Qarabag Media
Haqqımızda Əlaqə

Ailə dağılır, dağılsın da!


Tarix:13-11-2015, 01:10 Kateqoriya:Manşet / Yazarlar

Ailə dağılır, dağılsın da!

Seyran Səxavət
1989-cu ildə Londonda bizim bir tərcüməçimiz vardı. Günlərin birində necə oldusa, onun ailə vəziyyəti ilə maraqlandım. Dedi, 4-5 ildir bir oğlanla oturub-dururam, özü də necə lazımdır. Yəni ər-arvad kimi. Soruşdum ki, bəs sonra nə olacaq? Cavab verdi ki, xasiyyətimiz tutsa, biz ailə quracağıq.

Öz-özümə düşündüm ki, bu da bir ailə modelidir, yəni Avropa üçün, ingilislər üçün. Ancaq o da təbiidir ki, bu ailə modelini bizə tətbiq eləmək qeyri-mümkündür. Onsuz da, Azərbaycanda ailə ətrafında söz-söhbətlər, problemlər... bir sözlə, aləm bir-birinə qarışıb.

Əgər belə bir ailə modeli bizdə tətbiq olunarsa, yəqin, o saat qırığın-qiyamət, namus-qeyrət davası, nə qədər bıçaqlanma hadisələri baş alıb gedəcək.

Təbii, əgər bacararlarsa, bu modeli Azərbaycanda da tətbiq etmək olar. Amma bacarmazlar axı. Çünki dünənə qədər biz qapalı bir cəmiyyətdə yaşamışıq. Xüsusən, müstəqillikdən sonra, dünyanın bütün pəncərələri açılandan sonra insan da köməksiz vəziyyətə düşdü. Sən demə, bir çuxuru dolduracaq su bir qurumuş gölü, dənizi, tutaq ki, okeanı doldurmaq istəyir. Bu da alınmır. Ona görə ki, həm təhsillə, həm də şüurla bağlı bizdə xeyli kasıbçılıqdır.

O da var ki, heç mənim aləmimdə belə bir anlayış özünə yer tutmayıb ki, müasir ailə modeli necə olmalıdır? Və yaxud müasir ailə, keçmiş ailə, gələcək ailə... Bunun səbəbini də heç özüm üçün axtarmıram. Çünki istər keçmiş, istər indi, istər də gələcəkdə olsun, ailə ailədir. Ailə bəşəriyyətin inkişafına, cəmiyyətin inkişafına, şablon da olsa, təkan verən bir stimuldur.

Ancaq qəribədir, biz bütün sahələrdə – xırda münasibətdən tutmuş ümumbəşəri məsələlərə kimi o qədər səhlənkarlıq, o qədər biganəlik edib problemlər yaradırıq, sonra da başlayırıq o problemlərin aradan götürülməsi üçün yollar axtarmağa. Biri var sirri-xudadan gələn bəlalar ki, bizim qarşımızda dayanır, qabağımızı kəsir, bizimlə üzbəüz durur, biri də var ki, özümüz öz hərəkətimizlə, öz əməlimizlə, öz nəfsimizlə, öz dayazlığımızla problemlər yaradırıq, sonra bunu böyüdürük, sonra da bu, bizə həm fərd olaraq, həm ailə olaraq, həm də cəmiyyət olaraq qənim kəsilir.

Mənə elə gəlir ki, ailənin də qabağında duran bütün problemləri insan özü yaradır, öz əməlləriylə, bisavadlıqlarıyla, bir az da dərinə getsək, öz vicdansızlıqlarıyla, azca da dərinə getsək, qatığa qara deməyiylə.

Hər soyad, hər nəsil, hər şəcərə ki var, əslində, ölkə bunlara demək olar. Çünki bir şəcərə daha aydındır, nəinki bir ölkə daxilində yaşayan şəcərələr.

Yenidən həmin məsəli xatırlayıram: “su axıb çuxurunu tapmalıdır”. Su axıb çuxurunu tapan ailələr, mən bilən, həmişə xoşbəxt olur, yəni xoşbəxt olmaq nə qədər mümkündürsə.

Toy olmaq o demək deyil ki, ailə artıq qurulub. Ailənin də sınaqları var. Cavan ailə həm də klassik ənənəyə söykənməlidir. Məncə, belə olsaydı, boşanmalar bu qədər adiləşməzdi. Ancaq əvvəl ailələrin dağılması faciə kimi qəbul olunurdu.

Bir məsələ də var. Bir az dərindən düşünəndə aydın olur ki, müasir dövrdə ailədən də böyük və ciddi şeylər adiləşib. Yəni tutaq ki, bu gün ölüm adiləşibsə, ölümün yanında boşanmaq o qədər böyük faciə deyil ki... Bu dünyanın ağacıyla, dəniziylə, çayıyla vidalaşmaq, bu boyda məsələrdən əl çəkmək adiləşəndən sonra bir ailənin dağılması nədir ki... Dağılsın da! Lap uzaq başı qadın ayrısına ərə gedər, kişi də gedib başqasını alar. Yəni ən pis məqamda belə bir çıxış yolu da var.

Ümumilikdə, iki adamın 30 il, 40 il, 50 il, 60 il bir yerdə yaşaması hər iki tərəfdən ən böyük riskdir. Mən, bəlkə də, dünyada bundan böyük risk tanımıram. Ona görə də nə dünyaya, nə bir ölkəyə, nə bir fərdə konkret ailə modeli təklif eləmək mümkün deyil. Çünki bütün təkliflərin hamısı qüsurludur, hamısı nöqsanlıdır.

Ənənəvi fikir də var ki, insan ailə qurubsa, gərək bir-birini bağışlaya-bağışlaya, bir-birinin sözünü eşidə-eşidə, bir-birinin sözü bir-birinin boğazından keçə-keçə, bir az uşaqlara görə, sonra bir az nəvələrin xətrinə ailəni qoruyub saxlamalıdır.

Bunun da başında çox sadə bir şey var: adam balası olmaq lazımdır, vicdanlı olmaq lazımdır. Mənim ailə modeli haqqında konkret fikrim və həqiqətim bundan ibarətdir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB
Diaspor Komitəsi İstanbuldakı Mübariz İbrahimov adına məktəbin problemlərini nəzarətə götürdü
Nuri Paşanın 1920-ci ildə Böyük Britaniya mətbuatına verdiyi MÜSAHİBƏ
Prezdent Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında