Qarabag Media
Haqqımızda Əlaqə

Güləşçilərimiz Avropa çempionatında 18 medal qazandılar


Tarix:7-05-2018, 12:54 Kateqoriya:Manşet / İdman

Güləşçilərimiz Avropa çempionatında 18 medal qazandılarRusiyanın Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatına yekun vurulub.

Karabakhmedia.az saytının məlumatına görə, yarışın sonuncu - yeddinci günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində mükafatlar uğrunda mübarizəni davam etdirən sərbəst güləşçilər həlledici qarşılaşmalara çıxıblar.

Azərbaycan yığmasının 4 güləşçisi xalça üzərində qüvvəsini sınayıb. Aleksandr Qostiyev və Şərif Şərifov gümüş, Cəmaləddin Məhəmmədov isə bürünc medal qazanıb. Mircəlal Həsənzadə isə "bürünc" uğrunda görüşdə uduzub.

61 kq

Təmsilçimiz Mircəlal Həsənzadə 3-cü yer uğrunda görüşünü keçirib. Pəhləvanımızın rəqibi rumıniyalı İvan Quydea olub. 2:5 hesabı ilə məğlub olan Mircəlal yarışla medalsız vidalaşıb.

86 kq

Aleksandr Qostiev finalda Artur Nayfonovla (Rusiya) üz-üzə gəlib. Təmsilçimiz görüşü 1:1 hesabı ilə başa vursa da, son xalı rəqib qazandığı üçün qızıl medal rus güləşçiyə verilib.

92 kq

Dünya və Avropa çempionu Şərif Şərifov finalda Rusiya təmsilçisi Abdulraşid Sadullayevlə qarşılaşıb. İlk xalı Şərif qazansa da, sonrada bu üstünlüyünü qoruya bilməyən pəhləvanımız 1:2 hesabı ilə uduzaqraq "qızıl"a uzaqdan baxmalı olub.

125 kq

Ən ağır çəkidə mübarizə aparan Cəmaləddin Maqomedov isə bu gün ilk olaraq təsəlliverici görüşdə iştirak edib. Onun rəqibi İbrahim Saidov (Belarus) olub. Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəmaləddin "bürünc" üçün rusiyalı Muradin Kuşkovla qarşılaşıb. Bu rəqibindən də üstün olan (3:0) Maqomedov "bürünc"ə sahib çıxıb.

Qeyd edək ki, geridə qalan 6 gündə Azərbaycan güləşçiləri 15 mükafata sahib çıxıblar. Onlardan Eldəniz Əzizli (55 kq) yunan-Roma, Mariya Stadnik (50 kq) qadın, Giorgi Edişeraşvili (57 kq) və Hacı Əliyev (63 kq) sərbəst güləşdə hamıdan güclü olub. Murad Məmmədov (60 kq), Rəsul Çunayev (72 kq) yunan-Roma və Elis Manolas (65 kq) qadın güləşində yalnız finalda uduzaraq gümüş medal alıbsa, Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq) yunan-Roma, Alena Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Səbirə Əliyeva (76 kq) qadın, Murtazali Müslimov (70 kq), Cəbrayıl Həsənov (79 kq), Nurmaqomed Qadjiyev (97 kq) sərbəst güləşdə “bürünc”ə yiyələnib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Rüstəm İbrahimbəyov üçün filmin sonu...
Cümhuriyyətin maarif və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarov
Paşinyan kütləvi həbslərə başladı
Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası
Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi - TARİX
Bəzi müəllimlərin dərs yükü və əməkhaqqı artacaq
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub
Türkiyənin müdafiə nazirinin müavini: “Babam bu dünyadan Azərbaycan həsrəti ilə köçdü”
Qanunla qadağan deyil, amma qadağandır: DYP-dən absurd tələb
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB
Azərbaycanda doğulmuş erməni Bakıya gəlib
Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 10 mln. kredit verəcək
Heydər Əliyev Fondu Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təşkil edib - FOTO
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad olundu
Fuad Poladov - 70... - VİDEO
Lider TV-nin filmi Ankarada təqdim olundu — FOTOLAR
Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...
“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR
Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, prosesi bərpa edək"
Türkiyəli spiker: Qarabağ bizim milli məsələmizdir
"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ
"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - MÜHARİBƏ MÜMKÜNDÜRMÜ ?
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb
Rusiya Ermənistana müasir silah verəcək
Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏ
Hadi Rəcəbli: "Nikahların pozulmasına çox vaxt "Facebook" səbəb olur"
Putinin möhtəşəm silahı yerə çırpıldı – Şok