Qarabag Media
Haqqımızda Əlaqə

Bu gün məşhur alay komandirinin doğum günüdür — FOTO


Tarix:15-05-2018, 00:38 Kateqoriya:Manşet / Cəmiyyət

Bu gün məşhur alay komandirinin doğum günüdür — FOTO

Bu gün Laçın alayının yaradıcısı və sabiq komandiri Arif Paşanın doğum günüdür.

Karabakhmedia.az xəbər verir ki, Milli azadlıq hərəkatının fəallarından olan Arif Paşa 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlayanda Laçın şəhərində Müvəqqəti Gizli Komitənin qurucularından olub və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra respublikada yaranan ilk nizami hərbi hissələrdən olan Laçın dağ-atıcı alayının komandiri kimi böyük döyüş yolu keşmişdir.

Arif Fəxrəddin oğlu Paşayev 15 may 1959-cu ildə Laçın şəhərində anadan olub.
1966-1976-ci illərdə Laçın şəhər orta məktəbində orta təhsil alib. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, 1982-ci ildə həmin institutu sənaye və mülki tikinti ixtisası üzrə bitirərək təyinatla Daxili İşlər Nazirliyinin sərəncamına göndərilib. 1982-1984-cü illərdə xaricdə Sovet qoşun kontingentinin tərkibində xidmət edib. 1984-1991-ci illərdə müxtəlif təsərrüfat müəssisələrinin rəhbəri vəzifələrində çalışıb, Laçın rayon XDSİK sədrinin müavini olub. 1988-ci ilin fevralın 15-də Xankəndində erməni separatizminin fəaliyyətə başlamasından iki gün sonra erməni separatizminə qarşı gizli silahlı təşkilat-Müvəqqəti Fövqəladə Komitə yaradıb. 1988-ci ilin aprelində üzvlərinin sayi bir neçə min nəfər olan Laçın rayon Müdafiə Komitəsini yaradib və ona başçılıq edib. 1988-ci ilin iyun ayında Laçın rayon Xalq Cəbhəsini yaradıb və ona başçılıq edib. HƏMİN VAXTLAR AZƏRBAYCANDA HƏLƏ XALQ CƏBHƏSİ YARADILMAMIŞDI. AXC ilk İdarə Heyətinin üzvü seçilib. 1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1N-li əmri ilə Laçın rayon Ərazi Müdafiə batalyonunun komandiri təyin edilib və Azərbaycanda İLK MİLLİ HƏRBİ HİSSƏNİ YARADİB. 1992-ci ilin martında Azərbaycanda olan İLK NİZAMİ ALAYI - LAÇIN ALAYINI YARADIB VƏ ONUN KOMANDİRİ TƏYİN EDİLİB. 1992-ci ilin aprelin 30-da naməlum səbəblərdən alayın komandiri vəzifəsindən azad edilib. BUNDAN 18 GÜN SONRA ermənilər Laçın rayonunu işğal ediblər. 1992-ci ilin iyulundan 2002-ci ilədək AXCP sədrinin müavini olub.

1993-cü ilin avqust ayında CM-nin 4 maddəsində ÖLÜM CƏZASI nəzərdə tutulan 13 maddə ilə ittiham olunaraq həbs edilib.1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından qaçırılıb. 1994-cü ilin noyabrında məhkəmə keçirilməsini tələb edərək, məhkəməyə qayıdıb və 1995-ci ilin may ayının 12-də bəraət alıb.

Azərbaycanın ilk milli marşı olan "Əsgər marşı" Arif Paşayevin komandir olduğu, Laçında ilk yaradılan könüllülərdən ibarət Ərazi müdafiə batalyonunda oxunub. Sonradan həmin batalyon 811 saylı alay oldu.

Ehtiyyatda olan polkovnikdir.

Karabakhmedia.az saytının kollektivi olaraq Arif bəyi doğum günü münasibəti ilə təbrik edir və möhkəm cansağlığı arzulayırıq.

Bu gün məşhur alay komandirinin doğum günüdür — FOTO

Bu gün məşhur alay komandirinin doğum günüdür — FOTO

Bu gün məşhur alay komandirinin doğum günüdür — FOTO

Bu gün məşhur alay komandirinin doğum günüdür — FOTO

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İmişlidə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib
"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan
"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşib
350-yə qədər KİV Trampa qarşı aksiya keçirir - ABŞ-da
Dünyanı dolaşan səsin sahibi — Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu il bal yarmarkasının formatı dəyişdirilə bilər
ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
Bütün dünyanın axtardığı qarabağlı general kim idi? - ARAŞDIRMA
YPX 6 aya 34 milyon manatdan çox cərimə yazıb
Bakıda döyülən qardaşına köməyə gedən taksi sürücüsü qətlə yetirilib
Generalın anım mərasimi keçirilib
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI
Balakişi Qasımov məşhur rejissoru işdən çıxarır? - Ərizəsi alındı (FOTOLAR)
Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edib
Qarabağ erməniləri erməni deyil
Donald Tramp “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan qanunu təsdiqləyib