Qarabag Media
Haqqımızda Əlaqə

Professor Aygün Attarın yeni əsərinin təqdimatı keçirildi


Tarix:13-04-2018, 14:36 Kateqoriya:Manşet / Cəmiyyət

Professor Aygün Attarın yeni əsərinin təqdimatı keçirildi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Turan” Araşdırma Mərkəzi İctimai Birliyinin təşkilatçılığı və ONN və "Olaylar" informasiya agentliklərinin dəstəyi ilə Türkiyədə yaşayan həmyerlimiz, ictimai-siyasi xadim, tanınmış tarixçi, Türkiyədə ilk dəfə "Xocalı soyqırımı” adlı dissertasiyaya elmi rəhbərlik etmiş Aygün Attarın "Erməniçilik müasir dövrün böyük problem kimi” yeni əsərinin təqdimatı keçirildi.

Karabakhmedia.az Musavat.com-a istinadən xəbər verir ki,deputat Musa Qasımov tədbiri giriş sözü ilə açaraq 11 aprel prezident seçkilərinin nəticələri ilə bağlı Azərbaycan xalqını təbrik etdi. Daha sonra M.Qasımov dedi ki, A.Attarın təqdim edilən kitabı Türkiyədə nəşr olunub. Onun sözlərinə görə, müəllif uzun illər Türkiyənin ən böyük universitetlərindən birinin rəhbərliyində təmsil olunub, daha sonra izə Giresun Universitetinin rektoru kimi çalışıb: "Aygün Attar ad-soyadı səslənəndə mənim gözlərim önündə qeyrətli bir azərbaycanlı xanımı, Azərbaycanın maraqlarını hər yerdə qoruyan vətənpərvər Azərbaycan tarixçisi canlanır. O, təkcə arxivçi-tarixçi yox, eyni zamanda qətiyyətli, siyasi mübarizdir. Onun siyasi mübarizliyi ilə bağlı hər kəs məlumatlıdır. Aygün xanım üçün adi həyat formasıdır və bu ideallarla yaşayır. Hesab edirəm ki, bu gün ortaya qoyduğu kitabla bir çox məsələləri birləşdirir”.

Dövlət İdarəetmə Akademiyasının işçisi, elm adamı Elçin Əhmədov, MEA-ın Fəlsəfə İnsitutunun şöbə müdiri Rəna Rzazadə, alim Qasım Hacıyev vurğulayıblar ki, A.Attar təkcə öz elmi işi ilə kifayətlənən şəxs deyil. Çıxışçıların fikirlərinə görə, Millət vəkili Aqil Abbas dedi ki, xaricdə yaşayıb Azərbaycan üçün işləyən azərbaycanlıları hər zaman izləyir və bu baxımdan A.Attarın kitabı ciddi uğurdur. Millət vəkili bu kitabın Azərbaycan dilində dərc edilməsini arzuladığını vurğuladı. Ermənilərin kitabların şəbəkələşməsi işində ciddi işlər gördüyünü deyən millət vəkili Azərbaycanın tarixi ilə bağlı kitabların yayılmasında mühüm işlər görməyin vacibliyinə toxundu: "Aygün xanım, sizin Azərbaycanla bağlı gördüyünüz bütün işləri izləyirik. Siz həm də bir nümunəsiz. Həm özümüzünkülərə, həm də Türkiyədəki xanımlara nümunəsiz. Bir azərbaycanlı qadının universitet rəhbərliyində olması ciddi uğurdur.Sizin öz danışığınızda Azərbaycan dilinin incəliklərini qorumağınız öz diimizə olan hörmətin göstəricisidir”.

Sonra Millət vəkili Adil Əliyev dedi ki, bu kitablar poçt vasitəsilə insanlara göndərilməlidir. Biz bu imkanlarımızdan maksimum yararlanmalıyıq.Tədbirdə çıxış edən, "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Azərbaycan adına göstərdiyi fəaliyyətə görə professor Aygün Attara təşəkkür etdi:"Aygün xanım Türkiyədə Azərbaycanımızı erməniçilikdən qoruyur. Ancaq nə qədər qəribə də olsa, həm də Türkiyəmizi erməniçilikdən qoruyur”.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏBDÜRRƏHİM TALIBZADƏ - II YAZI
Ekspert: "Moskva ABŞ-la bağlı gözləmə mövqeyindədir"
Sürgündə bitən müəllim ömrü — Cabbar bəy Vəlibəyov - 125
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
"Biz ailəlikcə vikipediaçıyıq" — Vikipediya idarəçisi Araz Yaquboğlu ilə müsahibə
Dövlət Komissiyasından Tonoyana - CAVAB
Cahangir Hacıyevin həyat yoldaşı Londonda həbs olundu
"Bilirdim ki, Həsən Həsənov başlayacaq çərənləməyə..." — Ayaz Mütəllibov