəydi, 2-3 azərbaycanlı aktyoru da cəlb etməklə, Azərbaycan tarixi barədə bir kino çəksəydi, daha böyük iş görmüş olardı.

Və az sonra xəbər yayıldı ki, bəs, Rüstəm İbrahimbəyov kino çəkibmiş, özü də 2015-ci ildə, hətta bir il sonra Moskvadakı “Lyuksor” kinoteatrında premyerası da keçirilibmiş. Sadəcə biz xəbərsiz qalmışıq. Lakin ortaya çıxan qənaət budur ki, İbrahimbəyov ssenari müəllifi olduğu filmi çəkməkdə Azərbaycan tarixində əbədi yer almağı qarşısına məqsəd qoymayıb, heç günün birində Fəxri Xiyabanda, Vətən torpağında dəfn olunmağı da niyyət etməyib. Əks təqdirdə, filmdə azərbaycanlıları “qəddar, vəhşi, yaramaz, mədəniyyətsiz, milli kökləri olmayan adamlar”, erməniləri isə “alicənab, sülhsevər, intellektual, vəhşi türklərin qurbanları” kimi göstərmək istəməzdi. Hətta gürcüyə də qənim kəsilən azərbaycanlı (!) obrazını ortaya çıxarıbmış...

Bir çoxları kimi, mən də bu filmə baxmamışam. Amma yayılan bəzi kadrlardan aydın görünür ki, Rüstəm İbrahimbəyovun Eldar Şengelaya və Fuad İbrahimbəyovla birgə çəkdikləri film azərbaycanlıların aşağılanmasına hesablanıb. Dənizin dadını bilməkdən ötrü bir damcı kifayət etdiyi kimi, “Qafqaz trio”sundakı erməninin “vəhşi” azərbaycanlılar tərəfindən döyülməsi səhnəsini izləmək də filmə münasibət bildirmək üçün kifayətdir. Deməli, bu, “Daş yuxular”ın ruhunda çəkilmiş kinodur, bir zəncirin həlqəsidir. Qarabağ ermənilərinin “biz Azərbaycanın tərkibindən yaşaya bilmərik” iddiasının kino dili ilə təsdiqidir. Xəyanət deyilmi?!

Heyrətamiz olanı bilirsiniz nərdir? Bu film üç ildir ortadadır, amma Rusiyadakı Azərbaycan diasporunun bir nümayəndəsi ona etiraz etməyib, bir nəfər Rüstəm İbrahimbəyova niyə bu işi tutmusan, məzmunlu irad bildirməyib. Yalnız kinorejissor Ayaz Salayevin məqaləsindən sonra bizlər də nə baş verdiyindən xəbər tutduq. Niyə susublar, nədən çəkiniblər?

Rüstəm İbrahimbəyov da susmuşdu, azərbaycanlıların ən böyük diaspora təşkilatı Ümumrusiya Azərbaycanlıları Konqresi müxtəlif bəhanələrlə ləğv ediləndə. Hətta ondan sonra yeni diaspora təşkilatının təsis olunmasına Rusiyadakı erməni mənşəli məmurlar “qulp” qoymaqda davam edir, İbrahimbəyov yenə də susur. Bir dəfə bu barədə onun mövqeyini soruşdum, dedi diaspora mənə müraciət etməyib. Təsəvvür edin, Azərbaycanın ziyalısı, “Şöhrət” ordenli yazıçısı gözləyirdi ki, azərbaycanlıların haqqının tapdanmasına etiraz etməkdən ötrü kimsə ona müraciət eləsin. Özü də vaxtilə vitse-prezidenti olduğu Konqresin ləğvinə görə.

İndi maraqlıdır, Rüstəm İbrahimbəyov “Qafqaz triosu”nda azərbaycanlıları aşağılamaqdan ötrü kimdənsə sifarişmi alıb, yoxsa öz ürəyinin səsi ilə bu ssenarini ortaya qoyub?

Bəli, biz “Oskar” mükafatçısı olan yeganə azərbaycanlı rejissordan yeni film(lər) gözləyirdik. Demirəm ki, İbrahimbəyov Xocalı soyqırımı haqqında film çəkməliydi. Bu, inandırıcı da deyildi. Çünki o, yaradıcılığında ermənilərin işğalına, azərbaycanlılara qarşı törədilən soyqırımlara yer ayırmağı məqsədəuyğun saymayıb. Hətta illər öncə ermənilərin Bakını tərk etməsi ilə elitaya da son qoyulduğunu iddia edən yazı yazmışdı…

Rüstəm İbrahimbəyov ömrünün 80-ci ili ərəfəsində həm özünə, həm də Azərbaycana böyük bir hədiyyə edə bilərdi, özündən 21 yaş böyük Cümhuriyyətimizə aid bir film çəkməklə. Əminəm ki, onun belə bir istəyi, ssenarisi olsa, dövlət də dəstək verərdi, Rusiyadakı milyarderlərimiz də. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı dünya ölkələrindən təbrik gəlir Azərbaycan prezidentinə. Azərbaycanlıların “bir millət kimi yetişmədiyini” deyən Rüstəm İbrahimbəyov isə potensialını erməniləri ucaltmağa xərcləyir, “təbrik” əvəzi.

Demirəm ki, İbrahimbəyovdan Ağdam xarabalıqları, azansız qoyulmuş Şuşa məscidi, 4 ildir girovluqda olan Dilqəm və Şahbazın taleyi haqda film gözləyirdik. Onun baxışı və çevrəsi buna imkan da verməzdi. Amma heç olmasa Bakıda yaşayan 30 min ermənidən, Bakının mərkəzindəki erməni məscidindən bəhs edən kino çəkə bilərdi axı. Bütün dünya bilir ki, biz erməniləri öldürmək istəməmişik, onlara torpağımızda yer vermişik, sonra paytaxt, sonar əyalət vermişik, sonra onlar ilan kimi boğazımıza dolanıb Qarabağı işğal ediblər, indi də deyirlər Naxçıvanı “geri qaytarmalıyıq”. Ermənilər 30 min azərbaycanlını Qarabağda qətlə yetirdikləri halda, biz 30 min Bakı ermənisindən qisas almaq barədə düşünməmişik heç vaxt. Onlar bizi öldürməyə başlayıb, biz yox. Hətta ara-sıra Bakıya gəlib nostaljiyə qapılan ermənilərə də ürəyimiz ağrıyır, “baisin evi yıxılsın” deyib müharibəni də lənətləyirik. Rüstəm İbrahimbəyov bu mənzərəni canlandırmaq, kino dili ilə Azərbaycan həqiqətlərini dünyaya yaymaq əvəzinə, öz millətinə elə böyük pislik etdi, öz əli ilə özünə elə bir zərbə vurdu ki...

Bəlkə də bu, onun sonuncu şansı idi, özü dediyi kimi, “darıxdığı” Bakıya qayıtmaq, burada izdihamlı yubiley mərasimində kürsüdə yer almaq üçün. Amma şansını əldən verdi. Biz unutsaq da, bağışlasaq da, şəhidlərin ruhu onu bağışlamayacaq…Rüstəm İbrahimbəyov bu illərdə çevrəsindəki erməni ziyalıların dünya ermənilərinə, Ermənistana sevgisi və xidmətindən nümunə götürmək, öz xalqını yüksəltmək əvəzinə, onların ermənilərə sevgisini paylaşmağı öyrəndi. Bir erməni rejissor İbrahimbəyov kimi davranmadı, öz millətini aşağılamadı...Daha bundan sonra nə çəkirsə, çəksin, bizimçün fərqi yoxdur, əlindən gələni etdi. Çox təəssüf...

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI
Balakişi Qasımov məşhur rejissoru işdən çıxarır? - Ərizəsi alındı (FOTOLAR)
Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edib
Qarabağ erməniləri erməni deyil
Donald Tramp “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan qanunu təsdiqləyib
“Axşam yatıb, səhər durub...” — Ərdoğandan Trampa sərt sözlər
Doğma Kəlbəcərin əvəzolunmaz tərənnümçüsü
DTX hərbçiləri şantaj edən “reket jurnalistləri” saxladı
Dünyasını dəyişmiş əsgərin atası: “Ədalətli, düzgün istintaqın aparılmasına inanıram”
Gəncə hadisələrinin daha bir iştirakçısı məhv edildi
İlham Əliyev: "Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır"
Trampın Türkiyəyə qarşı sanksiya qərarına Qərbdən və Şərqdən təpkilər gəlir
Peskov: "Ərdoğan Putindən yardım istəməyib"
Bakı-Balakən sərnişin qatarı təbii fəlakət səbəbindən yolda qalıb
Paşinyan kəşfiyyat şefini Qarabağa göndərdi
Elçin Quliyev at çapan Gülayla görüşdü – Atasını işə götürdü
42 minədək abituriyent ərizəsini təsdiq edib
Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."
Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Ramil Quliyev Avropa çempionatının finalında
Bakıda ağır namus cinayəti törədilib
Fransalı professor: "Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir" - MÜSAHİBƏ