Qarabag Media
Haqqımızda Əlaqə

“Əbülfəz Elçibəy Laçın rayon DTK-sında dindirildikdən sonra azad buraxıldı ” – FOTO – MÜSAHİBƏ II


Tarix:27-04-2018, 12:55 Kateqoriya:Manşet / Müsahibə

“Əbülfəz Elçibəy Laçın rayon DTK-sında dindirildikdən sonra azad buraxıldı ” – FOTO – MÜSAHİBƏ II“ALFA” QRUPU, AĞSAQQAL LOJASI VƏ İŞĞAL OLUNAN LAÇIN

Karabakhmedia.az keçmiş Laçın alayının komandiri Arif Paşanın Versus.az-a müsahibəsini təqdim edir.
II HİSSƏ

Əvvəli bu linkdə

“Yenidənqurma Tərəfdarlarının Xalq Cəbhəsi”nin məramı nə olub?

- Əli Quliyevin gətirdiyi Nizamnamədəki formatla mən razılaşmadım. Və Bakıya gəldim. O zaman Hökumət Evinin yanında qırmızı qapılı balaca bir yer var idi. Məni həmin yerə apardılar.

- Kim var idi orada?

- Orada məni rəhmətlik Əbülfəz Elçibəylə tanış etdilər.

- Əbülfəz bəyin yanında daha kimlər var idi?

- Orada Becan Fərzəliyev və onun həyat yoldaşı Zəminə xanımı tanıdım. Fəzail Ağamalı, Ülvi Həkimov, Qabil Məmmədov və başqaları var idi orada. Rəhim Qazıyevi əvvəldən tanısam da, sonralar gördüm...

- Haradan tanıyırdınız bu insanları və Rəhim Qazıyevi?

- Rəhim Qazıyev mənim bitirdiyim institutda dərs demişdi. Rayona gedəndən sonra dostlara Bakıda cərəyan edən siyasi təşkilatlanmadan xəbər verdim və bildirdim ki, bizim özümüzün də bir istinad nöqtəmiz olmalıdır...

- Əbülfəz bəylə ilk görüşünüzdə nələr müzakirə edildi və bu görüşün təfərrüatlarını, bütün detallarını dostlarınıza bəyan etdinizmi?

- Yasamalda Becan Fərzəliyevin evi var idi. Bu proseslər barədə Becan Fərzəliyev həmin evdə mənə məlumat vermişdi. Müəyyən tapşırıqlar verilirdi, patronlar göndərilirdi ki, onu da mən qəbul edirdim. Beləcə, əlaqələrimiz quruldu.

- 1988-ci ildəki Məramnamənizlə bağlı Əbülfəz bəyə məlumat vermişdiniz?

- Onlar 1989-cu ildə bir qrup halında Laçına gələndə o Məramnaməni gördülər...

- Kim idi o qrupdakılar?

- Əbülfəz Elçibəy, Zərdüşt Əlizadə, Nəcəf Həcəfov və xatirimdə olmayan bir neçə adam var idi. Əbülfəz bəyi təbiət qoynunda gəzdirdikdən sonra Elçibəyi Laçın rayon DTK-sına çağırdılar. Orada mənim bir dostum var idi - Abışov Fazil. Fazil mənə dedi ki, Əbülfəz Elçibəy elə gözəl danışırdı ki, sədr istər-istəməz onunla razılaşırdı. Əbülfəz bəy dindirildikdən sonra azad buraxıldı...

- Sonra nə baş verdi?

- Sonra biz meydana getdik. Əbülfəz bəy o meydanda xalqa müraciət edərək Xalq Cəbhəsinin yerli şöbəsinə kimi təklif etmələrini soruşdu. Hamı bir ağızdan mənim adımı söylədi. Səhv etmirəmsə 1990-cı ilin 4-ü, ya 5-də AXC-nin konfransı keçirildi və mən rayondan yeganə adam olaraq İdarə heyətinə üzv seçildim.

“Olanları bizdən gizlədirdilər”

“Əbülfəz Elçibəy Laçın rayon DTK-sında dindirildikdən sonra azad buraxıldı ” – FOTO – MÜSAHİBƏ II

- Xalq Cəbhəsində təmsil olunduğunuz zaman ilk fikir qırıqlığının nə zaman və nəyə görə baş verdiyini deyə bilərsinizmi?

- 20 Yanvardan sonra səhv eləmirəmsə biz ilk dəfə olaraq Ağdaşda məclis keçirdik. Orada müəyyən nüanslar mənim xoşuma gəlmədi..

- Məclisi niyə məhz Ağdaşda keçiridiniz və hansı nüanslar idi xoşunuza gəlməyən?

- Yəqin ki, konspirasiya məqsədi var idi burada. Əslində mən özüm də proseslərdən o qədər də məlumatlı deyildim. Çox ehtimal ki, pis məqsədlə deyil, bizim müdafiə məsələlərində içimizdə xoşagəlməz fikirlərin oyadılmaması üçün arada olanları bizdən gizlədirdilər...

- Kim idi o məlumatları sizdən gizlədənlər, bunu bir az konkretləşdirin.

- Konkretləşdirin deyəndə...

- Arif bəy, müsahibənin əvvəlində dediniz ki, mən Xankəndinə səfər etdim, orada toplaşan insanları görüb, ilk baxışdan belə qənaətə gəldim ki,...filan, filan şey. Nə olmuşdi sizin “ilk baxışınız”a ki, Xankəndində olduğu kimi Bakıda da dərhal nəticə çıxara bilmirdiniz?

Akademiyada çəkilən silahlar

- Hələ mən Akademiyada Rəyasət Heyətinə üzv seçiləndə orada Rövşən Cavadovu gördüm. O da mənə Cəbhədə baş qaldıran meyillərdən danışdı...

- Cavadov onda hansı statusla Akademiyada idi?

- Mühafizə xidmətinə rəhbərlik edirdi. Mən orada gördüm ki, bir qrup əli silahlı adam ədəb-ərkanlı insanları su başına aparıb hədələyirlər..

- Kim idi o adamlar?

- Yox onu mən deməyəcəyəm..

- Onda gələcək tarixdə bilib demədiklərinizə görə sizin də sümüyünüz dar ağacından asıla bilər..
“Əbülfəz Elçibəy Laçın rayon DTK-sında dindirildikdən sonra azad buraxıldı ” – FOTO – MÜSAHİBƏ II

(xeyli fikirləşəndən sonra)

- ...Orada Ağa adında biri var idi - Bakı və Kəndlər Birliyindən, sonra onu tutdular, sonra öldü..

- Silahla hədələmə nə idi?

- Bilmirəm bu nə ilə bağlı idi. O zaman mənim də üstümdə silah var idi. Mən də əlimi silaha atıb “silahı qoy yerinə, mənim silahım daha güclüdür” dedim...

- Hədələnən kim idi, nəyə görə hədələnirdi?

- Tanımadım kim idi və hadisənin məğzini də bilmədim.

Cəbhədə firqəçiliyi kim saldı?

- Cəbhə parçalanmağa doğru gedirdi. Axı bu yöndə “canfəşanlıq” edənlər kimlər idi? Cəbhənin birliyi parçalananda həm də Arif Paşa bir tərəf oldu, belə demək mümkünsə, firqəçiliyi, təfriqəçiliyi inkişaf etdirənlərdən biri oldunuz...

- Orada mötədillər var idi - Mirbaba bəy, İsa Qəmbər, Canbaxış Ümüdov, Leyla Yunus. Mən baxdım ki, o adamlara qarşı Cəbhədə bir kobudluq var. Mən çıxıb bunları müdafiə edəndən sonra İsa Qəmbər mənə minnətdarlıq baxışıyla öz təşəkkürünü bildirdi. Mən sonralar Cəbhə “islahatçılar” və “klassiklər”ə parçalananda "tərəf" oldum...

- Arif bəy, siz dediyiniz sonrakı tarixdir. Mən əvvəlki fikir ayrılıqlarından danışıram.

- Əvvəl də olub fikir ayrılıqları. Amma onda mən tərəf olmamışam. O dönəmdə mən birliyin yanında olmuşam. Radikallara simpatiyam olub. Amma orada nələr olurdu. İsa Qəmbərlə Etibar Məmmədov arasında ziddiyyət olurdu. Onda rəhmətlik Bəy sağ idi və mənə də böyük hörməti var idi. Dəfələrlə olub ki, mən İsa Qəmbəri, Etibar Məmmədovu, İsgəndər Həmidovu uşaqlarla bir yerə yığıb çörək yeyib, çay içmişik. Məqsədim heç də yeyib-içmək deyildi, mənə belə narazılıqlar ağır gəlirdi. Məsələlərin dərinliyində nələrin olduğunu bilməsəm də, bir insan kimi bu adamların bir yerdə olmalarını istəyirdim.

- Sizi hərbi müstəvidən siyasi müstəviyə qovdular. Ümumiyyətlə həm hərbi, həm də siyasi müstəvidə qovulduğunuzu nə zaman hiss etdiniz?

- Ümumiyyətlə mənə münasibətdə bütün Cəbhəçilərdə bir simpatiya var idi, daha doğrusu, tək mənə yox, bütün döyüşçülərə. Amma rəhmətlik Elçibəyin mənə qarşı çox müstəsna münasibəti var idi. Rəyasət Heyətinə namizədliyim də Əbülfəz bəy tərəfindən verilib. Bir dəfə mənə dedi ki, sən mənim xətrimi çox istəyirsən, bu, nədəndir? Dedim ki, sən mənə özünü tənqid eləməyə şərait yaradırsan, ona görə səni çox sevirəm.

Dadaş Rzayevin seçimi

- 811 saylı hərbi hissənin yaranması və ləğvi hansı zərurətdən doğmuşdu? Bu, deyildiyi kimi bir “sevgi”ydi, yoxsa Arif Paşaların “özbaşınalığı”?
“Əbülfəz Elçibəy Laçın rayon DTK-sında dindirildikdən sonra azad buraxıldı ” – FOTO – MÜSAHİBƏ II

- Həmişə demişəm ki, Vətən uğrunda savaşanlara siyasi aspektdən yanaşmayın - bu, iyrənc yanaşmadır. Əslində bu, Vətənin tarixinə ləkə atmaq cəhdidir. Həmin dövrdə mən paralel olaraq həm də direktor işləyirdim. Məni partiya komitəsinə çağırıb bildirdilər ki, ordunun formalaşması məsələsi var. Buradan da bir namizəd var - partiya komitəsində təlimatçı olan Aydın müəllim və sən. Hakimiyyət onu istədiyinə görə etirazım olmadı, amma ortalıqda mənim ictimai nüfuzum da var idi. Bu hadisə 25 sentyabrda olub, 26 sentyabrda biz bura gəldik, Üçtəpədə hərbi testlər keçirildi. Rayonun hərbi komissarı Samir Nəzərov və payon icraiyyə komitəsinin sədri Səlim Səlimov da mənimlə elə onun maşınında gəldik. Samir Nəzərov və mən testdən beş aldıq, qalanlarsa testdən keçə bilmədilər. Nəzəri suallara da cavab verəndən sonra seçimdə Dadaş Rzayev məni göstərərək “o cavan oğlanı” dedi. Sonra mənə əmr verdilər ki, gedib rayonda batalyon yaradım. Və mən batalyonun formalaşması üçün bütün imkanları səfərbər etdim. Ordu ştabından Valeh Bərşadlı əmr verdi ki, 1 oktyabr tarixindən biz kazarma şəraitinə keçək. O vaxt Mütəllibov silahların çıxarılmamsıyla bağlı fərman imzalamışdı, biz də rus ordusundan silahları əldə etməyə çalışırdıq. Azərbaycan ordusunda ilk tərksilahı biz etmişik Rəhim Qazıyevlə birgə.

- Laçının işğalından bir ay öncədən “maşın karvanları” bu rayona səmt götürmüşdü. Kim kimə toy tutmaq istəyirdi? Çalan kim, oynayan kim idi?

Gizli radioqramma və Ziyarət dağı müəmması

- 19 apreldə mənə bir radioqramma gəldi: “Qərənfil, Qızılgül, Bənövşə....Miçitirenko. Qarşıla”. 22 apreldə bizə 4 nəfərlik qrup gəldi...

- Kimlər bar idi o qüvvənin tərkibində?

- Elburus Orucov, Cahangir Məhərrəmov, polkovnik Bəxtiyarov. Elburus Orucov mənə təklif elıdi ki, biz Cəbrayıla hücum etməliyik...

- 4-cü adam kim idi, Arif bəy?

- 4-cü adam Abil Hüseynov idi. Adı siyahıda olsa da, özü gəlməmişdi. Biz bütün Ermənistan tərəfini qapayaraq piyadalar və texnika əleyhinə minalar basdırmışıq. İndi mənə təklif olunur ki, mən həmin qüvvələri sərhəddən çıxarım, Cəbrayıla hücum edək..

- Cavabınız nə oldu?

- Mən yazılı əmr tələb etdim. İkinci bir tərəfdən, Laçından qoşunları çıxarıb, Ziyarət dağına hücum etməyin nə əhəmiyyəti var? Hərbi əməliyyatların uğuru baxımından bu, bizə nə verir?

- Onda Elburus Orucov hansı statusla ora gəlmişdi?

- Orucov Ərazinin cavabdeh komendantı kimi bura gəlsə də, hələ ki, əmri yox idi... Və bu məqamda maraqlı oyunlar üzə çıxdı..

- Hansı oyunları nəzərdə tutursunuz?

- Ondan bir gün sonra həmin hücuma mötəbərlik donu geyindirmək üçün Abil Hüseynov ayın 26-da Laçına gəldi. Və bu adam mənə dedi ki, sən niyə durmusan, niyə bütün cəbhəboyu hücumda iştirak etmirsən? Siz Ziyarət dağına hücum etməlisiniz.

- Abil Hüseynov indi sağdırmı?

- Yox, artıq o adam rəhmətə gedib, elə ona görə də mən bəzi şeyləri deməyə çətinlik çəkirəm. Əslində bütün bunlar Nazirlikdə hazırlanan bir plan olub...

- Həmin vaxt ölkəni Yaqub Məmmədov idarə edirdi də?

- Bəli..

- Rəhim Qazıyev də Müdafiə Nazirliyində idi...

- Bəli. Abil Hüseynov mənə əmri göstərə bilmədiyinə görə gedib nazirliyə zəng etdim ki, məndən cəbhəboyu hücumda iştirak etməm tələb olunur.

- Cavab nə oldu?

- Cavab oldu ki, belə bir hücum əmri yoxdur. Ayın 24-də Laçına nümayəndə gəldi..

- Kim gəlmişdi?

Texnikanın Bakıya göndərilməsində Tofiq Əliyev halqası

- Tofiq Əliyev. Bu adam mənə dedi ki, siz Laçında olan BTR və tankları Bakıya göndərməlisiniz...

- Kim idi bu Tofiq Əliyev?

- Silahlanma üzrə aparıcı zabit idi.

- Göstərişə əməl etdinizmi?

- Niyə də etməliydim? Dedim ki, mən bu silahları ruslardan almışam, Müdafiə nazirliyinin arsenalından götürməmişəm. Müdafiə nazirliyinə tabe olsam da, silahlar bu gün Laçında lazımdır, niyə bi silahları Bakıya göndərməliyəm..
“Əbülfəz Elçibəy Laçın rayon DTK-sında dindirildikdən sonra azad buraxıldı ” – FOTO – MÜSAHİBƏ II

- Nə qədər texnikanız var idi?

- 32 BTR, 2 BRDM, 3 ədəd də tank.

- Göndərmədiniz?

- Təbii ki, yerinə yetirmədim. Heç bir əmr də yox idi. Orada bir neçə zabit də gəlmişdi. Gördüm söhbət edirlər ki, deyəsən bunun anası ermənidir. Məni provakasiya çəkmək istəyən bu adamlar anamın seyid nəslindən olduğunu belə bilmirlər. Ayın 24-də mənə məlumat verdilər ki, Elburus Orucov 120 nəfərlik qrupla gəlib. Mən bunların qüvvəsini yerləşdirdim, sonra bu adamları qərargaha gətirdik. Bir neçə gün sonra mənə xəbər verdilər ki, Elburusun gətirdiyi əsgərlər hərbi nizam-intizamı çox kobud şəkildə pozurlar. Mən bunları həmin yerdən çıxardım, ondan sonra getdilər Şuşaya. Ayın 30-da Elburus gəldi ki, mən Xankəndinə hücum etmək istəyirəm və dedi ki, Ramiz Qəmbərov yaralanıb...

“Şikar Şükürov dedi ki...”

- Baş verənlərlə bağlı nədən Rəhim Qazıyevlə əlaqə saxlayıb ona məlumat vermirdiniz?

- Belə bağlantı ayın 30-da oldu və mən Laçındakı provakasiyalardan onu xəbərdar etdim. Rəhim Qazıyev məni Bakıya çağırdı. May ayının 1-də mən Bakıda oldum. Gəldim Rəhimi tapa bilmədim. Mənim də tələbələrlə görüşüm var idi. Göyçayın icra başçısı var idi - Ağayev Mübariz Alı oğlu. Onun qardaşı Marif mənim keçmiş tələbə yoldaşım idi. Onunla şəklim də var: mən hərbi, o isə mülki formada. Rəhimlə görüşə bilmədim Ayın 3-də Şikar Şükürovu gördüm. Dedi ki, hərbi hissəni ləğv ediblər, ehtiyatlı ol, sənə qarşı təxribat ola bilər...

Müdafiə nazirliyinə 100 min dolları verən kim idi?

- Həmin dövrdə Bakıda da bir Laçın batalyonu formalaşdırılıb bölgəyə göndərildi, xəbəriniz var idimi bundan? Kim idi o batalyonu formalaşdıran?

- O da çox maraqlı nüansdır. Və bunu mən sonradan bildim. Şikar Şükürov bunu mənə dedi. Ayın 5-də İsgəndər Həmidov mənə dedi ki, bizə Alparslan Türkeş pul verib, 100 min dollar aparmalıyam Müdafiə Nazirliyinə. Dedim ikimiz də gedək Müdafiə Nazirliyinə, görüm o əmri dala oxutdura bilirəmmi. Pul verməyin müqabilində bəlkə bir yumşaqlıq yarana. Ora gələndə Şahin Musayevlə möhkəm bir mübahisə etdik. Şahin Musayev çox lazımsız şeylər danışırdı. Sonra Rəhim Qazıyev bizi barışdırdı. Mən Rəhimə dedim ki, hərbi hissə ləğv edilib. Rəhim mənə dedi ki, sən niyə tabe olmursan?

- Proseslərin içində olan sizlərin belə ziddiyyətli sualları haradan çıxırdı?

- Bütün bunların üstü məhkəmədə açıldı. Əslində polkun briqadaya tabe olmasıyla bağlı əmr olmur. Çünki bunlar analoji strukturlardır. Oradan birbaşa Əbülfəz bəyin yanına gəldim.

Abbas Abdullanın yanlışı

- Əbülfəz bəyin yanına gəlib nə dediniz?

- Abbas Abdulla var, şair. O vaxt “Boz Qurd”un qurultayı keçiriləndə mənim də orada olduğumdan xəbərsiz halda görün nə dedi: “O vaxt bir Arif Paşayev var idi, istəmirdi Laçını müdafiə etsin. Gəldi Əbülfəz bəyə dedi ki, mən çıxıb gedirəm, İsgəndər Həmidov gedib orada polka komandirlik elədi”. Bunlar məni belə tanıyırlar...

- Siz Əbülfəz bəyə nə dediniz, ondan danışın..

- Əbülfəz bəyə dedim ki, əgər mən bu ölkəyə lazım deyiləmsə, qara dəniz hərbi donanmasının bölünməsi uğrunda Ukrayna ilə Rusiya arasında münasibətlər gərginləşib. Bizim dostlarımızdan birinin dostu ora getmişdi. Vəziyyəti belə görüb mən də ora getmək istədim, bir polk komandiri kimi Rusiya ilə vuruşmağı qət etdim ki, beləcə Xocalının qisasını alam və bunu Əbülfəz bəyə bildirdim. Elə mən Ukraynaya getmək istəyirdim ki, dedilər ermənilərin Şuşaya hücumu var. Qubadlının batalyon komandiri Adil Həşimov və müavini Aydın Şükürovla mən getdik Laçına. Beyləqan rayonunda laçınlılara rast gəldim. Güləbirddə xeyli sayda laçınlı gördüm. Tahir Əliyevin orada olmasını desələr də, həmin gün onunla görüşə bilmədim, sonra bir az keçdi Elburus Orucovla görüşdüm...

- Etibar Məmmədov da o zaman orada olub?

- Bəli, ayın 10-da Etibar Məmmədov, Arif Hacıyev, Qurban Məmmədov, Xaliq Bahadır da Laçına gəldilər. Laçın alayı isə artıq 30 aprel 1992-ci il 0151 saylı əmrlə ləğv edilmişdi..

- Laçının köçürülməsi ilə bağlı deyəsən qərar da olmuşdu..

- Bəli, 12 may 1992-ci il 243 nömrəli əmrdə Laçın rayonunun evakuasiyasıyla bağlı əmr idi bu. Etibarın Qəbələdən gətirdiyi qüvvələri mən ayın 11-də Turşsuda Elburus Orucova verdim. Cahangir Məhərrəmov, Rüfət Əmirov, Elburus Orucov, Rövşən Cavadov hamısı orada idilər. Orada bir iclas keçirdik və həmin iclasda Elburus Orucov mənə dedi ki, ayın 13-dən 14-nə keçən gecə saat 03:45-dəqiqədə Laçın şəhərinə 3-4 istiqamətdən hücum var - Ermənistan tərəfdən...

- Bakıda nə baş verirdi?

“Alfa” qrupunu ağsaqqal lojasına bağlayan tellər

- Mənə Baxış Hüseynov dedi ki, səni bakıya çağırırlar. Və mən gəldim Bakıya. Mənə dedilər ki, Laçın ağsaqqalları səni görmək istəyir. Getdim ora, Laçının bir neçə ziyalısı orada idi..

- Bəxtiyar Cavadov orada idi?

- Bəxtiyar Cavadov da orada idi.

- Nəyə çağırmışdılar sizi ora, hansı gizli mətləblər çözüldü orada?

- Onlar mənə dedilər ki, Rəhim Qazıyev sənə nifrət edir. Sənə olan nifrət Laçın polkuna da şamil oluna bilər. Sən buna görə də polkdan əl çəkməlisən, sən ora getməli deyilsən.
“Əbülfəz Elçibəy Laçın rayon DTK-sında dindirildikdən sonra azad buraxıldı ” – FOTO – MÜSAHİBƏ II

- Siz nə dediniz?

- Mən dedim ki, silahdaşlarımı tək buraxa bilmərəm. Onlar mənə təkidlə dedilər ki, bizim öz könlümüzdə 2 nəfər var: biri Qalib Abdullayevdir, o birisi də Tahir Süleymanov. Sən bu adamlardan birinin adını bizə de ki, biz hərbi hissəyə rəhbərliyi ona tapşıraq..

- Tahir Süleymanov kim idi?

- Həmin dövrdə Tahir Süleymanov mənim batalyon komandirlərimdən biri idi.. Həmçinin Qalib Abdullayev də batalyon komandirlərimdən biri idi. Bunların hər ikisi bacarıqlı hərbçilər idilər... Mən bu haqda danışmamışam..

- İndi danışın...

- ...Mən orada da dedim ki, nəzərə alsaq ki, Tahir Rusiyanın “Alfa” qruppasında xidmət edib, yəni, Rusiya ilə hansısa bir bağlılığı ola bilər. Bu aspektdən mən Qalib Abdullayevin üzərində dayandım...

- Bəs ağsaqqallar kimin üzərində dayandılar?

- Tahir Süleymanovun.

- Amma Mahir Cavadov sizi “nədən o zaman Arif Paşa Laçına qayıtmadı?” deyə ittiham edib...

- Bəli... Ağsaqqalın qoyurdu ki, mən qayıdam... Bir çox şey var ki, onu demək istəmirəm..

- Bəxtiyar cavadovla bağlı..

- Yox. Təkcə onunla bağlı deyil. O vaxt həmin kontingentdən olan ağsaqqallar dəfələrlə mənim yanıma gəlmişdilər. Qazaxıstandan ora 280-300 min arasında kürd millətindən adam köçürmək istəyirdilər. Mənə deyirdilər ki, sən niyə razı olmursan ki, kürdlərin ora köçməsinə...

- Bu niyyətlə sizin yanınıza gələn ağsaqqallar kim idi?

- Bəxtiyar Cavadov, İzzət Sadıqov və Səbahəddin Eloğlu..

- Bu hansı Səbahəddindir?

- Səbahəddin Rüstəm. İzzət Sadıqov Sumqayıtda xəstəxananın baş həkimi..

- O sayda kürdün Laçına köçürülməsilə bağlı informasiya sizdə haradan idi?

- Laçına nümayəndələri gəlmişdi, danışıqlar aparılırdı. Sonradan bu adamlar başqa formatlara əl atdılar..

- Hansı formatlara?

- Siz heç Vəkil Mustafayevin yazılarını oxumusunuz?

- Yox oxumamışam... Rövşən Cavadovla münasibətləriniz necə olub?

- Pis olmayıb. Ancaq sonradan Mahirin və atasının təsiri ilə aramızda soyuq münasibətlər yaranmışdı. İndiki vaxtda “Azərsu”da müavin işləyən Etibar Məmmədovun qardaşı Teyyub Məmmədov çox cəhd edirdi ki, bizim münasibətlərimizdə istilik yaratsın. Və o, buna nail oldu.

- Ən çox sevdiyiniz mahnı və hava hansıdır?

- Ən çox sevdiyim mahnı “Qarabağ şikəstəsi”, ən çox sevdiyim hava da “Süleymani”dir...
“Əbülfəz Elçibəy Laçın rayon DTK-sında dindirildikdən sonra azad buraxıldı ” – FOTO – MÜSAHİBƏ II

İgid Teymurlu










SON XƏBƏRLƏR
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏBDÜRRƏHİM TALIBZADƏ - II YAZI
Ekspert: "Moskva ABŞ-la bağlı gözləmə mövqeyindədir"
Sürgündə bitən müəllim ömrü — Cabbar bəy Vəlibəyov - 125
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
"Biz ailəlikcə vikipediaçıyıq" — Vikipediya idarəçisi Araz Yaquboğlu ilə müsahibə
Dövlət Komissiyasından Tonoyana - CAVAB
Cahangir Hacıyevin həyat yoldaşı Londonda həbs olundu
"Bilirdim ki, Həsən Həsənov başlayacaq çərənləməyə..." — Ayaz Mütəllibov