Qarabag Media
Haqqımızda Əlaqə

Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq


Tarix:16-04-2018, 13:58 Kateqoriya:Manşet / Dünya

Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq

Emmanuel Makron: "Bu hücumla Türkiyəni Rusiyadan ayırdıq. Türkiyə kimyəvi silahların istifadəsini pisləyib"

Fransa prezidenti Emmanuel Makron ölkəsinin ABŞ və Böyük Britaniya ilə birlikdə Suriyaya hücum edərək Türkiyəni Rusiyadan ayırdığını söyləyib. Karabakhmedia.az BBC-yə istinadla xəbər verir ki, Makron hücumun mükəmməl şəkildə həyata keçirildiyini bildirib.

"Bu hücumla Türkiyəni Rusiyadan ayırdıq. Türkiyə kimyəvi silahların istifadəsini pisləyib" — deyən Fransa liderinin sözlərinə görə, o, ABŞ prezidenti Donald Trampı Suriyada hərbi əməliyyatları davam etdirməyə razı salıb.

"Mən Trampı inandırdım ki, hava hücumları Suriyanın kimyəvi silah istifadəsini məhdudlaşdıracaq. Suriyada kimyəvi silahdan istifadə edildiyinə dair dəlillərim var" — o vurğulayıb.

Makron Rusiyanı da Suriyaya dəstək verməklə cinayətə ortaq olmaqda ittiham edib: "Suriyada siyasi həll üçün Türkiyə və Rusiyanın da daxil olacağı bir müzakirə aparmaq istəyirik".

Ağ Ev də Makronun bəyanatının ardından açıqlama yayıb. Açıqlamada ABŞ-ın Suriyadakı planının dəyişmədiyi qeyd olunub. Ağ Ev sözçüsü Sarah Sanders bildirib ki, Tramp ABŞ hərbçilərini ən qısa müddətdə vətənə qaytarmaq məsələsində qərarlıdır.

"Bunun üçün öncə İŞİD-i tamamilə məhv etmək lazımdır. İŞİD-in yenidən ortaya çıxmasını əngəlləyəcək şərait yaradılmalıdır" — Sanders vurğulayıb.

Qeyd edək ki, ötən həftənin sonunda ABŞ, Böyük Britaniya və Fransa birlikdə Suriyaya hava zərbələri endirib. Zərbələrin Suryanın kimyəvi silah anbarlarına endirildiyi bildirilib. Rusiya və İran hadisəni təcavüz aktı kimi dəyərləndirsə də, Türkiyə baş verənlərdən məmnun olduğunu bəyan edib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı
Hafiz Hacıyevin şortikli kişilər dərdi
Yevlaxda bir tona yaxın narkotik aşkarlandı
Şou ruhu ilə Qarabağ olmaz
Türkiyə seçkilərindən sürpriz gözləməyə dəyərmi?
Azərbaycan yeni hərbi helikopterlər əldə edib - VİDEO
Mahir Abbaszadə Milli Məclisdə seçicilərlə görüşüb – FOTOLAR
Trampı oğlunu oğurlayacaqları ilə hədələdilər
“Laçında “sənölümüz“, “mənölümüz”, “çörək haqqımız” qaldı” — Azər Məmmədov
Quran dilinin statusu haqqında
İbtidai sinif müəllimləri şagirdlərə özgüvən necə yaratmalı? - Gənc müəllim öz metodundan danışdı-VİDEO
Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı — FOTO
İŞİD Suriyada əsas istinadgahını itirib
Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür
XİN-dən azərbaycanlı əsirlərə işgəncə verən erməni generalın həbsinə MÜNASİBƏT
AHİLİK– ƏXİLİY NƏDİR?! — Unudulmuş bir Türk gələnəyinin bilinməyənləri...
Türkiyə Antarktikada elmi baza yaradacaq
Bu gün tibb işçilərinin peşə bayramı günüdür
Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH
Əfqanıstanda partlayış nəticəsində 35 nəfər ölüb, 65 yaralanıb
"Bizim ailədə 5 nəfər SSRİ maarif əlaçısı olub" — Şəbnəm Uğurlu
DÇ-2018: Bugünkü oyunlar – CƏDVƏL
Mübariz Mənsimov Eynulla Fətullayevə cavab verdi: “Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də…”
Putin Paşinyanı İlham Əliyevlə tanış edib
Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı