Qarabag Media
Haqqımızda Əlaqə

Aprel şəhidlərinin övladları atalarının qəhrəmanlıqlarından yazacaqlar


Tarix:11-05-2018, 17:12 Kateqoriya:Manşet / Təhsil

Aprel şəhidlərinin övladları atalarının qəhrəmanlıqlarından yazacaqlar

AzEdu.az təhsil portalı Aprel şəhidlərinin məktəbli övladları arasında “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi” mövzusu ilə bağlı yazı müsabiqəsi keçirir.

Müsabiqə təşkilatçılarının şagird, valideyn və müəllim kontingentinə olan müraciətini təqdim edirik:

Hörmətli şəhid ailələri!

Azərbaycanda fəaliyyət göstərən Azedu.az təhsil portalı Aprel şəhidlərinin məktəbli övladları arasında “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi” mövzusu ilə bağlı yazı müsabiqəsi keçirir.

Mövzunun aktuallığına görə “Aprel 2016” Şəhid Ailələrinə dəstək İctimai Birliyi bu layihənin gerçəkləşməsində təşkilatı dəstək verir.

Çox dəyərli analar, müəllimlər!

Təqdim etdiyimiz “Mənim Atam Qəhrəmandır - O, Cümhuriyyətin əsgəri idi” mövzusunda uşaqlar öz ataları haqqında düşüncələrini, xatirələrini bölüşməli, eyni zamanda 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik yolunda atalarının qəhrəmanlığından yazmalıdırlar.

Əziz valideynlər! Sizdən çox xahiş edirik ki, uşaqların yazacaqları yazılar öz düşüncələrinin məhsulu olsun, heç bir kənar müdaxilə olmasın. Biz həmin yazıları arxivə təqdim edəcəyik. Digər xahişimiz odur ki, həmin əlyazmaları bizə göndərəsiniz. Qoy, öz ataları kimi dürüst və düzgün olsunlar. Çox xahiş edirik ki, uşaqlarınıza mövzunu yazdıranda özünüz diqtə etməyin. Onların yazdıqları 5 cümlə də ola bilər, 2 vərəq də. Kim nə qədər bacarır, hansı dildə bacarırsa, elə də yazsın. Hətta orfoqrafik səhvlər də olsa düzəltməyin. Əsas olan odur ki, uşaqlar nə düşündüklərini, necə inkişaf etdiklərini, Vətən məhəbbətlərini və Ata sevgilərini duydursunlar.

Onların yazdıqları məktub-inşalar AzEdu.az saytı vasitəsilə Azərbaycan cəmiyyətinə, tərcümə edilərək bütün dünyaya çatdırılacaq. Yazı ilə bərabər uşağınızın şəklini də bizə göndərməyi xahiş edirik. Ümid edirəm ki, Sizə məramınızı anlada bildim. Hər hansı bir sual yaranarsa bizə zəng vurun. Yazılar 20 may 2018-ci ilə qədər qəbul ediləcək.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı