Qarabag Media
Haqqımızda Əlaqə

Xaçmazda şəhid Abumüslüm Səlimovun anım mərasimi keçirilib - FOTOLAR


Tarix:16-05-2018, 17:36 Kateqoriya:Manşet / Qəhrəmanlar

Xaçmazda şəhid Abumüslüm Səlimovun anım mərasimi keçirilib - FOTOLAR

Xaçmazda Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş Abumüslüm Səlimovun anım mərasimi keçirilib.

Karabakhmedia.az xəbər verir ki, “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi Layihə işi üzrə qrafikə uyğun olaraq, növbəti tədbirini 11 may 2018-ci il tarixində Xaçmaz rayonunda Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulması məqsədilə, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş Səlimov Abumüslüm Xalid oğlunun anım mərasimini, Xaçmaz rayon Abumüslüm Səlimov adına 7 saylı tam orta məktəbdə məktəblilər arasında həyata keçirdi. Tədbirdə məktəbin direktoru Şamama Nəsirova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin nümayəndələrindən Səbuhi Qarayev və Rəqib Eyvazov, şəhid Abumüslüm Səlimovun ailə üzvləri, Xaçmaz rayon Qarabağ qaziləri, məktəbin müəllim və şağird kollektivi iştirak etdilər.

Tədbirdən öncə şəhidin ailəsi Qarabağ qaziləri ilə birgə şəhid Abumüslüm Səlimovun məzarı ziyarət olundu. Sonra tədbir məktəbdə davam etdirildi. Mərasim dövlət himnimizin səsləndirilməsi ilə başlanıb və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri ilk öncə məktəbin direktoru Şamama Nəsirova açaraq, şəhidin qəhrəmanlığından tədbir iştirakçılarına məlumat verərək, şagirdlərə şəhidin həyatı və vətən sevgisi ilə bağlı danışdı.

Tədbiri “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov davam etdirərək, donor təşkilat haqqında və layihə haqqında məlumat verdi. O, həmçinin qeyd etdi ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulmasından və gənclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi elə vacib işlərdəndir ki, bunun həmişə davamı olacaqdır.
Tədbirdə şagirdlərin hazırladığı şeir və kompaziya maraqla izlənildi.

Şəhidin ailəsi və yaxınları da çıxış edərək, şəhid haqqındakı acı və fəxarətlərlə dolu xatirələrindən danışdılar. Sonda şəhidin yaxınları şəhidlərə qarşı göstərilən ehtirama görə tədbir iştirakçılarına, eləcə də anım tədbirini təşkil edənlərə öz minnətdarlığını bildirdilər.
Bunla da tədbir yekunlaşdı.

Xaçmazda şəhid Abumüslüm Səlimovun anım mərasimi keçirilib - FOTOLAR

Xaçmazda şəhid Abumüslüm Səlimovun anım mərasimi keçirilib - FOTOLAR

Xaçmazda şəhid Abumüslüm Səlimovun anım mərasimi keçirilib - FOTOLAR

Xaçmazda şəhid Abumüslüm Səlimovun anım mərasimi keçirilib - FOTOLAR

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"