Türkiyə Suriyada həyata keçirilmiş hava əməliyyatlarını alqışlayır.
Karabakhmedia.az-ın türk mətbuatına istinadən məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyin yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, Suriyada kimyəvi obyektlərə endirilən zərbələr Duma şəhərində dinc sakinlərə qarşı edilən kimyəvi hücumlara cavabdır.
Xatırladaq ki, gecə saatlarında ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endiriblər.
Karabakhmedia.az