Qarabag Media
Haqqımızda Əlaqə

İRANIN TÜRK DİLİNİN KEÇƏRLİLİYİNİ TANIMASI LABÜDDÜR


Tarix:9-05-2018, 01:10 Kateqoriya:Manşet / Türk dünyası

İRANIN TÜRK DİLİNİN KEÇƏRLİLİYİNİ TANIMASI LABÜDDÜRSadəcə, indiki rejim mümkün qədər vaxtı uzatmağa çalışır.

Ərdəbilin İran parlamentindəki millət vəkili Südeyif Bədri türk dilinin tədrisi ilə bağlı olan konstitusiyanın 15-ci maddəsinin icrasını tələb edib. Deputat deyib ki, seçki ərəfəsində namizədlər "hər xalqın ana dilində təhsil almaq hüququnu” özündə əks etdirən bu maddənin icrasına çalışacaqlarını deyiblər.

Lakin bu günə qədər heç bir addım atılmayıb. Parlament üzvünün sözlərinə görə, ana dilimizin məhv olmaması üçün 15-ci maddə mütləq icra olunmalıdır. S.Bədri ana dilinin tədrisi istiqamətində xüsusi işlər gördüyünü də diqqətə çatdırıb: "Mən ana dilinin tədrisi ilə bağlı 142 millət vəkilindən imza toplayaraq layihə təklifi hazırlamışam. Çalışacam ki, parlamentdə bu qanun qəbul olunsun. Əgər layihə qəbul olunarsa, məktəblərdə türk dilinin tədrisinin şahidi olacağıq”. Azərbaycanlı millət vəkilinin təklifi fars rejimini müdafiə edənləri bərk qəzəbləndirib. Rejim tərəfdarları iddia ediblər ki, İranda ana dilinin tədris olunması ölkə təhlükəsizliyinə təhdid yaradan amildir. Xatırladaq ki, İranda türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması, həmçinin, türk dilinin tədris olunması azərbaycanlıların əsas tələblərindən biridir. Bu tələblər seçkiqabağı təşviqat dönəmində prezident Həsən Ruhaninin əsas şüarına çevrilsə də, 5 il vaxt keçməsinə rəğmən verilən vədlər yerinə yetirilməyib.

Fikirlərini "Şərq”ə bölüşən AMEA-nın aparıcı elmi işçisi, türkoloq, Bütöv Azərbaycan Ocaqlarının sədr müavini Faiq Qəzənfərli deyib ki, 1905-ci ilə, yəni Qacarlar sülaləsi devrilənə qədər fars və türk dili İranda rəsmən qəbul olunurdu. Ekspert bildirib ki, hər iki dilin öz yeri və hüququ var idi:

"Fars dili bir çox hallarda yazı, türk dili isə yazı, saray və hərbi dil kimi istifadə olunub. Ancaq ingilislərin və rusların əli ilə hakimiyyətə gələn Pəhləvilər zamanı vəziyyət mənfiyə doğru dəyişib. Türk millət vəkilləri haqlı olaraq sual edirlər ki, niyə Qacarlardan sonra ana dilimizi işlətməyə icazə verilmir?! Halbuki İran İslam Respublikası qurulandan sonra konstitusiyasının 15-ci maddəsində bildirilib ki, İranda yaşayan bütün xalqlar ana dilindən istifadə etmək, təhsil almaq hüququna malikdir. Təəssüflər olsun ki, sözügedən qanunun icrasına bilərəkdən imkan yaradılmır. Şübhəsiz ki, İran dövləti gec-tez bu reallığı qəbul edəcək və türk dilinin istifadəsinə mane olmayacaq”. Alimin sözlərinə görə, indiki halda farsdilli millət vəkillərinin türk dilinin təhsil dili olmasına qarşı çıxması başadüşüləndir: "Rejimin narahatlığı odur ki, əgər türk dili İranda rəsmi dil kimi qəbul olunarsa, bu, faktiki olaraq türklərlə hesablaşmaq anlamına gələr.

Düşünürlər ki, İranda çoxluğu təşkil edən azərbaycanlıların ana dilinin sərbəst buraxılması İran İslam Respublikasının mahiyyətini dəyişəcək. Bu baxımdan farsdilli zümrənin mövqeyini qorumaq üçün israrla türk dilinin rəsmiləşməsinə qarşı çıxırlar. Bütün hallarda İranın türk dilinin keçərliliyini tanıması labüddür. Sadəcə, indiki rejim mümkün qədər vaxtı uzatmağa çalışır. Artıq zaman dəyişib, mədəni və siyasi anlamda ciddi dəyişikliklər baş verməkdədir. İranın tarixində ən önəmli faktorlardan biri məhz türklərdir. Türklərin ana dilini hər sahədə tətbiq etməsi 1925-ci ildə əlimizdən alınan haqqımızın bərpası və türk varlığının qəbulu deməkdir. Farsları narahat edən də məhz bu amildir. İnanıram ki, Xorasan və Qaşqay millət vəkillərinin mübarizəsi öz bəhrəsini verəcək. Çünki onlar öz sözlərini deyil, milyonluq xalqın diləyini və arzusunu çatdırır”.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"