Qarabag Media
Haqqımızda Əlaqə

Ləyaqətlə yaşayıb, şərəflə ölmək...


Tarix:5-05-2018, 14:49 Kateqoriya:Manşet / Yazarlar

Ləyaqətlə yaşayıb, şərəflə ölmək...

Dünya qədər bilirdim, adım kimi bilirdim. Zəng vurmağımı istəmir. Xəstə olduğunu öyrənib ona zəng vurmağım ruhuna yük olardı. Səsi pis gələrdi, dağılardıq ikimiz də.

Özünü xəstəliyinə təslim etdi.

Ölümüylə neçə mənəvi öyrətmənimi, insanlıq abidəmi baş-başa buraxmışam...

Adam bildiklərim öləndə Məcnunluğa çəkilirəm –səhralaşıram.

İndi nə olacaq?

Kimə baxıb kişi belə olar deyəcəyik...

Kimi - adam belə olar – biləcəyik...

Gözümüzün içinə həyasızca yalan danışan, gözümüzün önündə ayaq yalayan dişili-erkəkli bu cəmiyyətdə - kimin adını ürəyimizdən keçirib “onun kimi yaşamaq da var” düşünüb toxdayacağıq.

Hər addımını “şefinin” fikrinə hesablayan “adamlar” cəmiyyətində yorğun gözlərimizi kimin yoluna dikib sakitləşəcəyik...

Reallığı ilə vəhdətdə yaşayanım, bu qədər üsyankarlıqmı olar? Azərbaycan müstəqilliyindən bu yana belə şey görməyib. Kimsədən yardım qəbul etmədi. Kişi - kişi kimi ölər dedi. Düzü, bilmirəm düz etdi, ya yox. Bunu təhlil etmək mənə qalmaz. Qərarına sayğı duruşum var yalnız.

Həyatına sonadək susub gülümsəyənim.

Həyat da ucalığa qaldırır beləsini. Haram pullardan dağ düzəldənlər o dağa dırmaşıb zirvəyə çatmaz – elə tullana-tullana qalar yerində. Batdıqca batar dibdən - dibə.

Ey xalq! Dəyərlərdən danışanda böyürdən bir sırtılmış çıxıb sənə “sadəlövh” deyəcək.

Rüşvətsizlikdən, qanundan, ədalətdən, dürüstlükdən, yaltaqlığın çirkinliyindən danışanda “ caan, avam” nəzəri ilə baxıb axmaq olduğunu hiss etdirməyə çalışanlar olacaq. Qələt edirlər. Sadəlövhlük deyil bu. Sivillikdi, dünyavilikdi. Bütün sağlam cəmiyyətlərdə bu cür dəyərlər öndədi. Heç bir sivil ölkədə rüşvət verib icra başçısı olmursan. Yaltaqlanıb deputat seçilmirsən. Doğruları pula susmursan! Heç bir sağlam ölkədə yaltaqlıqla sənətkar ola bilmirsən. “Xalq artisti, xalq şairi kimi” titul versinlər deyə yüz sifətə girmirsən. Yoxdu belə bir şey.

Ona görə də sənin ölkəndə bu yalançı titullar içində yalnız tək-tük adam var sayğıya layiq.

Ey xalq! Ayıq ol. Kimi gəldi alqışlama.

Bağışlama.

Fuad Azərbaycanın ləyaqəti idi! Son nəfəsini belə kimsəyə yaltaqlanmadan dərdi.

Yaltaqlıq sözünün mənasını açım sənə. Atın saçına yal deyirlər. Başını – yalını başqasının dalına taxana “yaltax” deyib sənin əcdadın. Dilinə beləcə Ləyaqətlə yaşayıb, şərəflə ölmək...düşüb bu söz. Hər alçağa imkan vermə həyatı ilə tək özünün deyil, sənin də qürurunu qoruyan şəxsiyyətlərin adını o hər yerə dürtdüyü “yalının” üstündə olan iyli ağzına alsın, ey Xalq! Belələrinə yerlərini göstər. Dilini dinməzinə qoysun denən. Və heç çıxarmasın ordan.

Ey xalq! Bir xalq Fuadları ilə xalqdı.

Aysel Əlizadə










SON XƏBƏRLƏR
İmişlidə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib
"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan
"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşib
350-yə qədər KİV Trampa qarşı aksiya keçirir - ABŞ-da
Dünyanı dolaşan səsin sahibi — Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu il bal yarmarkasının formatı dəyişdirilə bilər
ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
Bütün dünyanın axtardığı qarabağlı general kim idi? - ARAŞDIRMA
YPX 6 aya 34 milyon manatdan çox cərimə yazıb
Bakıda döyülən qardaşına köməyə gedən taksi sürücüsü qətlə yetirilib
Generalın anım mərasimi keçirilib
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI
Balakişi Qasımov məşhur rejissoru işdən çıxarır? - Ərizəsi alındı (FOTOLAR)
Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edib
Qarabağ erməniləri erməni deyil
Donald Tramp “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan qanunu təsdiqləyib