Qarabag Media
Haqqımızda Əlaqə

Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...


Tarix:24-05-2018, 11:17 Kateqoriya:Manşet / Yazarlar

Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...Öncədən onu deyim ki, Nuh-Hun-un (Nuh-Hun-un gəmisi Tovuz rayonunda düzəldilib) üç oğlu sağ qalıb və bu gün Avropadan tutmuş, Ərəb ölkələri, Azərbaycan, İran və Orta Asiya, hətta Afrika da daxil olmaqla toponimlərin eyni köklü olmasını sübut edə bilərəm. Sadəcə, mənim araşdırdıqlarm dünyada ilk araşdırma olduğuna görə, təəssüf ki, özümdən başqa mütəxəssisi yoxdur (mən bunu AMEA-na gedəndə başa düşdüm). Təvazökarlıqdan uzaq olsun və ona görədə ortalığa çıxarmamaq qərarına gəldim!

Kürdəmir

Kür-gücünü açıq-aşkar gücün nümayiş edən deməkdir.
Məs:"Kərim kür adamdır" sözündə, Kərimin sakit adam olmadığı qənaətinə gəlinir və ondan sanki, ehtiyat olunmağı özündə ehtiva edir.

Nəzərinizə çatdırıram ki, Kür çayı toponimində kür sözü çay daşarkən ətraf əraziləri daşıb basmağından yaranmışdır. Sözün kökü "kur" sözüdür ki, qurbağanın səsidir və "ü" səsi canlılğı, canlamanı bildirir, bir səs kimi...

Heyvanları belə su içirməyə aparanda çobanlar bu sözü işlədir: -Kurruk, kur (qurruq, qur). Yəni, qurbağanın səsindən istifadə edirlər və canlıların qurbağanın yaşadığı yerə, yəni suya çatdığını bildirir və onları su içməyə səsləyirlər. Belə ki, Cəbaryıl (ə.s) Adəm peyğmbərə canlıların dilini öyrətmişdir. Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, səslərin mənasını bilir və başa düşürdü. Çünki, insan canlıların səsində danışır. İlk insan sivilizasiyasının ən yüksək həddinə çatmış Şumer sivilizasiyasının sözləri ona görə sağdan sola, soldan sağa və yuxarıdan aşağı, aşağıdan yuxarı və bir söz ona görə bir neçə məna verirdi ki, Şumer dili canlıların dilindən, səslərindən yaranmışıdr. (Bu gündə əslində dünya xalqları eyni sözləri danışırlar, sadəcə səslərin mənasını səhv başa düşdükləri üçün bir-birlərini başa düşmürlər. Çünki, səslərin, səsləri işarəsi olan hərflərin kökündə məna eynidir. Demək, dünya xalqları bir kökdən yaranıb)
Məsələn:
1) Zmeya
2) Snake
3)Yılan-ilan
4)Şlange (almanca ilan sözünün deyilişi)
5)Mar


Mən Ana dilimi bilir, rus dilində biraz başa düşürəm. Yerdə qalan dillərdə isə bilmirəm. Ancaq, bu sözlərin hər birinin soldan sağa, sağdan sola açılışını bilirəm. Səlsərin kökündə dünya xalqlarında məna eynidir)

Qurbağanın səsi isə əslində belə yazılırdı nə zamansa və aşağıda yazılmış olan söz Şumer dilində belə yazılırdı...

r R
u u
K k


Birinci səsin mənasını yuxarıda veridk. "Suda gücünü açıq-aşkar biruzə verən" dir. "U" səsi bir çox mənayla birlikdə su səsini verir. Qurbağa sözünün ön hissəsi olan "qur" sözü qurbağanın öz səsindən götürülmüşdür. İkinci isə üzü aşağı "Ruk" dur. Ruk-dalğalanan deməkdir. Yəni, suda səsin dalğalanması...

Kurruk-gücünü suda açıq-aşkar biruzə verən deməkdir ki, qurbağanın olduğu yerin göstəricisidir...

Dəm-sözün kökündə tan sözü var ki, od deməkdir. Tandan dama keçid baş verib ki, dam səth və damdan isə dəm sözünə keçid baş verib ki, boğucu hava anlamına gəlir. Məs. Çayniki dəmə qoy və ya dəm qazından boğulub ölüb.

İr (ar sözünün istiqamətlənmiş variantıdır)-istiqmətlənmiş sərt deməkdir. Ar səsindən ər sözü əmələ gəldi ki, igid deməkdir. Bu sözündə haradan alınmasını yaza bilərdim. Nə isə lazım bilmədim. Bir az hövsələm yoxdur...

Kürdəmir-boğucu sərt istiliyin səthdə özünü açıq-aşkar biruzə verdiyi yer deməkdir. Bu gündə Kürdəmir rayonu Azərbaycan Respublikasının ən isti iki rayonundan biridir.

Azərbaycanda olan toponimlərin mənası ona görə mübahisəli qalmışdır ki, toponimlərin demək olar ki, hamısı Şumer sözləridir...

Salyan

İnternetdə oxudum ki, ziyalılarımızdan bir nəfər bildirmişdi ki, Salyan sözünün mənasını bu bayatıda axtarmaq lazımdır. O, haqlı idi...

Əzizinəm Salyana,
Dara zülfün sal yana,

Necəsən, bir ah çəkim?!
Kür quruya, sal yana!..


Əzizinəm Salyana
Bu misrada əzizinəm iki mənada işlənib.

Əzizinəm, başına dönüm, qadan alım.

Xoşbəxtəm, sevinirəm, salın yandığı yerə gedirəm. Kürü keçəcəm, keçməyəcəm sual altındadır!

Dara zülfün sal yana.
Artıq faciə baş verib. Dolaşmış zülfünü, yolduğun saçını, zülfünü tök yanına!

Necəsən, istəyirsən bir ah çəkim?!

Mənim ölümüm sizə çoxmu pis təsir edib?! Siz mənim ölümümə faciəmi deyirsiniz?!

İstərisiniz bir ah çəkim?!
Kür quruya, sal yana!


Kür qurusun, sal yansın. Çay qurusun, yəni saldan istifadə olunmasın! “Mənim ölümüm faciə deyil, faciə o zaman olar ki, Kür quruya, sal yana. Saldan istifadə olunmaya”. Salyan- Salın yanması faciə deyil deməkdir. Bu təbiətə üsyandır. Təki, Kür çayı qurumasın. Buda, qədim dövrlərdən "su həyatdır" kəlməsinin nə qədər qiymətli olduğunun göstəricisidir.

Nə zamansa Salyan mühüm ticarət mərkəzi olmaqla bərabər, Kürün sağ tayı ilə sol tayı arasında mühüm əhəmiyyət kəsb etmişdir.

Zaur Mirzəli










SON XƏBƏRLƏR
Quran dilinin statusu haqqında
İbtidai sinif müəllimləri şagirdlərə özgüvən necə yaratmalı? - Gənc müəllim öz metodundan danışdı-VİDEO
Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı — FOTO
İŞİD Suriyada əsas istinadgahını itirib
Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür
XİN-dən azərbaycanlı əsirlərə işgəncə verən erməni generalın həbsinə MÜNASİBƏT
AHİLİK– ƏXİLİY NƏDİR?! — Unudulmuş bir Türk gələnəyinin bilinməyənləri...
Türkiyə Antarktikada elmi baza yaradacaq
Bu gün tibb işçilərinin peşə bayramı günüdür
Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH
Əfqanıstanda partlayış nəticəsində 35 nəfər ölüb, 65 yaralanıb
"Bizim ailədə 5 nəfər SSRİ maarif əlaçısı olub" — Şəbnəm Uğurlu
DÇ-2018: Bugünkü oyunlar – CƏDVƏL
Mübariz Mənsimov Eynulla Fətullayevə cavab verdi: “Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də…”
Putin Paşinyanı İlham Əliyevlə tanış edib
Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Ərdoğan: “ Kürd qardaşlarımızın bu oyunu pozacaqlarına inanıram”
Topçubaşovla ABŞ prezidentinin görüşünü kim təşkil etmişdi? - FOTO
Dörd ayda olan nikah və boşanmaların sayı açıqlanıb
Cocuq Mərcanlıda məcburi köçkün uşaqlar üçün tədbir təşkil edilib
“Son zəng” günündə şagirdlər arasında qanlı dava
İsmayıllıda şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib - FOTO
Qurtuluş - zəfərin yüksəlişi
Azərbaycan əhalisinin sayı açıqlanıb
AMB sədri 200 manatlıq əskinaslara çəkilən xərcdən danışdı
26 il öncə baş vermiş yay hücumunun detalları — Əməliyyatın iştirakçısı şərh edir
Atatürk türkün nələri bilməsini vacib hesab edirdi?.. - ARAŞDIRMA