Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan əsilli amerikalı alim: "Düşünürəm ki, Azərbaycanda bu uğurları qazanmaq çox çətin olardı"


Tarix:26-04-2018, 12:22 Kateqoriya:Manşet / Müsahibə

Azərbaycan əsilli amerikalı alim: "Düşünürəm ki, Azərbaycanda bu uğurları qazanmaq çox çətin olardı"

Riyaziyyat və dəqiq elmlər üzrə professor Anar Əhmədov ABŞ-da yerləşən Simons Fondunun açıqladığı "fərqlənmiş alimlər"dən biridir. Siyahıda 52 alimin adı salınıb.

Əslən azərbaycanlı Anar Əhmədov ABŞ Minnesota Universitetində çalışır.

O, həmçinin Vyana, Kolumbiya, Zürih universitetlərində, Georgia Texnologiya İnstitutunda dərs deyib.

41 yaşlı Anar Əhmədov BBC Azərbaycancaya müsahibəsində deyir ki, orta təhsilini Bakıda, Xətai rayonundakı 58 saylı orta məktəbdə alıb.

- ABŞ-a nə vaxt köçmüsünüz?

- 1996-cı ildə təhsil almaq üçün ABŞ-ın Kaliforniya ştatına gəlmişəm. Təhsilimi Kaliforniya Dövlət Universitetində və Princeton universitetində riyaziyyat ixtisası üzrə almışam.

- ABŞ-ın Simons Fondu 2018-ci il üzrə ABŞ və Kanadanın nüfuzlu universitetlərində tədqiqatlar aparan 52 alimə təqaüd ayırıb. Bu, sizin üçün nə deməkdir?

- Simons Fondunun mükafatı öz sahəsində seçilmiş alimlərə verilir. Bu mükafatı almaq mənim üçün çox qürurvericidir. Bu mükafat mənə 2018-2019-cu illərdə Harvard Universitetində tədqiqat aparmaq və oradakı alimlərlə birgə çalışmaq imkanı verir.

- Fond sizin kiçik həcmli və simplektik topologiya üzrə tədqiqatlarınızı yüksək qiymətləndirib. Bu tədqiqatlar nə qədər zaman alıb və hansı yeniliklər əldə etmisiniz?

- Artıq on beş ildən artıqdır ki, bu tədqiqatlarla məşğulam. Üzərində çalışdığım məsələ dörd ölçülü topologiya sahəsində məşhur olan "hamar Poincare hipotezi" ilə bağlı və ona yaxın olan bir məsələdir. Mənim aldığım nəticə bu istiqamətdə hal-hazırda mütəxəssislər tərəfindən ən uğurlu nəticə hesab olunur. Bu tədqiqatla bağlı məqalələrim riyaziyyat sahəsində məşhur "Inventiones Mathematiace" jurnalında dərc olunub.

- Siz müxtəlif Qərb universitetlərində dərs demisiz, hazırda ABŞ-ın Minnesota Universitetində çalışırsız. Sizcə, Birləşmiş Ştatlar və Azərbaycanda riyaziyyat sahəsinin tədrisində əsas fərqlər nələrdir?

- ABŞ-da tələbələr fənn seçimində daha sərbəstdirlər. Burda orta məktəblərin və universitetlərin kitabxanaları çox zəngindir. Tələbələrin, aspirantların və alimlərin uğur qazanması üçün lazım olan bütün imkanlar yaradılıb.

- Bəs iki ölkənin elm sahəsində bir-birindən öyrəniləsi nələr var?

- Mən Amerikaya çoxdan gəlsəm də, Azərbaycandakı dostlar ordakı vəziyyətin ABŞ-la müqayisədə xeyli aşağı olduğunu deyir. ABŞ-da elm və təhsilə böyük qrantlar ayrılır. Bu, Azərbaycan üçün yaxşı nümunə ola bilər.

- Sizcə, Azərbaycan universitetlərinin məzunları dünya elminə çıxmağa hazırdırmı?

- Azərbaycanda istedadlı tələbələrin çox olduğunu düşünürəm. Məncə, tələb olunan sadəcə onlara vaxtında şərait yaratmaq və bacarıqları qiymətləndirməkdir.

- Azərbaycanın hazırki elmi mühitində uğur qazanmaq realdırmı?

- Azərbaycanda yaşadığım illərdə elm sahəsində uğur qazanmaq çox çətin idi. Birləşmiş Ştatlara gəlməyimin əsas səbəbi də elə bununla bağlı olub.

- Bəzi sosial şəbəkə istifadəçiləri yazır ki, əgər Azərbaycanda qalsaydınız, bu uğuru əldə edə bilməzdiniz, hansısa məktəbdə aşağı maaşla dərs demək məcburiyyətində qalacaqdınız. Bu fikirlə razısınızmı?

- Mən də düşünürəm ki, Azərbaycanda bu uğurları qazanmaq çox çətin olardı. Düzdür, bu, Amerikada da bir o qədər asan olmayıb, lakin orda daha çətin olardı.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"