Qarabag Media
Haqqımızda Əlaqə

ABŞ-ın bu şəhəri 28 mayı Azərbaycan Günü bəyan etdi


Tarix:16-05-2018, 01:13 Kateqoriya:Manşet / Siyasət

ABŞ-ın bu şəhəri 28 mayı Azərbaycan Günü bəyan etdi

Missisipi ştatının paytaxtı və ən böyük şəhəri olan Cekson şəhərinin meri Çokve Antar Lumumba (Chokwe Antar Lumumba) Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat vermişdir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən lent.az-a verilən xəbərə görə, sözügedən sənəddə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

Bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq ABŞ-dan daha öncə qadınlara seçki hüququnun verilməsini təmin etmişdir.

Eyni zamanda bəyanatda Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu və öz suverenlik və müstəqilliyini möhkəmləndirərək Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olduğu vurğulanır.

Ç.A. Lumumba imzaladığı bəyanatda 2018-ci il 28 may tarixini Cekson şəhərində Azərbaycan Milli Günü elan edir və vətəndaşları dünyada yaşayan miliyonlarla, o cümlədən ABŞ-da yaşayan on minlərlə Azərbaycanlılarla birlikdə Azərbaycan Milli Gününü qeyd etməyə çağırır. Həmçinin, Cekson şəhərinin meri vətəndaşları demokratiyanın Mərkəzi Asiya, Orta Şərq və Qafqaz regionunda mühüm rolunu xatırlamağı təşviq edir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Vikipediyada Raquf Orucov haqqında məqalə yaradılıb
Vladimir Putin Bakıda dünya çempionatını izləyəcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub - SİYAHI
Azərbaycanlı zabit Amerikada nüfuzlu medala layiq görüldü- FOTO
İlbər Ortaylı: “Güney azərbaycanlılar oğuz qruplarına aid türklərdir, onlar azəri deyil...” - MÜSAHİBƏ
Səhradakı türklərin son komandiri: Fəxrəddin paşa
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir ilk
Bacı-qardaş dünya çempionu oldu
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq"
Mahir Abbaszadə: "Azərbaycanın regiondakı təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir"
Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZI
Azərbaycan sevdalı Yavuz Akpınar
"Heydər Əliyev ciddi hərbi təlimlər keçir, hamı kimi ona da güzəşt olunmur" — Ayaz Mütəllibovdan AÇIQLAMA
Rasim Balayev: "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə"
Tanınmış idmançıya idman ustası adı verildi
Daha bir azərbaycanlı xanım deputat seçildi
LEYSAN ÖZLƏMİ
Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir
Məhərrəmliyin mahiyyəti
Tramp Paşinyanla görüşə razılıq verməyib
Səsi çatan o taya əli yetmədi Şəhriyarın...
Çempionlar Liqası: Qalatasaray və Barselona darmadağınla başladılar
ABŞ Putin-Ərdoğan razılaşmasını dəstəkləyəcək
"O, bilirdi ki, ölümə gedir" - Prezident Mübarizin atası ilə görüşüb