Qarabag Media
Haqqımızda Əlaqə

Ermənistan parlamentində təhlükəli anlar yaşanır


Tarix:17-04-2018, 12:54 Kateqoriya:Manşet / Dünya

Ermənistan parlamentində təhlükəli anlar yaşanır

Ermənistan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib. Bütün giriş və çıxışlara polis nəzarət edir. Hazırda parlamentin binasında deputatlar və jurnalistlər var.

"Sputnik Ermənistan"-ın məlumatına görə, bu dəqiqələrdə parlamentin xüsusi iclası başlayacaq. Deputatlar Ermənistan tarixində ilk dəfə baş naziri seçəcəklər.

Ötən gün Yerevanda müxalifətçilərin küçə hücumlarından sonra hökumət binaları polis və daxili qoşunlar tərəfindən sıx əhatəyə alınıb. Parlamentə gedən bütün yollar tikanlı məftillə haşiyələnib. Yalnız parlamentin bir çıxışı deputatlar üçün açıq saxlanıb, onu da polislər mühafizə edir.

Parlamentin binasında isə hərbçilər keşik çəkirlər. Parlamentin ətrafında, Baqramyan küçəsi ilə Proşyan küçəsinin kəsişməsində, prezidentin keçmiş qərargahı yaxınlığında xeyli sayda nümayişçi toplaşıb.

Paytaxtın digər küçələri də nümayişçilər tərəfindən tutulub. Hələlik hər hansı qarşıdurma müşahidə olunmayıb. Polis nümayişçilərə çıxıb evlərinə getmək barədə sonuncu dəfə xəbərdarlıq edib. Daxili İşlər Nazirliyi nümayişçilərə könüllü dağılışmadıqları təqdirdə, güc tətbiq olunacağını bəyan edib.

Qeyd edək ki, aprelin 13-dən başlayaraq 200 km-lik məsafədən — Ermənistanın bir sıra rayon və şəhərlərindən nümayişçilər Yerevana axışıblar. Aprelin 16-da isə onlara tələbələr də qoşulub.

"Yelk" fraksiyasının lideri, deputat Nikol Paşinyanın təşəbbüsü ilə baş qaldıran vətəndaş itaətsizliyi aksiyası nəticəsində Yerevanın bütün küçə və meydanları, avtomobil yolları, ictimai radionun, universitetlərin binaları nümayişçilər tərəfindən tutulub. Paşinyan aprelin 17-də parlamentə gedən yolların tutulmasını və nümayişçilərin parlament binasına daxil olmasını tapşırıb.

Bütün bu tədbirlərə səbəb eks-prezident Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsidir. Ötən gün onun namizədliyi hakim Respublika Partiyası və onun koalisiya ortağı olan "Daşnaksütyun" tərəfindən parlamentdə rəsmən irəl sürülüb, bu gün isə səsvermə keçiriləcək. Nümayişçilər Sarqsyanın baş nazir seçilməsinə mane olmağa çalışırlar.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Rusiya Ermənistandakı hərbi bazasına iki ədəd yeni nəsil “MiQ-29” qırıcıları göndərib