Qarabag Media
Haqqımızda Əlaqə

"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ


Tarix:24-05-2018, 00:38 Kateqoriya:Manşet / Siyasət

"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ

Xəbər verdiyimiz kimi, mayın 20-də düşmən ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası ərazisində təxribat törədib. Atəşkəsin pozulması, Azərbaycan ordusunun atəşə məruz qalması nəticəsində əsgər Adil Əli oğlu Tatarov şəhid olub. Ekspertlər isə bu hücumun təsadüfi olmadığını düşünür və hesab edirlər ki, işğalçı ölkə bununla Azərbaycana "mesaj” verməyə çalışır.

"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİNaxçıvanın müdafiəsi və Türkiyənin bu məsələyə müdaxilə imkanları barədə "Sherg.az”a danışan tarixçi - alim Dilavər Əzimli vurğulayıb ki, muxtar dövlətə təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaqdır:

"Bu məsələ, 1921-ci ildə, Rusiya və Türkiyə arasında bağlanan Qars müqaviləsi ilə tənzimlənir. Anlaşmanın bir bəndi sırf Naxçıvanla bağlıdır və bu, hələ də qüvvədədir. Türkiyənin həmin dövrdə qətiyyətli iradı nəticəsində Naxçıvanın ermənilərə verilməsinin qarşısı alındı. Müqavilə ləğv edilmədiyi müddətcə, ermənilər Naxçıvana hücum edərsə, Türkiyə və Azərbaycan qoşunları ilə qarşılaşacaq”.

Ermənilərin son həmləsinin səbəblərinə də toxunan Dilavər Əzimli diqqətə çatdırıb ki, bu, Prezident İlham Əliyevin Naxçıvana səfəri ilə əlaqədardır:

"Ölkə başçısının və müdafiə naziri Zakir Həsənovun Azərbaycan ordusunun gücü haqqında söylədiyi fikirlər ermənilərdə qıcıq yaradıb. Ona görə, düşmən belə bir təxribata əl atdı. Erməni qoşunlarının həmin anda cavab tədbirləri ilə susdurulması müsbət haldır. Hesab edirəm ki, sərhəd bölgələrimizdə erməniləri məhv etmək lazımdır. Düşmən qarşısında güclü ordunun olduğunu, məğlub olacağını anlamalıdır”.

"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİBakı Dövlət Universitetinin dosenti, tarixçi alim Boran Əzizli də Qars müqaviləsini xatırlatdı. O bildirdi ki, Rusiya 1920-ci illərdə müqavilənin şərtlərini pozaraq, Naxçıvanda 657 hektar ərazini Ermənistana verib:

"Bu torpaqların verilməsi ilə, Naxçıvan və Azərbaycan arasında quru əlaqəsi tamamilə kəsildi. Qars müqaviləsində qeyd olunur ki, Naxçıvan üçüncü dövlətə qətiyyən güzəştə gedilə bilməz.

Türkiyə-Rusiya münasibətlərinin normal olması ermənilərin əl qolunu bağlayır. Amma istənilən halda düşməndən hər cür məkrli addımı görmək olar. Bu baxımdan Azərbaycan ordusunun ayıq-sayıq davranması vacibdir. Ermənilərin cavabı verildi. Beynəlxalq şərait imkan yaratdığı müddətdə düşmənə daha ciddi zərbə vurulmasını gözləyirik”.

Aysel Aslan













SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ