Qarabag Media
Haqqımızda Əlaqə

Söz deməkdən bezdik artıq... -Silah verin bizə!..


Tarix:18-05-2018, 17:02 Kateqoriya:Manşet / Yazarlar

Söz deməkdən bezdik artıq... -Silah verin bizə!.. ...Dayaq duraq ordumuza – sahib olaq yurdumuza!..

Sultan Laçın

Sözün bitdiyi yerə çoxdan çatdıq... Söz deməkdən bezdik artıq...
***
Söz ruhdur, söz enerji vahididir... Sözü boş-boş xərcləməzlər, sözü küləyə verməzlər...
***
Əgər yalan, boş sözlərlə doldurarsan dənliyini – bir az keçməz itirərsən mənliyini...
***
Əgər sözün arxasında yoxsa əməl – onda düşmən qarşısında əyil, çöməl...
***
Torpağını, Qarabağı itirmisən? Sözlə, küylə xalqın başın qatmaq olmaz, gecə-gündüz şeir yazıb arvad kimi yatmaq olmaz... Şuşa belə gözəl idi, Laçın belə gözəl idi...
***
Gözəli əlindən alınan igid şeir demir, qəzəl demir, restoranda, kafedə tıxıb yemir, sağlıq demir - ya dərhal keçir hücuma, ya da başın soxub quma, susur-dinmir, güc toplayıb qısa müddət, məqamında kəsir düşmənin əlini - azad edir gözəlini...
***
Təbriz getdi –şair olduq, Dərbənd getdi –şair olduq, Göyçə getdi –şair olduq, İrəvanı-Zəngəzuru pay-püş etdik –şair olduq, Qarabağı kresloya peşkəş etdik –şair olduq... Bəs biz nəyə nail olduq?..
***
Aşıb-daşan sərvətimiz əsir etdi nəfsimizi, dollarlara yaxşı gedən neftimizə-qazımıza mail olduq...
***
Atəşkəsi əzizləyib harınlayan nazirlərin, başçıların, məmurların zülmü altda zail olduq...
***
Sözün düzü, bu 25-30 ildə sözümüzü də çözələyə-çözələyə özümüzün gözümüzdən saldıq...
***
Özümüz- özümüzü əzə-əzə, zülmlərə dözə-dözə yağı əvəzinə özümüzdən qisas, öc aldıq...
***
Müqəddəs bir dəyər, bir söz qalmadı, əyriliklə dələduzluq tüğyan etdi -düz qalmadı, üzümüzə deyilməyən söz qalmadı, yanıb-yanıb qovrulduq- köz qalmadı, külümüzü külünglədik, dilimizi diliklədik, sözümüzü yelə verib küləklədik, innən belə deməyə söz, söz deməyə üz qalmadı- silah verin bizə!..
***
ATƏT-in, AŞ-ın, ABŞ-ın yollarında Qarabağa yolu azdıq, Qarabağa icazəsiz gedib-gələnləri əcnəbiləri sayıb qara siyahıya yazdıq, Qarabağ dərdindən qara torpağa üz tutan qarabağlı qaçqınları saymadan sıra-sıra qəbir qazdıq- silah verin bizə!..
***
Sözün düzünü düzmədik, sözün duzunu yedik... Lütlənib “reytuz” geyənə, ucuz-ucuz söz deyənə “ulduz” dedik... Duzsuz-duzsuz söz düzənlər- dişi açıq, yanı açıq gəda-güda, fahişələr şair oldu...
***
Sözü düppədüz üzə-gözə deyə bilmədik, yalançını, yaltağı mədh edib düz deyənlə üz-göz olduq...
***
Sözümüzü üzümüzə maska, bəzək, özümüzə məzə yeri, gün-güzəran, qazanc yeri etdik... Sözümüzü yapdıq təzək kimi təptəzə saray divarlarına....
***
Sözümüzü ad almağa, ev almağa, pul almağa, vəzifə, kürsü almağa xərclədik... Unutduq ki, Şuşasızıq, Laçınsızıq – on illərlə evsizliklə, pulsuzluqla savaşdıq, yal üstündə, mal üstündə biri-birimizlə dalaşdıq, harama, günaha bulaşdıq...
***
Qalaq-qalaq kitablar yazıldı Qarabağdan, on minlərlə tədbir keçirildi, ad verildi, pul verildi yazanlara... İtirilmiş torpaqları, şəhidləri, qaçqınları özümüzə qazanc yeri etdik, adambaşı bir layihə, addımbaşı qrant aldıq, Parisə, Londona, Vaşinqtona getdik... Müsəlmana, türkə qənim olanlardan insaf, ədalət istədik...
***
Bəs nə oldu? Hanı Qarabağ? Hanı Şuşa? Hanı Kəlbəcər? Hanı Laçın?
Yenə belə davam edək?.. Daha bir 25 il ATƏT-in, AŞ-ın, ABŞ-ın ardınca gedək?..
***
Yox, yox, artıq... O yurdların yüz minlərlə sadə, yoxsul sahibləri bu yalan gedişdən iyrəndi – bıçaq sümüyə dirəndi... Söz deməkdən, söz düzməkdən üzüldük, illərlə zülm zindanında əzildik, qız, zənən kimi büzüldük- silah verin bizə!..
***
Görürsüz ki, haqsız dünya, nə rus, nə də ingilis problemi çözmür artıq... Qazi, əlil veteranlar, didərginlər bir-bir köçür... Beyin, ürək dözmür artıq- silah verin bizə!..
***
Demirsiniz, dövlətimiz sərbəst, azad, hürdü artıq, demirsiniz xalqla dövlət birdi artıq?.. Elə isə yetər artıq boş danışmaq... İndi nəyi gözləyirik, xalqdan nəyi gizləyirik, Qərbdən, Şərqdən gələnləri boş-boş nəyə izləyirik?.. Silah verin hamımıza! Dayaq duraq ordumuza! Lap yarımız qoy bu yolda şəhid olaq - qalanımız şərəf ilə sahib olaq yurdumuza!.. Sahib olaq yurdumuza!..

Sultan Laçın










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı