Qarabag Media
Haqqımızda Əlaqə

Ermənilər gözəllər gözəlini də Qarabağdan didərgin saldılar...


Tarix:7-05-2018, 21:28 Kateqoriya:Manşet / Araşdırma

Ermənilər gözəllər gözəlini də Qarabağdan didərgin saldılar...

Qarabağ həsrətli xarı-bülbül, sən demə təkcə Şuşada bitmirmiş

Vətən bağı al-əlvandır, yox içində xarı-bülbül…

Dünyanın heç bir yerində rast gəlinməyən bu gül tanrının bizə göndərdiyi ən böyük möcüzələrdən biridir. Onun haqqında rəvayətlər, nağıllar mövcuddur. Zaman-zaman şairlərin, yazıçıların, musiqiçilərin ilham mənbəyi olan bu unikal çiçək məhz bu torpağa — Azərbaycana məxsusdur.

Əsrarəngiz xarı-bülbülün adı Qarabağın, Şuşanın adı ilə qoşa çəkilir. Çünki Qarabağ onun vətəni hesab edilir. Hər kəs bu gülün təkcə Qarabağda bitdiyini bilir. Amma, sən demə, xarı-bülbülə Zaqatala — Qax bölgəsində də rast gəlmək mümkündür.

Sputnik Azərbaycan-a danışan Qax rayonunun Qaratala kənd sakini Şamama Abbasova deyir ki, əvvəllər kəndlərindəki meşədə bu gülü görsələr də, xarı-bülbül olduğunun fərqinə varmayıblar: "Qarabağ işğal olunan vaxtlar idi. Kəndimizdə məskunlaşmış, Ağdamın Mərzili kəndindən olan məcburi köçkün Zöhrə İsmayılova dedi ki, xarı-bülbül ancaq Şuşada bitir. Mən onunla mübahisə etmədim, xarı-bülbülü gətirib ona verəndə qadın gülü qucaqlayıb hönkürtü ilə ağladı. Gülə dedi ki, "sən də ermənin əlindən qaçıb bura gəldin?"".

Həmsöhbətimiz qeyd edir ki, indi Qaxda xarı-bülbülə çox az rast gəlinir: "Təəssüf ki, bu torpaqlarda da bu gül azalıb. Əvvəllər indikinə nisbətən daha çox görərdik".
Ermənilər gözəllər gözəlini də Qarabağdan didərgin saldılar...

(Qax rayonunun Qaratala kəndində bitmiş xarı-bülbül)

Biologiya elmləri namizədi, İlisu dövlət qoruğunun baş elmi işçisi Tahirə Abdullayeva da mövzu ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşür. O, xarı-bülbüllə bağlı hələ illər əvvəl elmi işində yazmaq istədiyini bildirir.

"Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun dissertantı olaraq Qax rayonunun florası haqqında elmi iş yazdım. 1996-cı ildə elmi işimi müdafiə edəndə yığdığım bitkilərin içərisində xarı-bülbül bitkisi də var idi. Mən həmin bitkinin Qaxda bitməsi ilə bağlı akademik Vahid Hacıyeva məlumat verdim" — deyir T.Abdullayeva.

"Lakin, rəhmətlik akademik Cəlal Əliyev bu bitkini elmi işimə daxil etməyə icazə vermədi, dedi ki, bu gül yalnız Şuşadadır. Mənə 3 gün vaxt verdilər. AMEA Botanika İnstitutunun məlumat Herbarisində yoxladım və akademiklər Vahid Hacıyev və Cəlal Əliyev də həmin bitkinin xarı-bülbül olduğunu təsdiqlədilər", — deyə T.Abdullayeva əlavə edir.

Bioloq alim xarı-bülbülün kökünün kəsiləcəyindən narahatdır: ""Xarı-bülbül təhlükədədir" mövzusunda mətbuatda çıxışım olub. Mən bir bioloq kimi bu gülün məhv olmasından çox narahatam".

Şuşanın adı dillərdə dastan olan əsrarəngiz gözəlini — xarı-bülbülü görmək istəyənlər Qaxa gələ bilərlər. Amma hər bir azərbaycanlının ən böyük arzusu bu ecazkar çiçəyi elə öz vətənində — Qarabağda, Şuşada görməkdir.

Şahpəri Abbasova










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"