Qarabag Media
Haqqımızda Əlaqə

Kraliça II Elizabetin həyatından bir gün: vərdişləri, maraqları və hobbiləri


Tarix:19-05-2018, 15:26 Kateqoriya:Manşet / Maraqlı

Kraliça II Elizabetin həyatından bir gün: vərdişləri, maraqları və hobbiləri

Kraliça II Elizabeth səhər yeməyinə nə xoşlayır? Günün gərginliyini kraliça necə atır? Kral ailəsinin bütün üzvlərinin bir araya gəldiyi ailə yeməyi nə qədər tez-tez baş tutur?

Bunlar oxucularımızın kraliça II Elizabeth və ailəsi haqqında bizə göndərdiyi suallardan bir neçəsidir.

Əlahəzrətin heç vaxt müsahibə vermədiyi təəccüblü deyil. Onun dediklərini eşitmək üçün mətbuatın iştirakına icazə verilən məqamlar barmaqla sayılacaq qədərdir.

Keçən il hakimiyyətinin Brilyant yubileyi münasibətilə II Elizabteh, BBC-in çəkdiyi sənədli filmdə böyük oğlu şahzadə Charles ilə birlikdə iştirak edib.

Lakin, kral ailəsinin üzvlərinin verdiyi müsahibələrə və kraliçanın qohumlarının, yaxınlarının, keçmiş və hazırkı qulluqçularının müsahibələri əsasında yazılan kitabların köməyi ilə, Britaniya monarxiyasının başçısının vərdiş, maraqları və zövqü haqqında fikir formalaşdırmaq mümkündür.

Bütün bunlara nəzər salaraq Əlahəzrətin adi bir günü haqqında təsəvvür yaratmağa çalışacağıq. Elə nadir bir gün ki, heç bir rəsmi tədbir olmasın.

Səhər

Kraliça Milad istisna olmaqla, hər gün işləyir. Saat 9-a kimi onun şəxsi katibəsi, monarxın tanış olması və imza atması gərəkən sənədlərlə dolu məşhur "qırmızı portfeli" hazırlayır.

Buraya hakimiyyət görüşlərinin xülasəsi, xüsusi xidmət və araşdırmaların məruzələri və parlament sənədləri daxildir.

Bu vaxta kimi kraliçanın həyat yoldaşı şahzadə Phillip adətən səhər yeməyini bitirmiş olur. Əlahəzrət səhər doqquz tamamda tək səhər yeməyi etməyi sevir.

Kraliçanın nə yediyini bilmək o qədər də asan deyil: sarayda işləyən aşpaz və qulluqçular heç zaman ictimai müsahibələr vermirlər və Windsor-lar sülaləsində loyallıq və susqunluğa böyük önəm verilir.
Kraliça II Elizabetin həyatından bir gün: vərdişləri, maraqları və hobbiləri

Lakin, keçmiş kral aşpazı Darren McGrady mətbuata açıqlamasında jurnalistlərə kraliçanın pörtlədilmiş yumurta, mürəbbəli qızardılmış çörək və südlü çay kimi sadə səhər yeməyi yediyini söyləyib.

Səhər yeməyi əsnasında o, təzə qəzetlərdə katibəsi tərəfindən seçilən məqalələri oxuyur.

Məlumdur ki, kral ailəsinin bütün üzvləri onlar haqqında mətbuatda yazılanlara və dərc olunan şəkillərə həssaslıqla yanaşırlar.

Keçmiş katiblərin də bildirdiyi kimi, bu, onların görünüşlə bağlı qayğılarından irəli gəlmir. Onlara görə, monarxın təqdimatı mükəmməl olmalıdır.

Əks halda, bir qayda olaraq bir müddət sonra uyğun zamanda Buckingham sarayının mətbuat xidməti bu və ya digər nəşr haqqında kral ailəsinin narazılığını çatdırır.

Buna baxmayaraq, kraliça özü ilə bağlı karikatura və rəsmləri çox sevir və uğurlu alınanlara ürəkdən gülür. O, ironiya və özünə istehzaya pis baxmır və ağıllı və yaxşı zarafatları bəyənir. Özü haqqında bir neçə dəfə deyib: "Mənə inanmanız üçün görməyiniz lazımdır."

Düz saat doqquzda kral tuluqzurnaçısı 15 dəqiqə kraliçanın sevdiyi musiqiləri ifa edir. Bu, Şotlandiya vurğunu kraliça Victoria-ın zamanından qalan bir adətdir.

"Qırmızı portfeldəki" sənədləri nəzərdən keçirdikdən sonra, Əlahəzrət məktublar yazmağa başlayır.
Kraliça II Elizabetin həyatından bir gün: vərdişləri, maraqları və hobbiləri

Diyircəkli qələmlə xüsusi vərəqlərə yazılan məktubların məzmununu göndərilən hədiyyələr, şam yeməkləri və ya qonaq qəbulu ilə bağlı öz sözləri ilə minnətdarlıq ifadələri təşkil edir.

Belə ki, kraliça, rəsmi səfərdə olduğu ölkələrdə onu qəbul edənlərə təşəkkür məktubu yazmağı xoşlayır.

Əlbəttə ki, hər bir ev sahibinə məktub yazmaq qeyri-mümkündür. Buna görə də, ona səyahətə birgə apardığı saray xanımlarından biri kömək edir. Eləcə də II Elizabeth ona ünvanlanan minnətdarlıq məktublarını özü oxuyur.

Bekar günlərində kraliça, itləri ilə özü məşğul olmağı sevir. Onlar üçün yemək hazırlayır, onları gəzməyə aparır, lakin adətən korqiləri qulluqçular gəzdirir.

Gün

Əlahəzrətin ən sevimli məşğuliyyətlərindən biri at minmədir. Kraliça bunu gözəl bacarır. O, atları ürəkdən sevir və hələ də başına jokey dəbilqəsi əvəzinə ləçək ataraq atlarla gəzintilərə çıxır.

Eləcə də avtomobil idarə etməyi sevən II Elizabeth, heç zaman qoruyucu kəmərdən istifadə etmir. Doğrudur, hazırda o, bir o qədər də maşın sürmür, lakin, tünd yaşıl rəngli Jaguar avtomobilini saray ərazisində idarə etməkdən həzz alır.
Kraliça II Elizabetin həyatından bir gün: vərdişləri, maraqları və hobbiləri

Bu ərazilərə Londondan kənarda yerləşən Windsor qalası, Norfolk qraflığında yerləşən Sandringham qalası və Şotlandiyada yerləşən Balmoral qalası daxildir.

Ötən il Obama cütlüyü Əlahəzrəti 90 illik yubileyi münasibətilə Windsor-a təbrikə gəldikdə, Edinburgh hersoqu Phillip qonaqpərvərlik əlaməti olaraq, Amerika prezidenti və xanımını öz Range Rover avtomobili ilə qarşılamışdı.

Windsor axırında bəslənən atlar, həm rəsmi, həm Buckingham sarayında təşkil edilən tədbirlərdə dəfələrlə iştirak edib və mükafatlar qazanıblar.

Onun atlarını minən jokeylər, həmişə müəyyən formanı geyinməlidirlər: tünd qırmızı qollu və sinəsində qızılı tikişi olan bənövşəyi jilet. Keçən il kraliçanın Dartmut ləqəbli atı Ascot yarışlarında qələbə qazanıb.
Kraliça II Elizabetin həyatından bir gün: vərdişləri, maraqları və hobbiləri

Şahzadə Charles at idman növünə skeptik yanaşır və anasının həvəsini bölüşmür. Lakin, onun bacısı Anne və kraliçanın nəvəsi Zara Tindall isə peşəkar çapar və Olimpiya oyunları işitrakçılarıdır.

Kraliça balıq tutmağı da çox sevir. Uşaqlıqda o, Şotlandiyada çox vaxt keçirib. Bu həvəs çox güman ki, kraliçaya anasından keçib. Şotlandiyadakı Balmoral qalası yerləşən yerdən axan Di çayından çox yaxşı qızılbalıqlar tutmaq mümkündür.

Bu idman növünün böyük həvəskarı şahzadə Phillip ilə ailə qurduqdan sonra, Elizabeth da istedadını üzə çıxarıb. O, hətta ölkədən xaricə rəsmi səfərlər zamanı da balıq tutmağa vaxt ayırırdı.

Ovçuluq da kral ailəsinin ən sevimli idman növlərindən biridir.

Söhbət quş, xüsusilə də qırqovul ovundan gedir.

Hər il xüsusi olaraq bala quşlar yetişdirilir. Ov mövsümü oktyabrın əvvəli başlayır və yanvarın sonunadək davam edir.

William və Harry də daxil olmaqla kral ailəsinin bütün kişi üzvləri, həvəskar ovçu və yaxşı atıcılardır. Ailənin qadınları isə ovçuluqla məşğul olmurlar, lakin, ovçularla birlikdə təbiətdə vaxt keçirməyi sevirlər.

Çay

Saat dörd radələrində kral ailəsinə pirojna, peçenye və buterbrodlarla birgə çay təqdim olunur.

Aşpaz Darren McGary-n sözlərinə əsasən, Elizabeth daha çox ballı biskvit və zəncəfil, meyvə və ya şokoladlı biskvit tortlarını sevir. Sonuncu təam, şahzadə William ilə Cambridge hersoqinyasının evliliyindən sonra yeyilməyə başlanıb.

Buterbrodlar ən az iki cür olur. Çay ilə birlikdə kraliçanın sevimli şirniyyatı "cemli penny-lər" də verilir. Bu buterbrodlar, xırda, qəpik ölçülü və yumru olur və çörək xəmirindən hazırlanır. Üzərinə isə malina mürəbbəsi vurulur. Kraliça kifayət qədər praqmatikdir və vərdişlərini dəyişməyi sevmir.

Başqa bir ingilis ənənələrindən biri də, aristokratların şam yeməyindən öncə vanna qəbul etməsidir. Əgər nəzərə alınsa ki, bütün gün ovçuluqla keçib, o zaman şam işığında axşam yeməyi üçün vannanı təxminən saat altıda qəbul etmək məqsədəuyğundur.

Kraliçanın keçmiş qulluqçularının sözlərinə əsasən o, gecə vaxtı da isti vanna qəbul etməyi sevir. Səhər də vanna qəbul edir, lakin daha az çəkir və ayılmaq üçün mülayim sudan istifadə edir.

Axşam

Kral ailəsində axşamı içki ilə qarşılamaq bəyənilir. Kraliça vermutlu gin, şahzadə Phillip və nəvəsi William pivə xoşlayırlar.

Şahzadə Charles martini və xanımı Camilla tonikli gin, Cambridge hersoqinyası kokteyllər sevirlər və şahzadə Harry kokteyllər bəyənsə də, bəzən arağa da yox demir.

Ailədə şampana üstünlük verilməsə də, bu yaxınlarda Windsor qalasında ailə, köpüklənən şampan şərabı istehsal etməyə başlayıb.
Kraliça II Elizabetin həyatından bir gün: vərdişləri, maraqları və hobbiləri

Şam yeməyinə kraliça, vəhşi qoyun və ya balıqdan hazırlanmış təamları bəyənir. Ekzotik yeməkləri isə sevmir.

Bu yəqin ki, getdiyi ölkələrdə ona təqdim olunan ən yaxşı milli yeməklərlə bağlıdır. Saray xanımlarından biri nəql edir ki, Beliz-ə səyahətində Elizabeth, bişmiş siçovula bənzər yerli delikatesdən dadmalı olub.

Menyu seçimində mövsüm çox önəmlidir. Yarım il buz gözündə saxlandıqdan sonra, may ayında bişirilən qırqovul görmək mümkün deyil.

Müharibə dövründə böyüyən kraliça, qidanın ziyan olmasını sevmir. Hətta, onun şorba üçün nəzərdə tutulmuş, lakin istifadə olunmayan limonu mətbəxə göndərib başqa yemək üçün işlədilməsini dediyi hekayəsi də mövcuddur. Yəqin ki, qırqovulların donu açıldıqdan sonra, ov itlərinə yedizdirirlər.

Pasxa üçün ən yaxşı yeməklər quzu ətindən olanlar, Milad üçün isə hinduşka sayılır. Milad bütün ailənin - kraliça və Edinburq hersoqunun dörd övladı, səkkiz nəvəsi və beş nəticəsinin Sandringham-da bir yerə toplaşdığı bayramdır.

Keçən il şahzadə William ilə xanımı uzun illərdən sonra, ilk dəfə Miladı Kate-n valideynləri ilə qeyd etdikdə, bu ingilis mətbuatı üçün əsl xəbərə çevrilmişdi.

William ilə ailə qurmamışdan öncə ilk dəfə Kate Sandringham-a dəvət olunduqda, cavan oğlanın taclı nənəsinə hədiyyə seçimində çətinlik çəkir.

Düşündükdən sonra qərara gəlir ki, qohumlarına verdiyi ev mürəbbəsi və ya chutney sousu (adətən pendir ilə verilir) aparsın.

Kate-in sözlərinə görə, növbəti gün hədiyyə bankanın günorta yeməyində stoluna qoyulub istifadə edildiyini görmək, çox sevindirici olub. "Bu mənim üçün böyük önəm kəsb edirdi," hersoqinya deyib.

Natalya Tuzovskaya
BBC










SON XƏBƏRLƏR
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır
Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı
Hafiz Hacıyevin şortikli kişilər dərdi
Yevlaxda bir tona yaxın narkotik aşkarlandı
Şou ruhu ilə Qarabağ olmaz
Türkiyə seçkilərindən sürpriz gözləməyə dəyərmi?
Azərbaycan yeni hərbi helikopterlər əldə edib - VİDEO