Qarabag Media
Haqqımızda Əlaqə

“Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar”


Tarix:26-04-2018, 16:19 Kateqoriya:Manşet / Siyasət

“Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar”

Elxan Şahinoğlu: “Paşinyan üzərinə böyük yük götürüb, bu yükü daşımaq ona çətin olacaq”

“Moskva Serj Sərkisyanı qorumadı və onun istefasını kənardan seyr etdi, Kremldən keçmiş baş naziri müdafiə edən heç bir açıqlama verilmədi. Ancaq Moskva daha sonra düyməyə basdı”. Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiyanın Ermənistanla bağlı aktivləşməsi barədə Musavat.com-a açıqlamasından bildirdi.

Ekspertin fikrincə, görünür, Kremldə anladılar ki, Ermənistanda küçə hakimiyyəti formalaşır və bu uzun müddət davam edə bilər: “Bu, Ermənistanı anarxiyaya aparır. Ona görə də Rusiya prezidenti Vladimir Putin aprelin 25-də erməni həmkarı Armen Sərkisyana zəng etdi, həmin gün xarici işlər naziri Edvard Nalbəndyan isə təcili Moskvaya çağırıldı. Bundan sonra müxalifətin yeni lideri Nikol Paşinyanı da Rusiyanın Ermənistandakı səfirliyə çağırıb lazımi izahat veriblər. Kremlin bu addımlarının iki məqsədi var idi. Birincisi, Ermənistandakı vəziyyət və hakimiyyətin planları barədə informasiyaları ilk əldən almaq istəyirlər, ikincisi də İrəvana edilən telefon zəngləri ilə Qərb dövlətlərinə mesaj yollayrlar ki, Ermənistanın taleyini Kreml həll edir və başqa dövlətin bu ölkədə işi olmasın. Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar. Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir. Kreml Sərkisyanı qorumaq istəmədi, ancaq bu, o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir. Rusiya Sərkisyanın yerinə öz adamını oturtmağa çalışacaq, ya da yeni baş naziri “Rusiyasız hərəkət edə bilməzsən” reallığını qəbul etdirməyə çalışacaq”.

E.Şahinoğlu bildirdi ki, bütün bunlara baxmayaraq, Qərb də yeni baş nazir uğrunda mübarizəyə başlayacaq: “Serj Sərkisyan üzərində qələbə çalan Nikol Paşinyanın aprelin 24-də keçirdiyi mətbuat konfransında suallara verdiyi cavablardan gəlinən nəticələri sıralamağa çalışaq. Birincisi, Ermənistanın yeni hakimiyyəti Rusiya ilə müttəfiqlikdən qopmayacaq. Bu heç gözlənilmirdi də. İkincisi, yeni hakimiyyət Rusiya hərbi bazalarından imtina etməyəcək, Ermənistan Moskvanın baş rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, o cümlədən Avrasiya İqtisadi İttifaqından çıxmayacaq. Üçüncüsü, yeni hakimiyyət əvvəlkitək Rusiya hərbçilərinin Türkiyə və İran sərhəddini qorumasında maraqlıdır. Dördüncüsü, Paşinyan Rusiya ilə dostluqdan danışarkən İranın adını daha çox çəkib və bu dövləti ölkəsi üçün strateji əhəmiyyət kəsb etdiyini dönə-dönə vurğuladı”.

Politoloq bir məqama da diqqət çəkdi: “Maraqlıdır ki, Paşinyana Qarabağla bağlı ya sual verilmədi, ya da o bu haqda hələ danışmağa tələsmir. İlk baxışdan Paşinyanın xarici siyasətlə bağlı fikirlərinin hakimiyyətdən qovduğu Serj Sərkisyanın xarici siyasətindən fərqi yoxdur. Paşinyandan xarici siyasətdə fərqli fikir gözləmək də əbəsdir. O Rusiya ilə münasibətləri olduğu kimi davam etdirəcək. Paşinyan “Dağlıq Qarabağ Azərbaycana məxsusdur, işğal etdiyimiz torpaqları sahibinə qaytarmalıyıq” açıqlamasını da verməyəcək. Ermənistanda bunu dilə gətirə biləcək siyasətçi yoxdur. Ancaq önəmli olan açıqlamalar deyil, gedişatdır. Məsələn, bir tərəfdən “Rusiya bizə qardaşdır” deyib, o biri tərəfdən strateji müttəfiqi ilə həll olunası məsələlərin var olduğuna işarə edib. Paşinyan üzərinə böyük yük götürüb, bu yükü daşımaq ona çətin olacaq. Bu yük Serj Sərkisyana belə ağır gəldi və elə ona görə də istefa vermək məcburiyyətində qaldı”. E.Şahinoğlunun fikrincə, işğalçı ölkədə proseslər rəsmi Bakının gözləntilərinin əksinə cərəyan edir: “Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çox arxayın idi ki, Azərbaycanda və Ermənistanda seçkilər arxada qalandan sonra Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqlar intensivləşəcək. Tam tərsi oldu. Serj Sərkisyanın istefasından sonra Ermənistanda növbədənkənar parlament seçkisi təyin olunacaq. Bu isə o deməkdir ki, danışıqlarda 2018-ci il də itirildi. Çünki, Ermənistanda birincisi növbədənkənar seçki tarixi müəyyənləşməlidir, ikincisi seçki kampaniyası keçiriləcək, üçüncüsü yeni hökumət formalaşacaq və yeni hökumət formalaşıb müxtəlif məsələlərlə məşğul olana kimi ən azı 5-6 ay keçəcək”.

Cavid Turan












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ