Mumya qara-qəhvəyi rəngdə olan elastik, parıltılı və çox qiymətli təbii müalicəvi xüsusiyyətlərə malik maddədir və onu əsasən Hindistan, Tibet və Rusiyada Altay dağlarından yığırlar. Spesifik iyi və acı dadı var. Mumya suda tam həll olur və su qəhvəyi rəng alır. Qədim yunan filosofu və əczaçısı Aristotel onu bir sıra xəstəliklərin müalicəsində tətbiq edirdi. Məşhur alimin onu üzüm şirəsi ilə qarışdıraraq anadangəlmə karlığı, kafurla (kamfora) birləşdirərək burun qanaxmasını, balla qarışdıraraq pəltəkliyi müalicə etdiyi barədə məlumatlar var.
Əbu Əli İbn Sina da mumyanın ecazkar müalicə vasitəsi olduğunu təsdiq edərək gül yağı, abqora, meyvə şirələri, mərci həlimi və müxtəlif bitkilərin yağı, şirəsi və həlimi ilə qarışdıraraq ciyər, orta qulağın irinli sümük sınması, üz sinirlərinin iflici, zəhərlənmə və sidik kisəsi xəstəliklərini müalicə etmişdir. Mumya həmçinin əsəb sistemi, ürək-damar, nəfəs yolları, mədə-bağırsaq və digər xəstəliklərin müalicəsində əvəzolunmaz dərman vasitəsi sayılır. Onun köməyi ilə maddələr mübadiləsinin pozulması, baş ağrısı, iflic və sümük xəstəliklərini sağaltmaq mümkündür. Olduqca mürəkkəb tərkibə malik olan mumya qədim dövrdən indiyə qədər loğmanların istifadə etdiyi əsas şəfa mənbələrindən biridir.
Vərəmin müalicəsində 4 qram mumya 20 xörək qaşığı qaynar suda həll olunur, 1 xörək qaşığı balla qarışdırılaraq səhər acqarına yarım stəkan isti südlə içilir.
Qaraciyər sirrozunda 2 qram mumya 10 xörək qaşığı qaynar suda əridilir, səhər acqarına və axşam yeməkdən 3 saat sonra 1 xörək qaşığı süd, bal və ya çayla içilir. Onu müəyyən fasilədən sonra təkrar etmək olar.
Radikulitin müalicəsində 2 qram mumya 1 qram tibbi kükürdlə qarışdırılır və üstünə 5 damcı su əlavə edilərək axşamlar ağrıyan nahiyəyə sürtülür və islatma qoyulur, sonra yun parça ilə sarınır, səhər ağrı tamamilə çəkilir.
Orta qulağın xəstəliyində bir qədər mumya suda əridilir, pambıq batırılaraq isladılır və qulağa qoyulur.
Mumya həm daxilə qəbul olunur, həm də kompres, maska, məlhəm və s. şəklində istifadə olunur.
Mumya daxilə 0,2-0,5 qr miqdarında (təxminən buğda toxumu ölçüsündə) qəbul olunur. Uşaqlar üçün bu dozanın yarısı və ya 1/3 hissəsi götürülür (uşağın yaşından asılı olaraq).
Mumya səhər tezdən acqarına yeməkdən ən azı 30 dəqiqə əvvəl qəbul olunur. Mumyanın spesifik dadı var və bu səbəbdən mumyanı ballı su ilə içmək olar. Müalicə kursu 7-10 gün təşkil edir. 10 gün fasilə verilir və kurs yenə təkrarlanır.
Karabakhmedia.az