Qarabag Media
Haqqımızda Əlaqə

Bir Kamal Xudaverdiyev vardı…


Tarix:3-05-2018, 12:42 Kateqoriya:Manşet / Mədəniyyət

Bir Kamal Xudaverdiyev vardı…

Bu gün xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür.

1938-ci ildə mayın 3-də Bakıda doğulub.

Uşaqlığı Böyük Vətən Müharibəsi illərinin burulğanına düşüb. Deyirdi ki, “Bizim Cəbiş müəllim” filmində təsvir olunan həyət, həyat mənim yaşadığım həyətlə və həyatla eynidir.

Yarı-ac, yarı-tox uşaqlıq illəri başa çatdıqca onu keşməkeşli gənclik illəri ağuşuna aldı. Çiyinlərinə düşmüş ailə qayğıları, təhsil, müharibədən sonrakı quruculuğun çətinlikləri. Bu münvalla 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla ömrünün sonuna qədər yalnız Akademik teatrda işləyib. Kiçiyindən, böyüyündən asılı olmayaraq saysız obrazlar yaradıb. “Kral Lir” tamaşasında bir kəlmə danışmadan səhnənin bir küncündə oturan süpürgəçidən tutmuş hökmdar obrazına qədər. Özü də o rolların hər birini sevə-sevə yaratdı.

Tamaşaçıların yaddaşında daha çox Azərbaycan Dövlət Televiziyasında hazırlanan tamaşalarda oynadığı obrazlarla qalıb.

İlyas Əfəndiyevin «Atayevlər ailəsində» (İldırım), Ənvər Məmmədxanlının «Şərqin səhəri» (Cavanşir bəy),Mehdi Hüseynin «Alov» (Qaşqay), Əlibala Hacızadənin «Yadigar» (Müəllim), Nazim Hikmətin «Bayramın son günü» (Firuz) və «Şöhrət və ya unudulan adam» (Doktor), Elçin Mehrəliyevin «Yurd yeri» (Mahal kişi).

Müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «İstintaq davam edir» (Çingizov), «Sonuncu müsahibə» (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə» (Kombinat müdiri), «Adanı özünlə apara bilməzsən» (Ata), «Oteldə bir otaq» (Alim), «Dədə Qorqud» (Ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib.

Kamal Ağahüseyn oğlu Xudaverdiyev teatr və kino yaradıcılığındakı fəaliyyətinə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 22 may 1991-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.

23 aprel, 2008-ci ildə ürək çatımazlığından həyata gözlərini yumub.

Ramilə Qurbanlı










SON XƏBƏRLƏR
Aqil Məmmədov Daşkəsən və Göygöldə məskunlaşan seçiciləri ilə görüşüb
Rusiyada yeni hökumətin tərkibi bəlli oldu - TAM SİYAHI
Cavid Qurbanov Qazaxıstanda bu razılaşmanı imzaladı
Rövşən Rzayev köçkünləri qəbul etdi
“Mən bu “əyilə-əyilə” fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm” – Elman Nəsirov
Rusiyanın yeni hökümətində iki müsəlman da təmsil olundu
Rəsulzadə və Nuru Paşa adına banknot buraxıldı-10 min... - FOTO - VİDEO
Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzi yaradılır - Protokol imzalandı
Mahir Abbaszadə Abşeronda seçiciləri ilə görüşüb - FOTOLAR
Prezident İlham Əliyev Mixail Qusmanı təbrik etdi
Bu gün Zəlimxan Yaqubun doğum günüdür
Axısqa türkü olan komandir dünyasını dəyişdi – Xocalı batalyonuna başçılıq etmişdi
Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı açıqlanıb
Hikmət Hacıyev NATO rəsmisi ilə görüşüb
Türkiyədə böyük əməliyyat – Beş minə yaxın adam tutuldu
22 yaşlı gənc Fərid Məmmədovun UĞURLARI
Şadlıq evində tavan uçdu, ölən var
Özbəkistan Prezidentindən Rusiyaya qəti mövqe: “Avrasiya İttifaqına üzv olmayacağıq”
Qorxmaz Hüseynov bu rayonların vətəndaşlarını qəbul edəcək
Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb
Mahir Abbaszadə şəhid ailələri və məcburi köçkünlərlə görüşüb - FOTOLAR
Ərdoğan Haftarla danışıqlardan imtina etdi – SƏBƏB
ABŞ yeni silahını nümayiş etdirdi – VİDEO
Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Qobu və Saray qəsəbəsində görüşlər keçirib - FOTO
Prezident İlham Əliyev “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə görüşüb
Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı film çəkilib
Putin baş prokuroru istefaya göndərib
Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən yazıb - I HİSSƏ
Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu
Londonda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib