Qarabag Media
Haqqımızda Əlaqə

İzmirdə “Azərbaycan-Türkiyə əlaqələri və bölgənin təhlükəsizliyi” mövzusunda təbdir keçirilib


Tarix:10-05-2018, 11:45 Kateqoriya:Manşet / Türk dünyası

İzmirdə “Azərbaycan-Türkiyə əlaqələri və bölgənin təhlükəsizliyi” mövzusunda təbdir keçirilib

Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı Dokuz Eylül Universitetinin İqtisadi idarəetmə fakültəsində “Azərbaycan-Türkiyə əlaqələri və bölgənin təhlükəsizliyi” mövzusunda konfrans keçirilib.

Konfransı Azərbaycanın Türkiyədəki səfirliyi, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyi, Maliyyə Klubu, SOCAR-ın Türkiyədəki nümayəndəliyi təşkil edib.

Tədbirin açılış çıxışını fakültənin dekanı,Prof. Dr.Kamil Tügen,dərnək başqanı, Dr. Asif Kurban və SOCAR-ın Türkiyə nümayəndəliyinin direktor müavin Gülmirzə Cavadov ediblər.

Tədbirin moderatorluğunu Prof.Dr. Nevzar Şimşek edib. Əsas çıxışçılar isə səfir Xəzər İbrahim, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Azərbaycan Respublikası Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri,Dr.Cavid Vəliyev olub.
Səfir Xəzər İbrahim Türkiyə-Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu,bu əlaqələrin hər sahədə daha da genişləndirilməsi üçün çox işlərin aparılmasını bildirib.

“Səfir kimi Türkiyədə fəaliyyətə başladığım gündən ilk səfərimi Çanaqqalaya etdim. Çanaqqala Türkiyə türklərinin deyil,bütün Türk dünyası üçün önəmlidir”,-deyə səfir qeyd edib.

Hikmət Hacıyev çıxışında Türkiyə-Azərbaycan arasındakı əlaqələrin dünyada bənzərinin olmadığını qeyd edib.
“Türkiyə rəsmilərinin olmadığı bir yerdə də Türkiyənin müdafiə etməyi özümüzə borc bilirik. Afrin əməliyyatında Türkiyənin yanında olduğumuzu bəyan edən ilk dövlətik”.

Dr. Cavid Vəliyev isə Türkiyə Azərbaycan əlaqələrinin tarixi inkişafı,təhlükəsiz mövzusunda çıxış edib.

Tədbir çox saylı suallara verilən cevablarla dəvam etdi. Sonda çıxışçılara diplomlar təqdim olundu. Tədbirdə İzmir rəsmiləri ilə yanaşı universitetin müəllim heyəti, siyasi partiyaların və qeyri-hökümət təşkilatlarının nümayəndələri və Azərbaycanlı tələbə və vətəndaşlar iştirak etdilər.

Elnur Eltürk










SON XƏBƏRLƏR
İmişlidə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib
"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan
"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşib
350-yə qədər KİV Trampa qarşı aksiya keçirir - ABŞ-da
Dünyanı dolaşan səsin sahibi — Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu il bal yarmarkasının formatı dəyişdirilə bilər
ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
Bütün dünyanın axtardığı qarabağlı general kim idi? - ARAŞDIRMA
YPX 6 aya 34 milyon manatdan çox cərimə yazıb
Bakıda döyülən qardaşına köməyə gedən taksi sürücüsü qətlə yetirilib
Generalın anım mərasimi keçirilib
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI
Balakişi Qasımov məşhur rejissoru işdən çıxarır? - Ərizəsi alındı (FOTOLAR)
Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edib
Qarabağ erməniləri erməni deyil
Donald Tramp “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan qanunu təsdiqləyib