Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan rəsmisi Böyük Britaniya kraliçası ilə görüşüb - FOTO


Tarix:15-05-2018, 01:47 Kateqoriya:Manşet / Gündəm

Azərbaycan rəsmisi Böyük Britaniya kraliçası ilə görüşüb - FOTO

"Land of Fire – Azerbaijan" adı ilə təqdim olunan xüsusi proqram yarış izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə xüsusi at cinsi olan Qarabağ atları Dövlət Sərhəd Xidmətinin "Süvarilər" atlılar dəstəsinin təqdimatında Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan "Royal Windsor Horse Show" adlı tədbirdə möhtəşəm şou proqramla çıxış edib. Şounun tərkib hissəsi olaraq 24 nəfərdən ibarət "Sərhədçi" rəqs qrupu, "Natiq Ritm Qrupu", rəssamlar və fakirlər də meydanda ölkəmizi təmsil etdilər "Royal Windsor Horse Show" atçılıq tədbiri bu il 75 illik yubileyini qeyd edir. Karabakhmedia.az xəbər verir ki, "Land of Fire – Azerbaijan" adı ilə təqdim olunan xüsusi proqram yarış izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.

Bütün tamaşaçıları heyran etmiş "Odlar Yurdu – Azərbaycan" adlı kompozisiyada Azərbaycan Respublikasının əməkdar artisti Natiq Şirinovun rəhbərliyi ilə "Natiq" ritm qrupunun ecazkar müşayiətinin sədaları altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Qarabağ atlarının belində inanılmaz və möhtəşəm igidlik hərəkətləri icra edən Dövlət Sərhəd Xidmətinin 20 süvarisi, xoreoqraf, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərliyi ilə "Sərhədçi" rəqs ansamblı, alov püskürən fakirlər qrupu və iki gənc rəssam iştirak etmişlər. 12 dəqiqə davam edən bu şounun quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti Nicat Kazımovdur.

12 may 2018-ci il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetlə görüşüb və tuncdan hazırlanmış Qarabağ atı heykəlini, eyni zamanda Azərbaycanın Qarabağ xalçasını nümayəndə heyəti adından rəsmi hədiyyə olaraq təqdim edib./Sputnik/
Azərbaycan rəsmisi Böyük Britaniya kraliçası ilə görüşüb - FOTO

Azərbaycan rəsmisi Böyük Britaniya kraliçası ilə görüşüb - FOTO

Azərbaycan rəsmisi Böyük Britaniya kraliçası ilə görüşüb - FOTO

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Rüstəm İbrahimbəyov üçün filmin sonu...
Cümhuriyyətin maarif və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarov
Paşinyan kütləvi həbslərə başladı
Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası
Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi - TARİX
Bəzi müəllimlərin dərs yükü və əməkhaqqı artacaq
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub
Türkiyənin müdafiə nazirinin müavini: “Babam bu dünyadan Azərbaycan həsrəti ilə köçdü”
Qanunla qadağan deyil, amma qadağandır: DYP-dən absurd tələb
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB
Azərbaycanda doğulmuş erməni Bakıya gəlib
Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 10 mln. kredit verəcək
Heydər Əliyev Fondu Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təşkil edib - FOTO
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad olundu
Fuad Poladov - 70... - VİDEO
Lider TV-nin filmi Ankarada təqdim olundu — FOTOLAR
Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...
“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR
Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, prosesi bərpa edək"
Türkiyəli spiker: Qarabağ bizim milli məsələmizdir
"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ
"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - MÜHARİBƏ MÜMKÜNDÜRMÜ ?
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb
Rusiya Ermənistana müasir silah verəcək
Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏ
Hadi Rəcəbli: "Nikahların pozulmasına çox vaxt "Facebook" səbəb olur"
Putinin möhtəşəm silahı yerə çırpıldı – Şok