Qarabag Media
Haqqımızda Əlaqə

Stefan Saviç: "Qarabağ"la oyunlardakı heç-heçələr bizə Avroliqaya keçid bahasına başa gəldi"


Tarix:19-05-2018, 12:24 Kateqoriya:Manşet / İdman

Stefan Saviç: "Qarabağ"la oyunlardakı heç-heçələr bizə Avroliqaya keçid bahasına başa gəldi"

"Çempionlar Liqasından kənarda qalmağımız hamımız üçün həqiqətən də böyük sürpriz idi".

"Report"un məlumatına görə, bunu Avropa Liqasının qalibi olan İspaniya "Atletiko"sunun futbolçusu Stefan Saviç deyib. 27 yaşlı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" komandası ilə oyunlarda etdikləri heç-heçələri xatırladıb: "Həmin dövrdə biz pis vəziyyətdə idik. "Qarabağ"ı hər iki görüşdə yenə bilməmişdik. Bundan sonra Avropa Liqasında oynamaq kədərli görünürdü. Lakin sonda hamımız topalanaraq, finala yüksəldikdə, bunun nə olduğunu gördük. Çempionlar Liqasının 1/8 final və ya 1/4 final mərhələlərində oynamaqdansa, Avroliqanın qalibi olmaq bəlkə də daha yaxşıdır".

Monteneqrolu oyunçunun fikrincə, "Atletiko" qrupdan çıxmağa layiq olub: "Bu, İngiltərənin "Çelsi" və xüsusən, İtaliyanın "Roma" komandası ilə hər iki oyunda özünü büruzə verdi. Hər iki komandadan üstün idik. Lakin "Qarabağ"la görüşlər bizə Avroliqaya keçid bahasına başa gəldi. Fikrimcə, gələn mövsüm biz Avropa futbolunun ən yüksək zirvəsinə qayıdacaq və klub muzeyini doldurmaqda davam edəcəyik".

Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasında C qrupunu 7 xalla 3-cü pillədə başa vurub. "Qarabağ"la Bakıda 0:0, Madriddə 1:1 hesablı heç-heçə edən İspaniya klubu mübarizəni Avropa Liqasında davam etdirməli olub. Avroliqanın finalınadək yüksələn Madrid təmsilçisi həlledici görüşdə Fransa "Marsel"inə 3:0 hesabı ilə qalib gələrək, üçüncü dəfə yarışın qalibi olub.

Stefan Saviç "Qarabağ"la Bakı Olimpiya Stadionundakı görüşdə meydana çıxmayıb. "Metropolitano" stadionundakı oyunda isə o, 88-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”