Qarabag Media
Haqqımızda Əlaqə

Səhiyyə Nazirliyi həkimlərə və aptek sahiblərinə xəbərdarlıq edib


Tarix:3-05-2018, 12:13 Kateqoriya:Manşet / Tibb

Səhiyyə Nazirliyi həkimlərə və aptek sahiblərinə xəbərdarlıq edib

"Bir çox Avropa ölkələrində olduğu kimi artıq Azərbaycanda da bioloji aktiv maddələrdən geniş istifadə olunur. Təbii ki, bu maddələr dərman vasitələri deyil".

Karabakhmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

Onun sözlərinə görə, istehsalçılara da qanunla tələb qoyulub ki, bioloji aktiv maddələrin üzərində onların dərman vasitəsi olmadıqları bildirişi qeyd olunsun: "Əgər həkimlər resept yazarkən bu maddələrin adlarını reseptə əlavə etsələr, onlar barəsində inzibati qaydada məsuliyyət tədbiri (cərimə) görüləcək. Çünki onlar dərk edilməlidir ki, bioloji aktiv maddələr qida əlavəsi olduğundan müalicə məqsədi ilə istifadə olunmur. Xəstəliklərin müalicəsində isə sırf dərman preparatlarından istifadə edilməlidir".

E.Əzizov qeyd edib ki, dərmanlar reseptdə beynəlxalq patentləşdirilməmiş adla yazılmalıdır: "Lakin ölkədə hələ də reseptlərdə dərmanların adları belə qaydada yazılmır və reseptlərdə dərmanların ticari adla yazılması həkimlər tərəfindən davam etdirilir. Həkimlərə müraciət edərək bildiririk ki, hər bir həkim reseptlərdə dərmanların adını beynəlxalq patentləşdirməmiş adı ilə qeyd etsinlər. Bu qaydalara apteklər də riayət etməlidir. Yəni, onlar da tələblərlə yazılmayan reseptlərlə dərman satmamalıdırlar".

Sektor müdiri bildirib ki, bu gün əczaçılıq şirkətləri həkimlərlə razılaşmalar əldə edirlər: "Bu cür neqativ halların qarşısını almaq üçün həkimlərin reseptlərdə dərmanları ticari adla yazmasına icazə verilmir. Pasiyent apteklərdə reseptə yazılan patentləşdirilməmiş ada uyğun olaraq dərmanları seçməlidir. Əczaçılıq fəaliyyətinin tələblərinə riayət etməyənlər barədə məsuliyyət tədbirləri görüləcək. Əgər tələblərə riayət edilməməklə bağlı nazirliyə hansısa şikayət və ya müraciət daxil olarsa pozuntuya yol verən şəxs cərimələnəcək"./report/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Rüstəm İbrahimbəyov üçün filmin sonu...
Cümhuriyyətin maarif və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarov
Paşinyan kütləvi həbslərə başladı
Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası
Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi - TARİX
Bəzi müəllimlərin dərs yükü və əməkhaqqı artacaq
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub
Türkiyənin müdafiə nazirinin müavini: “Babam bu dünyadan Azərbaycan həsrəti ilə köçdü”
Qanunla qadağan deyil, amma qadağandır: DYP-dən absurd tələb
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB
Azərbaycanda doğulmuş erməni Bakıya gəlib
Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 10 mln. kredit verəcək
Heydər Əliyev Fondu Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təşkil edib - FOTO
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad olundu
Fuad Poladov - 70... - VİDEO
Lider TV-nin filmi Ankarada təqdim olundu — FOTOLAR
Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...
“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR
Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, prosesi bərpa edək"
Türkiyəli spiker: Qarabağ bizim milli məsələmizdir
"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ
"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - MÜHARİBƏ MÜMKÜNDÜRMÜ ?
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb
Rusiya Ermənistana müasir silah verəcək
Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏ
Hadi Rəcəbli: "Nikahların pozulmasına çox vaxt "Facebook" səbəb olur"
Putinin möhtəşəm silahı yerə çırpıldı – Şok