Qarabag Media
Haqqımızda Əlaqə

Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR


Tarix:24-05-2018, 01:08 Kateqoriya:Manşet / İşğal Əraziləri

Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR

Laçının etnik tərkibi 1992-ci ilin Statistikasına görə, 65 min nəfər azərbaycanlı, 4,5 min nəfər müsəlman kürdü, 7 nəfər nikah qeydiyyatında olan rus qadın və müvəqqəti qeydiyyatda olan 4 nəfər, ermənidən ibarət olmuşdur.

Bütün tarixi reallıqları inkar edən Ermənistan rəhbərliyi Laçın rayonu ərazilərini qədim erməni torpaqları kimi təbliğ edir və dünyanın bütün ölkələrindən

Bu əraziləri ziyarət etmək üçün Qarabağ vizası ilə turistlər dəvət edirlər. Azərbaycanın ərazi bütövlüyünü tanıyan, ATƏT-in Minsk qrupunun üzvü olan Rusiya, ABŞ, Fransa və eləcədə digər Dövlətlərin vətəndaşları qondarma Dağlıq Qarabağın vizası ilə Azərbaycanın İşğal altındakı ərazilərinə Azərbaycanın icazəsi olmadan səfərlər edirlər. Bu Beynəlxalq Hüquqa zidd çox ciddi qanun pozuntusudur. Bunu Azərbaycanın Xarici İşlər Nazirliyi diqqətlə izləməli və nəzarətdə saxlamalıdır.

Bütün tarixi dövrlərdə bir nəfər də daimi erməni sakini olmayan Laçın şəhərinin küçələrini, hal-hazırda Azərbaycanın Dağlıq Qarabağ ərazisinə 1993-cü ildə azərbaycanlı əsgərlər tərəfindən qətlə yetirilən beynəlxalq terror şəbəkəsinin üzvü Monte Melkonyanın plakatları bəzəyir.
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR

Şəhərin məşhur abidə adlandırılan ərazisindəki Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə 1974-cü ildə ucaldılmış abidənin formatı dəyişdirilərək, erməni terrorçularının xatirə abidəsi kimi təqdim edilir. Laçının bütün inzibati yaşayış məntəqələrində və istirahət mərkəzlərində erməni xaçının müxtəlif bədii formalı monumental daş nümunələri quraşdırılıb.
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR

Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR

Laçın şəhərinin RTS məhəlləsi adlandırılan ərazidə, keçmiş Qaz İdarəsinin yaxınlığında Şuşa – Gorus yolunun üzərində 2010-cu ildə həcmcə böyük bir erməni kilsəsi inşa edilib, kilsənin ətrafı abadlaşdırılaraq park salınıb.
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR

Ermənilər işğal altında saxladıqları Laçın ərazilərindəki bütün inzibati yaşayış məntəqələrinin adlarını, yer yurd adlarını və toponimləri dəyişdirilib, erməni ifadələri ilə əvəzlənib. Laçın – Gorus yolu üzərindəki Zabux kəndinin xarabalıqları üzərində 2014-cü ildə yeni qəsəbə tikiblər. Zabux – Gorus yolu üzərində Həkəri çayının sağ sahilində erməni kilsəsi tikiblər. Kilsənin ətrafı abadlaşdırılıb, süni şəlalə və istirahət yerləri düzəldilib.
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR

Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası tərəfindən işğal olunub. Rayonun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi 1835 km²-dir. İşğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur.

Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi, 1883 kv.km. ərazisi, 450 tarix və mədəniyyət abidəsi, 65000 nəfər əhalisi olmuşdur. 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 125 Rabitə sistemi fəaliyyət göstərirdi.

Laçın rayonu üzrə 33285 meşə fondu torpaqları vardır ki, bunun da meşə ilə örtülü sahəsi 26647 hektar və ya 80,05% təşkil edirdi. Təsərrüfatda 176 hektar mədəni meşə əkinlərinin 56 hektarı çətiri birləşmiş formadadır. Təsərrüfatda 1466 hektar bitki örtüyü seyrək sahələr, 1387 hektar xəndək-qobu sahələri olmaqla meşə ilə örtülü olmayan meşə fondu sahələri, 2853 hektar təşkil etmişdir. Təsərrüfat ərazisində 19 hektar şum, 423 hektar biçənək, 1329 hektar örüş, 18 hektar yol və kanalaltı, 39 hektar sualtı, 98 hektar tinkçilik, 8 hektar qumluq, 606 hektar daşlı-çınqıllı sahə, və 1189 hektar digər torpaqlar vardır. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edir.

Hal-hazırda erməni işğalı altında olan Laçın rayonunun meşələri ermənilər tərəfindən kütləvi şəkildə qırılmaqdadır. Belə ki, Piçənis və Hacısamlı meşələrindən qırmızı palıd ağacları qırılaraq Fransaya konyak istehsalında çəllək istehsalı üçün, təbii bitən irigövdəli qoz ağacları isə qırılaraq İran İslam Respublikasına mebel istehsalında istifadə üçün göndərilir. Erməni girovluğundan azad edilmiş bir nəfərin ifadəsinə görə azərbaycanlı girovlardan ermənilər, Laçın rayonunun Zavod, Hacısamlı eləcədə Qarabağ ərazisindəki Ağdərə rayonunda meşələrin qırılmasında istifadə edirmişlər, Girovun dediyinə görə hazırlanan taxta materialları İrana satılır, oduncaq hissələri isə yanacaq kimi erməni ailələrinə paylanırdı.
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR

Rayonun ərazisində Respublika üçün böyük əhəmiyyət daşıyan təbiət qoruğu, təbiət yasaqlığı var idi. Yasaqlıq 1961-ci ildə yaradılmışdır. Xüsusi mühafizə olunan bu təbiət ərazisində cüyür, dağ keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. Yasaqlığın ərazisi orta və yüksək dağlıq əraziyə xas olan relyefə malikdir. Buradakı meşələr əsasən vələs, cökə, ağcaqayın və digər ağac və kollardan ibarət qarışıq tiplidir.
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR

1989-cu ildə yasaqlıqda aparılan yoxlama nəticəsində; 96 dağkeçisi (bezoar keçisi), 360 baş qaban, 320 baş cüyür, 110 baş ayı, 200 baş qırqovul, 1500baş kəklik və eləcədə xeyli sayda canavar, porsuq, dələ və s heyvan qeydə alınmışdı.

Laçın rayonunda ümumi civə ehtiyatı 1124, 0ton olan üç Nazranlı, Çilgəzçay, Sarıbulaq mədənləri, ehtiyatı 2533 min m3 olan və istismara cəlb edilən, üzlük daşı istehsalına yararlı Hoçaz mərmərləşmiş əhəngdaşı, ümumi ehtiyatı 5125 min m3 olan mişar daşı istehsalına yararlı 2 Ağoğlan və Əhmədli tuf mədəni, təbii ehtiyatı 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı; ehtiyatı 998 min m3 olan və kərpic – kirəmid istehsalına yararlı Novruzlu gil yatağı, ehtiyatı 2144 min m3 olan Quşçu Rmza mədəni, ehtiyatı 15794 min m3 olan Yuxarı Həkəriçay qum – çınqıl qarışığı yatağı, ümumi ehtiyatı 10449 min ton otan üç vulkan külü, istismar ehtiyatları 4300 min m3/gün olan Minkənd mineral su yataqları vardır.
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR

Laçın rayonunun Alıcan kəndindən başlayaraq şimal-qərb istiqamətində yan suxurları yararaq üzə çıxan maqmatik suxurlara Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tığik, Turş-Tığik, Nurəddin kənd əraziləri malikdir. Nağdalı, Mirik, Əhmədli, Hacıxanlı, Minkənd ərazilərində isə narzan tipli müalicə əhəmiyyətli bulaqlar mövcuddur. İpək kəndindəki uran yataqları ilk dəfə 1974-cü ildə Sovet arxeoloqları tərəfindən kəşf edilmişdi.
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR

Nazirlər Kabineti yanında itki və Tələfatların Qiymətləndirilməsi üçün yaradılmış işçi qrup üzvləri tərəfindən, Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində Laçın rayonunun inzibati yaşayış ərazilərindəki təsərrüfat subyektlərinə, insan faktoruna, fərdi şəxslərin mülkiyyətinə vurulan zərərin dəyəri 1 753 795 140 $ . olduğu müəyyənləşdirilmişdir.
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR

Faiq İsmayılov,
AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı