Qarabag Media
Haqqımızda Əlaqə

"ŞƏRQ"ÇİLƏR AXC MAARİF NAZİRİNİN MƏZARINI ZİYARƏT ETDİ - FOTOLAR


Tarix:2-05-2018, 17:56 Kateqoriya:Manşet / Şəxsiyyətlər

"ŞƏRQ"ÇİLƏR AXC MAARİF NAZİRİNİN MƏZARINI ZİYARƏT ETDİ - FOTOLAR

«Şərq» qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyi «Cümhuriyyətçi jurnalistlər» layihəsi çərçivəsində Cümhuriyyətimizin sonuncu maarif naziri olmuş Nurməhəmməd Adilxan oğlu Şahsuvarovun məzarını ziyarət etdi.

Cümhuriyyət nazirinin məzarının Vətəndə - Bakıda olması çox nadir, hətta görünməmiş, gözlənilməz hadisədir. Nə yaxşı ki, Cümhuriyyət ideyalarına sadiq qalan, Xalq Cümhuriyyətimizin dəyərlərini yüksək tutub onun tarixi, dövlətin, hökumətin qurulmasında əvəzsiz xidmətlər göstərmiş dahi şəxsiyyətlərimizin həyatını araşdıran layiqli ziyalılarımız var. AXC-nin maarif naziri olmuş Nurməhəmməd Şahsuvarovun məzarını tapan mərhum ziyalımız Teyyub Qurbanovdur. Teyyub Qurbanov AXC dönəmində xarici ölkələrə təhsil almağa göndərilmiş ilk qaranquşlar - 100 azərbaycanlı tələbənin taleyindən bəhs edən «100 tələbə 100 tale» kitabının müəllifidir. Kitabda cümhuriyyət qurulduqdan dərhal sonra başlanan milliləşmə prosesinin gedişatında xaricə təhsil almağa göndərilmiş ilk 100 tələbə barədə məlumatlar əksini tapıb.

Mərhum Teyyub Qurbanov cümhuriyyət tələbələrinin həyatını araşdırarkən Nurməhəmməd Şahsuvarovun qardaşı Mürsəl Şahsuvarovun da Almaniyaya təhsitl almağa göndərilmiş tələbələr arasında olduğunu müəyyənləşdirib. Mürsəl Şahsuvarovun məzarının Bakıdakı Yasamal qəbirstanlığında olduğunu yaşlı bir molladan öyrənib. Demə, Nur-Məhəmməd Şahsuvarovun məzarı da orada imiş. Bir zəruri qeydi etmədən keçə bilmərik. AXC-nin maarif nazirinin məzarının Bakıda olması haqda məlumatı qəzetimizin baş redaktoru Akif Aşırlıya Bakı Atatürk Liseyinin müəllimləri Elmar Həsənov, Müşfiq Əlizadə verib. Bu vətənpərvər ziyalılar vaxtilə mərhum Teyyub Qurbanovla məzarı ziyarət ediblər. Buna baxmayaraq yenə də məzarı ziyarət etmək üçün «şərqçi»lərə qoşulacaqlarını demişdilər.
Beləcə, AXC-nin sonuncu naziri Nurməhəmməd Şahsuvarovun məzarını ziyarət etmək üçün Yasamal qəbirstanlığına yol aldıq. Atatürk liseyinin adını çəkdiyim müəllimləri, həmçinin Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, «Bilik» Fondunun aparıcı məsləhətçisi, dəyərli həmkarımız Ramilə Qurbanlı da (xoş təsadüfdən - red.) bizə qoşuldu.
AXC nazirinin məzarına qərənfillər düzdük. Dövlət bayrağımızı, onun uğrunda mücadilə aparan, dövlətin əsaslarını yaradan görkəmli şəxsin məzarı arxasında asdıq.

Baş redaktorumuz, tarixz üzrə fəlsəfə doktoru Akif Aşırlı Nurməhəmməd Şahsuvarov haqqında məlumat verdi:
"ŞƏRQ"ÇİLƏR AXC MAARİF NAZİRİNİN MƏZARINI ZİYARƏT ETDİ - FOTOLAR

- Nurməhəmməd Adilxan oğlu Şahsuvarov 1883-cü ildə Zəngəzur qəzasının Minkənd kəndində (Laçın rayonu) anadan olub. İlk təhsilini Zəngəzurda alıb. Sonra Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirib. 1915-ci ildə Kiyev Universitetində ekstern yoluyla hüquq fakültəsinə daxil olub. Universiteti ali hüquq diplomu ilə bitirib. 1917-ci il fevral inqilabından sonra Dağıstana gəlib. Dağlılar Respublikası yaradıldıqda maarif naziri vəzifəsində çalışıb. Azərbaycan Xalq Cümhuriyyyətində Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü kabinetdə Nurməhəmməd Şahsuvarova maarif nazirinin müavini vəzifəsi tapşırılıb. 1920-ci ildə təşkil olunan 5-ci kabinetdə isə artıq maarif naziri təyin edilib. Nurməhəmməd Şahsuvarov «İttihad» partiyasının üzvü idi. Bilirsiz ki, AXC parlamenti tam demokratik bir təsisat idi, orada müxtəlif partiyaların - solçular, bolşeviklər… üzvləri təmsil olunurdu. Baxmayaraq ki, çoxluq Müsavat partiyasındaydı, koalisiya hökumətləri qurulurdu. Nurməhəmməd Şahsuvarov rus dili mütəxəssisi olmaqla yanaşı təhsilimizin milliləşməsi istiqamətində fədakar əmək sərf edib. Onun biliyi, idarəçilik bacarığı sovet hakimiyyəti dönəmində də diqqətdən kənarda qalmayıb. Və o, 1920-ci ildə Xalq Komissarı Soveti sədri Nəriman Nərimanovun göstərişi ilə xalq maarif komissarının müavini təyin edilib. Uxun illər bu vəzifədə çalışıb, təhsil, maarif sahəsində fəaliyyətini davam etdirib. Lakin 1940-ci ildə N.Şahsuvarov həbsə alınıb və Krasnodara sürgün edilib. Sürgündən sonra Bakıya qayıdan N.Şahsuvarov Azərbaycan Pedaqoji İnstitutunun rus dili kafedrasında müəllim işləyib. 1956-cı ildə vəfat edib.

AXC nazirinin məzarı ilə yanaşı qardaşı Mürsəl Şahsuvarovun məzarıdır. Mürsəl Şahsuvarov 1900-cü ildə anadan olub və artıq dediyimiz kimi AXC hakimiyyəti tərəfindən xarici ölkələrə təhsil almağa göndərilmiş ilk 100 tələbə sırasında o da olub. M.Şahsuvarov Almaniyada yüksək tibb təhsili alıb.

M.Şahsuvarov barədə Atatürk Liseyinin müəllimi Elmar Həsənov mərhum ziyalı Teyyub Qurbanovun iki böyük arzusunun olduğunu dedi:
"ŞƏRQ"ÇİLƏR AXC MAARİF NAZİRİNİN MƏZARINI ZİYARƏT ETDİ - FOTOLAR

- Teyyub müəllimin ən böyük arzusu «100 tələbə 100 tale» kitabının nəşrini görmək idi. Biz Teyyub müəllimlə bu məzarları ziyarət etmişik. Hamısının ruhu şad olsun, Allah rəhmət eləsin. Bu qəbirstanlıqda xaricə təhsil almağa göndərilmiş başqa bir tələbənin də məzarı var; Ələkbər Qəhrəman oğlu Əliyev. Onu da ziyarət edərik.

Oradan ayrılıb Elmar müəllimin istiqamətləndirdiyi tərəfə getdik və Ələkbər Əliyevin məzarını ziyarət etdik.

Ələkbər Əliyev şuşalıdır, Şuşada realnı məktəbi bitirdikdən sonra, kənd təsərrüfatı sahəsində mütəxəssis kimi yetişmək üçün Almaniyaya göndərilib. 1976-cı ildə vəfat edib.
Onu da qeyd edək ki, cümhuriyyət nazirimizin məzarını ziyarət edərkən «Aran» studiyası da orada çəkiliş aparırdı. Və Mürsəl Şahsuvarovun nəvəsi Mürsəli dəvət etmişdilər.
Cümhuriyyət qurucuları varislərinə Vətəndə rast gəlmək, həqiqətən də insana xüsusi fərəh hissi yaşadır. Azərbaycan xalqına istiqlal, hürriyyət, dövlət bəxş etmiş şəxslərin ruhu şad olsun!..
"ŞƏRQ"ÇİLƏR AXC MAARİF NAZİRİNİN MƏZARINI ZİYARƏT ETDİ - FOTOLAR

"ŞƏRQ"ÇİLƏR AXC MAARİF NAZİRİNİN MƏZARINI ZİYARƏT ETDİ - FOTOLAR

"ŞƏRQ"ÇİLƏR AXC MAARİF NAZİRİNİN MƏZARINI ZİYARƏT ETDİ - FOTOLAR

Məlahət Rzayeva










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı