Qarabag Media
Haqqımızda Əlaqə

Ramiz Mehdiyevə Rusiyanın “Şərəf” ordeni təqdim olunub


Tarix:26-04-2018, 11:26 Kateqoriya:Manşet / Siyasət

Ramiz Mehdiyevə Rusiyanın “Şərəf” ordeni təqdim olunub

Soçidə təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu beynəlxalq görüşü keçirilir.

Karabakhmedia.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, görüşdə 117 ölkə, o cümlədən Azərbaycan da təmsil olunur.

Bir sıra ölkələrin təhlükəsizlik şuraları katiblərinin, prezidentlərin və baş nazirlərin milli təhlükəsizlik üzrə köməkçilərinin, güc qurumlarının rəhbərlərinin iştirak etdikləri beynəlxalq görüşdə qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Diqqətə çatdırılıb ki, Soçi görüşü beynəlxalq təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın qurulması üçün əlverişli platformadır.

Görüşü açan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya prezidenti Vladimir Putinin təbrik məktubunu oxuyub, gündəliyə daxil edilən mövzular barədə məlumat verib.

Görüşdə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Prezident Administrasiyasının sektor müdiri Otari Qvaladze təmsil edirlər.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu görüşündə “Beynəlxalq terror təşkilatlarının strategiyası və taktikasının təkamülü” mövzusunda çıxış edib. Çıxışda beynəlxalq terrorçu təşkilatların fəaliyyətində müşahidə olunan son tendensiyalar barədə məlumat verilib, habelə bu destruktiv fəaliyyətin qarşısının alınması üçün bütün dövlətlərin səylərinin birləşdirilməsinin və terrorçuluğa münasibətdə ikili standartlar siyasətindən imtina edilməsinin vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. N. Patruşev qeyd edib ki, Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafında xidmətlərinə görə Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Rusiyanın “Şərəf” ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. N. Patruşev sərəncamı və ordeni Ramiz Mehdiyevə təqdim edib.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Rusiya Prezidentinin ona göstərdiyi yüksək diqqətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, Rusiya-Azərbaycan əlaqələri dinamik inkişaf edir, ölkələrimiz arasında daim dialoq aparılır və bu işdə dövlət başçılarının mühüm rolu var.

R. Mehdiyevin Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşündə regionda və dünyada vəziyyət və təhlükəsizlik məsələləri təhlil olunub, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Karabakhmedia.az












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ