Qarabag Media
Haqqımızda Əlaqə

Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?


Tarix:17-04-2018, 23:27 Kateqoriya:Manşet / Siyasət

Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?Ermənistan paytaxtında günlərdir küçələrə faktiki nəzarət edən etirazçıların məqsədi hakimiyyəti və əlbətdə ki, ölkənin xarici siyasət kursunu dəyişdirməkdir. Bu da öz növbəsində “rəngli inqilab”a aparır.

Karabakhmedia.az xəbər verir ki, bunları müxalif deputat Nikol Paşinyanın tərəfdarlarının Serj Sərkisyanın baş nazir seçilməsinə etiraz olaraq İrəvanda başlayan, ölkənin digər bölgələrinə də yayılan güclü etiraz hərəkatını Rusiyanın “Sputnik” agentliyinə şərh edən erməni hərbi ekspert Ayk Nahapetyan deyib.

Nahapetyanın fikrincə etirazçılar başqa ölkələrdə “rəngli inqilab” təşkilatçılarının metodları ilə hərəkət edir. “Rəngli inqilab”ın emissarları Ermənistanda hakimiyyətdən yığılıb qalmış narazılıqlardan istifadə etməyə çalışır. Onun fikrincə Ermənistanda “rəngli inqilab” texnologiyasının tətbiq edildiyi açıq-aşkardır.

Məsələn, etirazçı qız və oğlanın polis kordonunun qarşısında öpüşən yerdə çəkilmiş fotosu sürətlə bütün dünyaya yayılıb. Nahapetyan qeyd edib ki, bu mənzərə Kiyevdə “Maydan” hərəkatı zamanı da qeydə alınmışdı. Onun bildirdiyinə görə etirazçılar arasında polislə toqquşma zamanı özünü necə aparmaq, necə təşkilatlanmaq və s. barədə vərəqələr paylanır. Nahapetyan təşkilatçıların Qərbdə olduqlarını deyib.

Hərbi ekspert bildirib ki, əgər ciddi çaxnaşmalar olarsa Azərbaycan bundan dərhal istifadə edəcək. Ona görə də etiraz aksiyasının kuratoru kimi deputat Nikol Paşinyan bu haqda düşünməlidir.

“Kim ki özünü etiraz hərəkatının rəhbəri sayır, bu haqda düşünməlidir. Əgər Paşinyan özünü hərəkatın lideri sayırsa səhv edir. Rəhbərliyi ssenarini yazanlar edirlər, bu “yazıçılar” isə Ermənistanda deyil”-Nahapetyan bildirib.

Xatırladaq ki, Nikol Paşinyan bu gün Ermənistanda “məxməri inqilab”ın başladığını elan edib. İrəvan küçələrində onun tərəfdarlarının yürüşü davam edir, etirazlar ölkənin digər şəhərlərinə də sıçrayıb./Virtualaz.org/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İmişlidə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib
"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan
"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşib
350-yə qədər KİV Trampa qarşı aksiya keçirir - ABŞ-da
Dünyanı dolaşan səsin sahibi — Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu il bal yarmarkasının formatı dəyişdirilə bilər
ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
Bütün dünyanın axtardığı qarabağlı general kim idi? - ARAŞDIRMA
YPX 6 aya 34 milyon manatdan çox cərimə yazıb
Bakıda döyülən qardaşına köməyə gedən taksi sürücüsü qətlə yetirilib
Generalın anım mərasimi keçirilib
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI
Balakişi Qasımov məşhur rejissoru işdən çıxarır? - Ərizəsi alındı (FOTOLAR)
Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edib
Qarabağ erməniləri erməni deyil
Donald Tramp “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan qanunu təsdiqləyib