Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan Xalq Cümhuriyyətində türkiyəli müəllimlər


Tarix:11-05-2018, 16:06 Kateqoriya:Manşet / Yazarlar

Azərbaycan Xalq Cümhuriyyətində türkiyəli müəllimlərƏbdülhəmid AVŞAR

XX əsrin əvvəllərində Türkiyə-Azərbaycan arasında ictimai əlaqələrin yaranması prosesində rol oynayan əhəmiyyətli faktorlardan biri Azərbaycana göndərilən müəllimlər və onların göstərdiyi fəaliyyətlərdir.

Bir çox elm adamı 1905-ci il Rus İnqilabını "avtokratizmə qarşı işçi, kəndli və radikal ziyalıların inqilabı olduğu qədər, rus olmayanların ruslara qarşı bir inqilabı" olaraq da xarakterizə edirlər. Həqiqətən də, 1905-dən sonra yaranan nisbi azadlıq mühitindən digər rus olmayan xalqlar kimi, azərbaycanlı ziyalılar da öz xalqının milli şüurunun güclənməsi üçün faydalanmışlar.

Əslində, müasirləşmə hərəkatı olan Cəditçilik xüsusilə, cəmiyyətin təhsilli təbəqəsində böyük bir təsirə sahib idi. Bu səbəblə, İsmail Qaspıralının şəhər burjuaziyasına etdiyi Cəditçiliyi dəstəkləmək çağırışı ziyalılar arasında daha böyük əks-səda yaratmış və xüsusilə, milli dildə təhsili gücləndirmək üçün səy göstərilməyə başlanılmışdır. Necə ki, 1905-ci ildən sonra bu cür fəaliyyətləri dəstəkləyən təşkilat və qurumların sayı da sürətlə artırdı. Bu təşkilat və quruluşlar özlərini rus və erməni təşkilatlarından ayrı tuta bilmək üçün adlarına "Müsəlman" etiketi qoyurdular.

Müasir üslubda məktəblərdə milli səviyyədə təhsil verə biləcək müəllim çatışmazlığı var idi. Buna görə də bu ehtiyacın Türkiyədən dəvət ediləcək müəllimlərin vasitəsilə təmin edilməsi üçün fəaliyyətə başlanıldı.

Bu işi Bakı Cəmiyyəti-Xeyriyyəsi öz üzərinə götürmüşdü. Bakıdakı müsəlman məktəbində müəllimliklə bərabər, "Təzə həyat" qəzetində yazan Yusif Ziya Talıbzadə, bu məqsədlə 1907-ci ilin avqust ayında İstanbula göndərildi. Cəmiyyət, Talıbzadəyə rəsmi olaraq vəzifə verildiyini göstərmək üçün vəkalətnamə də təşkil etmişdi. Bu etibarnamədə, Rusiyada yaşayan müsəlmanların mədəniyyət və təhsil səviyyələrində inkişafın müşahidə olunduğu yazılmışdı, ancaq kafi olmadığı da vurğulanırdı. Əsas akademiyanın təhsili Osmanlı dövlətinin yardımı üçün lazım idi. Bu vəkalətnaməylə İstanbula gələn Talıbzadə görüşlərində təhsillə əlaqədar başlıca bu tələbləri irəli sürmüşdü:

"Bu günə qədər Qafqaz türkləri yazışmalarında həmişə fars dilindən istifadə etmişlər. Bundan sonra farscanın əvəzinə ana dilləri olan türkcəni istifadə etməyə və inkişaf etdirməyə kömək edən,

- Osmanlı türkcəsində dərsliklərin yazılması,

- Məktəb müdirləri və müəllimlərin Osmanlı Hökumətinin təsdiqi ilə İstanbuldan gətirilməsi".

Bakı Cəmiyyəti-Xeyriyyənin bu cəhdindən sonra Türkiyədən Azərbaycana müəllimlər, din adamları, mətbəə materialları göndərilməyə başlandı. Beləcə, Türkiyə ilə Azərbaycan arasında ciddi bir mədəni yaxınlaşmanın yolu açılmış və "Osmanlı türklərinin dili və ədəbiyyatları ... milli kütlələrin ən dərin təbəqələrinə qədər nüfuz etmə[yə]" başlamışdır. Azərbaycana gedəcək ilk müəllimlərdən biri Müəllim Cövdətdir (İnançalp).

Müəllim Cövdət Bakıya 1907-ci ildə gəlmiş və bu hadisə yerli xalq arasında əhəmiyyətli bir təsir doğurmuşdu. Çünki o zamanlarda Bakıda Osmanlı nümayəndəliyi yox idi və Cövdətin şəxsində xalq, ilk dəfə rəsmi bir Türkiyə nümayəndəsi ilə tanış olurdu.

Cövdət, Bakıda "Füyuzat-ı Darulmuallimin" adıyla bir məktəb qurmuş, burada ədəbiyyat dərsləri deməklə bərabər, məktəb müdiri vəzifəsini də boynuna götürmüşdü. İbtidai sinif müəllimlərini yetişdirmək üçün açılmış məktəbin tədris planı onun tərəfindən hazırlanıb. Bu proqram daha sonra açılacaq olan oxşar məktəblərə nümunə olacaq.

Məktəblərdə tədris olunan dərsliklər İstanbuldan alınırdı. Beləcə, Türkiyədən gedən müəllimlər vasitəsilə İstanbul və Bakı kitabçıları arasında güclü bir əlaqə quruldu.

Müəllim Cövdət bu müddət ərzində "yaradıcılıq işi kimi" müəllim yetişdirməyə səy göstərdi. Ona Əhməd Kamal, Baha Səid və Beşiktaşlı Kiçik Fuad kimi Türkiyədən gələn digər müəllimlər də kömək edirdilər. Ən böyük narahatlıqları Çar Rusiyasının onları orada uzun müddət qalmağa qoymayacaqları idi.

Qorxduqları başlarına gəldi. Bu baxımdan Müəllim Cövdət Azərbaycanda bir il müddətində xidmət edə bildi. Xalqda yaratdığı təsirdən narahat olan rus rəhbərliyinin təzyiqilə 1908-ci ildə yerini Əli bəy Hüseynzadəyə verərək Bakıdan ayrıldı.

Müəllim Cövdət Bakıda çox qısa bir zaman işləmiş olsa da, özündən sonra əhəmiyyətli bir iz buraxmışdı. Onun açdığı məktəb, Azərbaycan türklərinin milli şüurunun oyanışında ən təsirli təşkilatlardan biri olacaqdı. Bu təhsil nizamı içində yetişən müəllimlər nəsli, iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında, müsbət bir Türkiyə imicinin milli şüura yerləşməsində əhəmiyyətli rol oynayacaqdı.

Cövdətin, açılışına rəhbərlik etdiyi məktəbdə Türkiyədən təmin edilən dərsliklərin də təsiriylə Türkiyə türkcəsini bilən bir müəllim nəsli yetişmişdi. Bu da iki dili bir-birinə daha yaxınlaşdırdı. Əhməd bəy Ağaoğlu, Müəllim Cövdətin ölümünə həsr etdiyi bir yazıda onun Azərbaycanın mədəni və ictimai həyatına təsirlərinə toxunaraq bunları qeyd edir:

"... Mərhumun qurmuş olduğu "Füyuzat "namındaki darulmuallimini özündən sonra Əli bəy Hüseynzadə icra etdi və bu məktəb Azərbaycan türklərinin oyanışında ən müəssir bir amil oldu. Onun yetişdirdiyi tələbə sayəsindədir ki, azərbaycanca İstanbulcaya yaxınlaşa-yaxınlaşa bu gün iki ləhcə arasında az qala fərq qalmamış kimidir".

Mövzuyla əlaqədar o dövrdə, özü də Bakıda müəllimlik edən, ancaq daha sonra Təşkilati-Mahsusaya mənsub olduğu bilinəndə rus hakimləri tərəfindən həbs edilən və edamla mühakimə olunarkən çətinliklə xilas olan Əhməd Kamalın xatirələri da çox dəyərlidir. Əhməd Kamalı Türkiyədən gedən müəllimlərin iki ölkə əlaqələrində oynadıqları rolla bağlı bu maraqlı mülahizələri var:

"Nəticədə:

1. Gənclər və xüsusilə uşaqlar osmanlıca danışmağa başladılar. Hətta iş böyüklər arasında belə söhbət əsnasında "Osmanlıca bir söz, bir cümlə demək"lə bir zəriflik etmək dərəcəsinə qədər çatdı.

2. Şiəlik-Sünnilik məsələsinə görə bir-birinə salam verməyən xalqın uşaqları birgə oxumağa başladılar. Bu iki məzhəb tərəfdarlarını daim ayrı saxlamaq üçün Tiflisdə Şiələrə məxsus bir Şeyxülislam və Sünnilərə məxsus bir Müfti vardı. Bunlar çar Rusiyasının əlində xalqı idarə etmək üçün bir alət idi".

1907-ci ildə başlayan, Azərbaycana Türkiyədən müəllim göndərilməsi tətbiqi AXC qurulduqdan sonra da davam etmişdi.

XX əsrin əvvəllərində, hələ müstəqillik əldə etmədən Cəmiyyəti-Xeyriyyə tərəfindən başlanan müəllim yetişdirmək işlərinə qarşı var olan tablo Cümhuriyyətin ehtiyac duyduğu rəqəmə çatmaqdan hələ çox uzaq idi. Yeni müəllimlərin dəyişdirilməsi vacib idi. Bunun üçün, daha əvvəl olduğu kimi, yenə Türkiyədən müəllimlər dəvət etmək və qısa davamlı kurslar təşkil edərək, Azərbaycan dilində təhsil verə biləcək insanlar yetişdirmək düsturunun həyata keçirilməsi qərarlaşdırıldı. Bu səbəblə, hələ Qafqaz İslam Ordusu Bakıya çatmaq üçün vuruşmaqda ikən 22 İyul 1918-ci ildə, Türkiyədən müəllim və dərs kitabları təmini gündəmə gətirildi və Nuri Paşanın siyasi müşaviri Əhməd Ağaoğlunun vasitəçiliyindən istifadəyə qərar verildi. Tələbin Osmanlı dövlətində qəbul edilməsinin bütün ölkədə böyük bir həyəcan yaratdığını və hər yerdə Türkiyədən gələcək müəllimlərin gözlənildiyini görürük.

İlk müəllim heyəti 5 noyabr 1919-cu ildə Azərbaycana gəldi. Qadınların da daxil olduğu bu müəllimlər ümumilikdə orta məktəblərdə dərs deyəcəkdilər. Beləcə, müəllim çatışmazlığının, Türkiyədən gələn müəllimlərin yetişdirdiyi yeni kadrlarla tamamlanması təmin edilmiş, təhsil sahəsindəki personal qıtlığı müəyyən bir nisbətdə da olsa düzəldilmişdi. Əslində, AXC qurulduqdan bir il sonra bütün ibtidai məktəblərdə Türk təhsilinə başlanıldığı görünür. Bu dövrdə Türkiyəyə şagird də göndərilməyə başlandığı görünməkdədir.

Azərbaycan məktəblərinin kitabxanaları Türkiyədən təmin edilən kitablarla zənginləşdirilərkən, dərsliklər və köməkçi kitablar da yenə İstanbuldan gətirilmişdi.

Digər tərəfdən AXC Hökumətinin Türkiyə ilə mədəni əlaqələri gücləndirmək və Azərbaycanı tanıtmaq üçün də səy sərf etdiyi görülməkdədir. Bunun üçün bir teatr şirkəti İstanbula göndərildi. Məsələn, Anadoluda 11 Mart 1919-cu ildə "Yenigün" qəzetində bu hadisə ictimaiyyətə açıqlandı və bunlar yazıldı:

"Azərbaycan Türk Dram-operettası kollektivi bu axşam Bəyoğlunda Odeon Teatrında saat doqquzda ümumiyə "Arşın Mal Alan"dörd pərdəlik məşhur operetta, Ərtoğrul Musiqiyi-Hümayunu və tarzən Hüseyn Qasımovun iştirakıyla oynanılacaq. Səhəri gün və gecə Şahzadəbaşı Millət Teatrında "Əsli və Kərəm" operası".

Azərbaycanlı qrup, İstanbulda uzun müddət qalaraq, müxtəlif səmtlərdə "Arşın mal alan", "Əsli və Kərəm" "Evli ikən Subay", "Məşədi İbad", "Pəri cadu", "Ölünün xortlaması", "Xorxor", "Əl-Mansur", "Əlli yaşında cavan", "Ac həriflər", "Məhəbbət qurbanları" kimi müxtəlif opera, komediya və dram oyunları səhnəyə qoymuş, Azərbaycan rəqslərini nümayiş etdirmişlər.

Qəzetlərdən izləyə bildiyimiz qədərilə, 1919-cu ilin fevral ayında İstanbula gələrək tədbirlərə başlayan teatr qrupu son tamaşasını 5 iyul 1919-cu ildə oynayıb. Bu dövrdə əksər günlər Azərbaycanla bağlı heç bir xəbər yoxdur, amma görünür ki, sözügedən kollektiv fəaliyyəti ilə gündəmdə olub. Azərbaycanlı aktyroların öz dillərində yazılmış bu oyunu, uzun müddət davam etdirə bilməkləri iki dilin bir-birinə nə qədər yaxınlaşdığını göstərməsi baxımından da maraqlıdır.

Azərbaycan təhsil sisteminə türkiyəli müəllimlərin köməyi sosialist rejimin ilk illərində də davam etmişdir. Azərbaycan SSR Hökuməti də sələfi olan AXC rəhbərliyinin yolunu izləyərək müəllim ehtiyacını qarşılamaq üzrə Türkiyəyə müraciət etmə qərarı aldı. Bu tələb, sözügedən dövrdə Türkiyənin özünün də böyük ehtiyacı olduğuna görə qəbul edildi və 1920-ci illərin ilk illərində Azərbaycana əhəmiyyətli sayda müəllim göndərildi. Bunlar arasında professor İsmail Hikmət (Ertaylan) və yenidən təhsil vəzifəsini qəbul edən Şövkət Sürəyya Aydəmir kimi tanınmış şəxslər də vardı.

Professor Vilayət Quliyev bunun səbəblərini qiymətləndirərkən, "N.Nərimanovun milli ruhu gücləndirdirməyə və "Şərqdə nümunəvi bir respublikaya" çevirməyə çalışdığı Azərbaycanda ana dilində təhsil verən məktəb və müəllim çatışmazlığı kəskin şəkildə hiss olunurdu" sözləriylə Azərbaycan SSR dövründə də müəllimə ehtiyacın davam etdiyini vurğulayır və bu yöndə hər şeydən çox "Türk müəlliminin və ziyalısının" köməyinə ehtiyac duyulduğunu deyir.

1 sentyabr 1920-ci ildə Bakıda təşkil edilən Şərq Xalqları Qurultayına qatıldıqdan sonra yeni vəzifəsinə başlayan Şövkət Sürəyya Aydəmir, Azərbaycandakı yeni dövr şagird profilinin əhəmiyyətli bir xüsusiyyətini vurğulamaqdadır. Buna görə, "qadınlar, kəndlilər kimi o zamana qədər səhnəyə çıxmamış olan ictimai təbəqələrdən bəzi insanlar" da artıq təhsil almağa başlamışdılar. Bu səbəbdən Türkiyədən gedən müəllimlərin təsir sahəsi daha da genişlənmiş, daha çox insana çatmaq imkanı qazanmışlar.

Bu müəllimlərin səylərilə Azərbaycanda Türkiyəni yaxından tanıyan bir nəsil yetişdi. Məsələn, 1960-cı illərdə Bakıya gələn Zəkəriyyə Sertel, "burada qadın-kişi kiminlə tanış olsaq, hamısı Fikrəti, Rza Tofiqi, bəziləri Həmidi və Rəşad Nurini tanıyırdılar. Və hər ziyafətdə bizə əzbərdən bildikləri Türk şeirlərini oxuyurdular"- deyə yazır və bunu türkiyəli müəllimlərin təmin etdiyini bildirir. Sertel bu müəllimlərdən birinin adını da çəkir. Yazdığına görə, İsmayıl Haqqı adındakı bu müəllim, Türkiyə, Türk ədəbiyyatını sevdirənlərin ön sırasındadır. O və Anadoludan gedən digər müəllimlərin yetişdirdiyi şagirdlər bu sevgini sonrakılara ötürərək bu maraq və sevginin davam etməsini təmin etmişlər.

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əldə olunan bu əməkdaşlıq nəticəsində, Azərbaycanın ilk müəllim nəsli Türkiyə təsirində yetişmiştir. Bu müəllim nəslinin Azərbaycan cəmiyyəti üzərindəki Rusiya və İran mədəni nüfuzunun qırılması və Türkiyəyə istiqamətli ictimaiyyətin güclənməsində əhəmiyyətli rolları olmuşdur. Aydəmirin mülahizəsi ilə ifadə etsək, göndərilən müəllimlər yolu ilə azərbaycanlılar arasında Türklük şüuru daha da yayılmış, milli ruh güclənmişdir./525.az/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı