Qarabag Media
Haqqımızda Əlaqə

Məzarı dağıdılan Rza Şah Pəhləvinin cəsədi tapılıb - FOTO


Tarix:27-04-2018, 14:51 Kateqoriya:Manşet / Maraqlı

Məzarı dağıdılan Rza Şah Pəhləvinin cəsədi tapılıb - FOTO1925-1941-ci illərdə İranda dövlətini idarə edən Rza Şah Pəhləvinin Tehran yaxınlığında mumyalanmış cəsədinin aşkar olunduğu iddia edilir.
Ailəsinin və yaxınlarının dediklərinə görə, tapılan cəsəd Rza Şah Pəhləviyə məxsusdur.


Cəsəd Tehranın güneyindəki Şah Əbdüləzim türbəsi yaxınlığında tapılıb. Cəsəd 4 gün öncə - aprelin 23-də bir inşaat qazıntısı zamanı fəhlələr tərəfindən aşkar edilib. Pəhləvinin Şah Əbdüləzim türbəsində yerləşən məzarı 1979-cu ildə İran İslam İnqilabı zamanı dağıdılıb. Daha sonra onun məzar yeri axtarılsa da, tapılmamışdı.

Pəhləvinin ABŞ-da yaşanan nəvəsi mumyalanmış cəsədin babasına aid olduğunu iddia edir. Babasının adını daşıyan nəvə Rza Pəhləvi sosial şəbəkədə məsul şəxslərə çağırış edərək, mumyanın analiz edilməsini istəyir.

Məzarı dağıdılan Rza Şah Pəhləvinin cəsədi tapılıb - FOTO

Nəvə Pəhləvi bu mumyanın babasına aid olmasının təsdiqlənəcəyi halda, İranda dini qaydalara uyğun dəfn olunmasını da istəyir. Hadisə barədə danışan Tehran Mədəni İrs Komitəsinin rəhbəri də məlumatı təsdiqləyib. O da mumyanın Rza Şah Pəhləviyə aid olması ehtimalının yüksək olduğunu deyib.

Rza Şah Pəhləvi kimdir?
1921-ci ildə Qacar sülaləsinin sonuncu padişahı Əhməd şah Qacarı devirən Rza xan Pəhləvi öz xanədanlığını qurub.
Məzarı dağıdılan Rza Şah Pəhləvinin cəsədi tapılıb - FOTO

Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olub. Atası Abbas Əli (1815-1878) Savadkuhda polkovnik idi. Anası Nüşafarin Zəhra qafqazlı immiqrant idi.

Rza Xanın babası Murat Əli Xan bir əsgər idi və 1848-ci ildə Heratın mühasirəsində həyatını itirib.

Rza Şah 26 iyul 1944-cü ildə Yohannesburqda həyatını itirib. Öz hakimiyyəti dövründə ingilisləri belə, qorxuya salan şahın cəsədi Misirdə mumyalanaraq, Qahirədəki Al Rifanın məscidində gizlədilmişdi. İllər sonra mumya Tehrana gətirilərək, Ray şəhərində dəfn olunmuşdu.

Onun ölümündə məhz İngilislərin əlinin olduğu deyilsə də, bu fakt öz təsdiqini tapmamışdı. Rza Şah Pəhləvinin məzarının 1979-cu ildə İran İslam İnqilabından sonra dağıdıldığı bildirilir./Musavat.com/

Turan Oruc










SON XƏBƏRLƏR
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Rusiya Ermənistandakı hərbi bazasına iki ədəd yeni nəsil “MiQ-29” qırıcıları göndərib